GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...

General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...

Tarix: 16-10-2024, 16:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 312
General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...

Fövqəladə Hallar Nazirliyi (FHN) Fərhadzadə Fərid Rüfət oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 100 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.

Gundemxeber.az yeniavaz.com-a istinadən xəbər verir ki, ümumi sahəsi 3 min 981 kvadratmetr olan bina 5 mərtəbə (2 səviyyəli zirzəmili) ibarətdir.
FHN qeyri-yaşayış binasına 3 oktyabr 2024-cü il tarixli 03305 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “1 saylı Bakı DOST Mərkəzi” üçün Fərid Rüfət oğlu Fərhadzadədən qeyri-yaşayış sahəsi icarəyə götürülüb.
DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 min 693 kvadratmetr olan qeyri-yaşayış sahəsini icarəyə götürüb və qarşılığında 4 milyon 874 min 760 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb.
“1 saylı Bakı DOST Mərkəzi” istismarına 7 gün əvvəl icazə verilən qeyri-yaşayış sahəsində 5 il ərzində necə fəaliyyət göstərdiyinə aydınlıq gətirmək üçün suallarımızı DOST Agentliyinin mətbuat xidmətinə ünvanladıq.
Agentliyin mətbuat xidmətindən Yeniavaz.com-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən qeyri-yaşayış binasının “1 saylı Bakı DOST Mərkəzi”nin inzibati binası kimi icarəyə götürülməsi barədə müqavilənin imzalanması həmin binanın müvafiq olaraq özəl mülkiyyətdə olması və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda olması əsasında baş verib:
“Müqavilə şərtlərinə əsasən, bina əsaslı şəkildə təmir edilərək DOST Agentliyinin istifadəsinə verilib. Sahibkar binanın təmirdən sonra yoxlanılması və istismara yararlı olduğunun bir daha təsdiq edilməsi üçün müvafiq quruma müraciət edib və müsbət rəy alıb”.
Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub.
Məlumat üçün bildirək ki, Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir. “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
Fərid Fərhadzadə eyni zamanda Balababa Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub. Fərid Fərhadzadə ötən ildən Azərbaycan Triatlon Federasiyasının prezidenti vəzifəsini də icra edir.
Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da bildirək ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilməsiylə bağlı sərəncam imzalayıb.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vidadi Zeynalov mülklərini geri istəyir - Ailəlikcə şikayətlərə başlayıblar

    Vidadi Zeynalov mülklərini geri istəyir - ...

    13-10-2022, 14:53

  • 
  • “Dost İş Mərkəzi”nin direktoruna nazirlikdə yüksək vəzifə verildi

    “Dost İş Mərkəzi”nin direktoruna nazirlikdə ...

    25-09-2019, 16:39

  • 
  • DSMF universitetdən yarım milyona ofis icarəyə götürür - İLGİNC

    DSMF universitetdən yarım milyona ofis icarəyə ...

    18-04-2023, 16:26

  • 
  • FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı

    FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı ...

    27-01-2018, 12:38

  • 
  • Vidadi Zeynalovun yenidən həbsi gözlənilir

    Vidadi Zeynalovun yenidən həbsi gözlənilir ...

    19-08-2020, 20:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu