Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb sanitar hissəsində cəza çəkən 1-ci dərəcəli əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən gundemxeber.az-ın redaksiyasına müraciət daxil olub.
Həmin müraciəti olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik:
"Yazıb sizə bildirirəm ki, mən hazırda xəstəliyim səbəbindən tibb sanitar hissədə müalicələrə cəlb edilmişəm. Səhhətimin ağır olması səbəbi ilə müalicə ala bilmədikdə cəzamı çəkə bilmirəm. Sizə bildirirəm ki, son iki aydan da artıq müddət keçməsinə baxmayaraq, müəssisəyə dərman preparatlarının gəlişinə məhdudiyyətlər qoyulmuşdur.15 saylı Cəzaçəkmə Müəssisəsində olduğu kimi digər Cəzaçəkmə Müəssisələrində, habelə müalicə müəssisəsində də vəziyyət eynidir. Xəstə məhkumların dərmanların bitməsi səbəbi ilə müalicələri tamamilə dayandırılmışdır, həkimlər əllərindən gələni etmək istəsələr də dərmanların olmamasına görə hər gün məhkumlarla mübahisəyə girmək məcburiyyətində qalır və onlara o dərmanları şəxsi hesablarına almaqlarını xahiş edirlər. Mənim kimi sosial müavinət alan məhkumlar dərmanları ala bilsə də kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər. Muraciətimə əsasən Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin əməkdaşı Məhəl həkim şifahi olaraq bildirir ki dərmanların bazadan cəzaçəkmə müəssisələrinə göndərilməməsinin başlıca səbəbi Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisinin yeni dəyişdirilməsi və yeni rəisin cəzaçəkmə müəssisələrinə dərman preparatların paylanmasına dair sənədləri imzalamamasıdır. Səbəb olaraq 11 saylı cəzaçəkmə müəssisəsinin baş həkimi Elşən İsayevin dərmanları müəssisə ərazisindən qeyri-qanuni çıxarmasıdir. Məsələ Tibb Baş idarəsi tərəfindən araşdırılır yəqin ki, önümüzdəki aylarda dərmanlar cəzaçəkmə müəssisələrinə çatdırılacaqdi.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət edib xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz.
Hörmətlə, məhkum Əli Səmədovun qardaşı Məhəmməd Səmədov.
Sorğu
Yeni dizaynımız necədir?