GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu

Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu

Tarix: 21-11-2024, 23:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 402

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirdiyi başqa bir tenderdə “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” QSC ilə 6.459.910 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 11.10.2024-cü il tarixdə yerləşdirilib.
Qeyd edək ki, 12.08.2024-cü ildə başlanılmış 91704 nömrəli tender müsabiqəsi 04.10.2024-cü il tarixdə yekunlaşıb.
Qeyd edək ki, bu müsabiqə üzrə müqavilə bağlanılmamışdan bir həftə əvvəl, 04.10.2024-cü ildə “Azərenerji” ASC tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda “Azərenerji” ASC tərəfindən 13.09.2024-cü il tarixində Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirilmiş tenderdə (müsabiqə 91704), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən, “LUBRİSTAR LLC” MMC “Müvafiq sahədə təcrübə tələbi (oxşar işlər) üzrə təqdim olunan müqavilələrin icrasının 80 faizdən çoxunun tamamlanmış olması (təhvil-təslim və ya yekun təhvil-təslim aktları)”, maliyyə imkanları üzrə “EOQ-in 30% həcmində maddi vəsaitə çıxışının olması və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış” tələbləri ödənilmədiyi üçün, həmçinin sənədlər üzrə tələb olunan natamamlıqlar “Dövlət satınalmaları haqqında” Qanunun 23.11. maddəsinə əsasən 3 iş günü ərzində aradan qaldırılmadığı üçün təchizatçı Qanunun 35.1.1. və 35.1.3. maddələrinə uyğun olaraq satınalmadan kənarlaşdırıldığı bildirilir.
Apardığımız ətraflı araşdırmalarda məlum oldu ki, “Azərenerji” ASC 04.10.2024-cü ildə 91704 nömrəli tender müsabiqəsindən kənarlaşdırdığı “LUBRİSTAR LLC” MMC ilə iki ay əvvəl işbirliyində olub. Belə ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirdiyi tenderdə “LUBRİSTAR LLC” MMC ilə 4.555.934,69 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 29.07.2024-cü il tarixdə yerləşdirilib. Qeyd edək ki, 10.05.2024-cü ildə başlanılmış 84073 nömrəli bu açıq tender müsabiqəsi 18.07.2024-cü il tarixdə yekunlaşıb.
Buradan suallar yaranır. Necə olur ki, “Azərenerji” ASC -nin rəsmiləri 2-3 ay əvvəl 4 milyon manat dəyərində müqavilə bağladığı “LUBRİSTAR LLC” MMC-nin uyğunluq göstəricilərində olan nöqsanları 3 ay sonra görə biliblər? Buradan görsənən odur ki, “Aərenerji” ASC -nin Satınalma Komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun keçirildiyi zaman bu çatışmazlıqlara sadəcə göz yumub.
MMC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LUBRİSTAR LLC” (VÖEN: 1302458571) Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.04.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 213 B, qanuni təmsilçisi kimi isə Şamilov Nəsib Paşa oğlu qeyd olunub.
Şirkətin rəsmi veb saytında qeyd edilmiş məlumatlara görə “Lubristar LLC” MMC şirkəti 2011-ci ildə Nordex Group bazasında yaradılmışdır. 2008-ci ildən Nordex Group Almaniyanın “Rheinol” motor yağlarının rəsmi distribyutorudur. 2014-cü ildə Lubristar LLC MMC “Shell Lubricants” şirkətinin Azərbaycanda makrodistribyutoru statusuna layıq görüldü və bu günə kimi “Shell” mühərrik yağlarının ölkəmizdə rəsmi təmsilçisidir. Şirkətimizin idxal etdiyi bütün “Shell” sürtgü məhsulları birbaşa “Shell Lubricants”-dan alınır, buna görə də biz məhsulların orijinallığına və keyfiyyətinə zəmanət veririk.
Maraqlıdır, “Azərenerji” ASC məhsullarının orijinallığına və keyfiyyətinə zəmanət verən “Lubristar LLC” MMC ilə 4 milyon manatdan çox dəyəri olan satınalma müqaviləsi bağladıqdan sonra eyni lot üzrə keçirdiyi tenderdən niyə kənarlaşdırıb?
Qeyd edək ki, son vaxtlar elektron mediada yayılan məlumatlara görə “Azərenerji” ASC nin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin Cəmiyyətin sədri Baba Rzayevə bağlı olduğu bildirilir. Elə noyabrın 11-də 6 milyonluq müqavilə bağladığı “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” QSC-nin də Baba Rzayevlə bağlı olması barədə məlumatlar var. Görünür Baba Rzayev ya həmişə olduğu kimi ikili standartlar yolunu seçib, ya da “Lubristar LLC” ilə şəxsi maraqları toqquşub./Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərenerji” ASC- dən daha bir şübhəli tender – 6,4 milyonluq müqavilə kiminlə bağlanıb

    “Azərenerji” ASC- dən daha bir şübhəli tender – ...

    15-10-2024, 13:11

  • 
  • Qanla azad olunan torpaqlarda “Azərişığın” tender qanunsuzluqları - ŞOK FAKTLAR

    Qanla azad olunan torpaqlarda “Azərişığın” tender ...

    27-07-2024, 13:54

  • 
  • “Sərhədçi” İdman Olimpiya Mərkəzinin “AZTTT” MMC ilə bağladığı müqavilələr nələrdən xəbər verir

    “Sərhədçi” İdman Olimpiya Mərkəzinin “AZTTT” MMC ...

    16-01-2024, 12:39

  • 
  • “Azərenerji”nin SOCAR-a olan borcunun məbləği açıqlanıb

    “Azərenerji”nin SOCAR-a olan borcunun məbləği ...

    3-03-2016, 23:54

  • 
  • “Azergold” QSC ilə “LAB TEST” QSC-nin işbirliyindən şübhələnməmək olmur

    “Azergold” QSC ilə “LAB TEST” QSC-nin ...

    14-06-2022, 13:30


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (216)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu