GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?

Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?

Tarix: 12-02-2025, 21:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 237

Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından 2023-2024-cü illərdə məzun olmuş tələbələr hələ də diplomlarını ala bilmirlər.


Mətbuatda ADİU-nun Dərbənd filialının məzunlarına diplomların verilməməsi və bu problemin Elm və Təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı da vurğulanıb.Uzun müddətdir ki,universitet rəhbərliyi yaranmış problemin kökündə təhsil nazirliyini göstərib tələbələri nazirliyə,nazirlik isə əksinə, Azərbaycan Dövlət İqtisad Universitetinə yönləndirməsi informasiya resurslarında müzakirə olunan mövzulardandır. Ötən həftə isə yaranmış ziddiyyətli vəziyyətə münasibət bildirən UNEC rəsmisi Elm və Təhsil nazirliyinə məktub ünvanlandığını, nazirlikdən diplom blankları alacaqları təqdirdə məzunların diplomlarını verəcəklərini bildirdi.

Gundemxeber..az faktinfo.az-a istinadla bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialının məzunlarına diplomların verilməsi ilə bağlı qanuni tərəfdən problemi olmamalıdır. Eləcə də, məsələnin mahiyyətini bilmədən,Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsinə görə, Elm və Təhsil naziri Emin Əmrullayevi qınamağın yersiz olduğunu yazmışdıq. O cümlədən, Elm və Təhsil naziri ADİU-nun Dərbənd filialı ilə bağlı məsələnin qanuni tərəfindən yayına, diplomları verməyə bilməz, fikirini irəli sürmüşdük.Hətta vurğulamışdıq ki,görünür diplomu verilməyən tələbələrlə bağlı müəyyən problemlər mövcuddur.Məsələn,ola bilər ki, diplomlarını ala bilməyən tələbələr ADİU-nun Dərbənd filialına bir neçə il bundan qabaq hansısa şərtlər daxilində qəbul olunublar.O da ola bilər ki, diplomu verilməyən məzunlar filiala ümumi plan yerindən artıq (kənar)qəbul olunan tələbələr ola bilər,fikirini irəli sürmüşdük.Bu hallarda naziri və ya nazirliyi məzunlara diplom verilməməsinə görə qınamaq yersizdir,qənaətini sərgiləmişdik.

Göründüyü kimi, Elm və Təhsil naziri Emin Əmrullayev 06.02.2025-cil tarixində keçirdiyi brifinqində çıxışı zamanı Dərbənd filialının məzunlarına diplomların verilməməsi səbəbinə səmimi şəkildə aydınlıq gətirdi.Nazirin jurnalistin sualına cavabından belə aydın oldu ki,50 bal toplayanla,550 bal toplayıb universitetə qəbul olan tələbəyə fərq qoyulmalıdır,fərq qoymadan hər ikisinə diplom verəcəyiksə, burada ədalət meyyarı pozulmuş olacaq.Hərə əlinə bir kağız alıb üstümüzə gələcəksə,biz onlara heç də diplom vermək məcburiyyətində deyilik,vəs.

ADİU-nun Dərbənd filialının tələbələrinə nazirlik olaraq,diplom verə bilmirlər,ona görə ki, bunun hüquqi əsası yoxdur.Heç o tələbələr Dərbənd filialında normal dərsdə olmayıblar,ora qanuni tərəfdən qəbul olunmalarına dair nazirlik olaraq, əllərində bir əsas yoxdur.Məzunlar məhkəməyə müraciət etsinlər,əgər məhkəmə bu barədə onların xeyrinə qərar qəbul edərsə, heç olmasa bunu əsas götürüb,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından "məzun olmuş" tələbələrə diplom verilməsinə zəmin yaranmış olsun.Yəni, Elm və Təhsil naziri Emin Əmrullayev ona ünvanlanan suala cavabı zamanı açıq formada deməsə də,sətiraltı vurğuladı ki,hazırda diplomu verilməyən məzunların ADİU-nun Dərbənd filialına qəbul siyahısı nazirliyin elektron baza sistemində yoxdur. Onlar başqa yollarla ADİU-nun Dərbənd filialına qəbul ediliblər,bundan bəlkə də heç tələbələrin xəbəri olmayıb. Mən belə saxtakarlığa göz yumub onlara diplom verə bilmərəm, vicdanımda qəbul eləmir,kim verə bilir buyurub versin. Vəssalam, şüttamam!

Qısası belə anlaşılır,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından məzun olmuş tələbələrə diplom verilməməsi problem olaraq get-gedə UNEC rektoru Ədalət Muradov üçün başağrısına çevrilir.Yaranmış vəziyyətə ötən ay Hesablama Palatasının 2022-2024-cü il üçün iş planına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət maliyyə nəzarəti tədbiri həyata keçirdiyi zamanı aşkarlanan nöqsanları və bunların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş milyonlarla manat vəsaitin geri qaytarılmasını,təmir işlərində artıq icra edilmiş məbləğlərin geri ödənişinin təmin edilməsini tələb kimi qarşıya qoyması Ədalət Muradovun vəziyyətini bir az da ağırlaşdırır.

Düzdür, o rektor təyin edildiyi son 10 il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində yaranmış bütün xoşagəlməz halların ört-basdır edilməsində çətinliyi olmayıb.Amma belə görünür,hazırkı xına o xınadan deyil, qiymətləndirmə də artıq onun əleyhinə işləyir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Universitet məzunlarına diplom verilmir – Nazirə aksiya xəbərdarlığı

    Universitet məzunlarına diplom verilmir – Nazirə ...

    24-01-2014, 20:20

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31

  • 
  • İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: “ƏDALƏT MURADOV NƏ DEMƏK İSTƏYİR???”

    İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: ...

    17-09-2018, 12:18

  • 
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Universitet tələbələrin borclarını sildi

    Universitet tələbələrin borclarını sildi ...

    26-09-2014, 16:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu