GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Sərhədçi” İdman Olimpiya Mərkəzinin “AZTTT” MMC ilə bağladığı müqavilələr nələrdən xəbər verir

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin “AZTTT” MMC ilə bağladığı müqavilələr nələrdən xəbər verir

Tarix: 16-01-2024, 12:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 364

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin “AZTTT” MMC ilə bağladığı müqavilələr nələrdən xəbər verir

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarında yol verilən qanun pozuntuları barədə elektron mediada son dövrlər kifayət qədər geniş məlumalatlar yayılmaqdadır. Bu məlumatlarda Dövlət Xidmətinin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin fəaliyyəti şübhəli məqamlarla doludur.

Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi tərəfindən keçirilmiş satınalmalarda yol verilən bəzi belə şübhəli məqamları araşdırdiq.
Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Olimpiya Mərkəzi Xovlu dəsmalların satınalınması üzrə 03.10.2023-cü il tarixdə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurub və “ME.GA.AN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.01.2024-cü il tarixində 20.119 manat məbləğində satınalma müqaviləsi bağladığını elan edib.

Kotirovka sorğusunun şərtlər toplusuna görə “ME.GA.AN” MMC müqavilə bağlanıldıqdan sonra 15 bank günü müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzi xovlu dəsmallarla təmin etməlidir. Satınalmaların vahid internet portalına yerləşdirilmiş məlumatlarda müqavilənin başlanma tarixi 25.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib. Sual yaranır. “Sərhədçi” İdman Olimpiya Mərkəzi nədən kotirovka sorğusu yekunlaşdıqdan dərhal sonra deyil, mallar alındıqdan sonra elan edir.
Eyni əməllərə İdman Olimpiya Mərkəzi maşın və avadanlıqların (kompyuter, printer və digər avadanlıqların) satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda da yol verib. Mərkəz 24.10.2023-cü il tarixdə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurması və “TECHNO GROUP AZERBAIJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.272,69 manat məbləğində satınalma müqaviləsi bağladığını 12.01.2024-cü il tarixdə açıqlayıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə müqavilənin başlanma tarixi 26.12.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzi tikinti və avadanlıqların cari təmir ilə bağlı mal-materiallarının satınalınması üzrə keçirdiyi kotirovka sorğusuna 04.07.2023-cü il tarixdə başlayıb. Kotirovkanın nəticələrini isə 25.12.2023-cü il tarixdə elan edib ki, “AZTTT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 48.997,85 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Müqavilənin başlanma tarixi 25.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib.

Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin məlumat bazasında isə “AZTTT” MMC (VÖEN 3300767501) -nin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 17.11.2023-cü il tarixdən riskli vergi ödəyicilərinin siyahısına salınıb. MMC-nin VÖEN-i isə ləğv edildiyini göstərir.

Maraqlıdır “Sərhədçi” İdman Olimpiya Mərkəzi ləğv edilmiş bir MMC ilə satınalma müqaviləsini nə vaxt bağlayıb? Bununla bağlı İdman Olimpiya Mərkəzinin mühasibatlağından bizə bildirdilər ki, sözügedən müqavilə bağlanılmayıb. Buradan sual yaranır. Müqavilə bağlanılmayıbsa dövlət satınalmalarının vahid internet portalına niyə yerləşdirilib?
Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzi satınalma müqaviləsinin bağlanıldığını göstərdiyi tarixdə MMC artıq riskli vergi ödəyicilərinin siyahısında olub. Belə qısa bir zaman ərzində MMC-nin ləğv edilməsi əsaslı şübhələrə yol açmırmı? MMC satınalmalardan əvvəl ləğv edilibsə, müqavilələr necə bağlanıb? Müqavilə bağlanıldıqdan sonra ləğv edilibsə İdman Olimpiya Mərkəzinin göstərilən lotlar üzrə əvvəllər də verdiyi sifarişlər necə yerinə yetiriləcək? Mərkəzin Satınalma Kommissiyası bununla bağlı nə üçün heç bir bildiriş verməyib?
Bu “Sərhədçi” İdman Olimpiya Mərkəzi ilə “AZTTT” MMC arasında bağlanan tək müqavilə deyil. Mərkəz bina və tikililərin şüşələrinin yuyulması və təmizlənməsi, xalçaların, jalüzların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması xidməti üzrə 24.990,6 manat, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 48.997,99 manat məbləğində iki satınalma müqaviləsi bağladığını da 26.09.2023-cü ildə açıqlayıb.

“Sərhədçi” İdman Olimpiya Mərkəzi ilə “AZTTT” MMC arasında olan işbirliyi bunlarla da bitmir. Mərkəz xalçaların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması xidməti üzrə 04.11.2022-ci ildə başladığı kotirovka sorğusunun nəticəsini 07.08.2023-cü il tarixdə açıqlayıb, 9 ay sonra.
Satınalmaların vahid internet portalına yerləşdirilmiş məlumatlarda tərəflər arasında 2022-ci ildə də 3 satınalma müqaviləsinin bağlanıldığı görsənir. Dezinfeksiya edici maddələrin satın alınması üzrə 19.995 manat məbləğində 21.11.2022-ci ildə, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 36.992,7 manat məbləğində 04.11.2022-ci ildə, tikinti və avadanlıqların cari təmir ilə bağlı mal-materiallarının alınması üzrə 36.585,3 manat məbləğində 04.11.2022-ci ildə tarixdə satınalma müqavilələrinin bağlanıldığı açıqlanıb
Maraqlıdır, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin yeganə tərəfdaşı “AZTTT” MMC 2023-cü ildə niyə riskli vergi ödəyicilərinin siyahısına salınıb, MMC nədən ləğv olunub?
Ümumiyyətlə, “Sərhədçi” İdman Olimpiya Mərkəzi tərəfindən keçirilmiş şübhəli məqamlar çoxdur. Məsələn Mərkəz 2023-cü il üzrə alınacaq malların və xidmətlərin satınalma planlarına 9 kotirovka sorğusu daxil edib, onlardan yalnız 5 kotirovkanın nəticələrini açıqlayıb. 2022-ci ildə satınalma planlarına 5 kotirovka sorğusu daxil edib 3-nün nəticələrini açıqlayıb. Bu isə Mərkəzin Tender Komissiyası tərəfindən bir çox kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyindən xəbər verir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyevdir. Onun bu vəzifəyə nə vaxt təyin olunması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur./Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində satınalma qanunları belə pozulur - BU DA FAKT!!!

    İctimai Səhiyyə və İslahatlar Mərkəzində ...

    17-07-2023, 11:36

  • 
  • Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir nəfərə məxsus 3 MMC ilə nələr bağlayır?

    Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir ...

    11-05-2022, 13:38

  • 
  • Sərhədçi mayoru kim vurub: iranlılar, yoxsa...?

    Sərhədçi mayoru kim vurub: iranlılar, yoxsa...? ...

    2-12-2013, 12:48

  • 
  • Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir?

    Dendrologiya İnstitutundan 5 gündə 88 min manat ...

    15-04-2022, 15:33

  • 
  • Penitensiar Xidmətin müəssisələrinə şübhəli xidmətlər göstərən MMC-lər kimə məxsusdur - İLGİNC FAKTLAR

    Penitensiar Xidmətin müəssisələrinə şübhəli ...

    23-08-2023, 14:54


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu