Rusiya prezidenti Vladimir Putin SSRİ-ni yenidən qurmaq üçün dünyaya ciddi mesajlar verməklə yanaşı, Rusiyaya alternativ olan ölkələrə də hədə-qorxu gəlməkdədir. Bir-neçə il bundan öncə, Ukrayna ilə başladığı işğalçı müharibə sözün əsl mənasında Rusiyanı həm sarsıdır, həm də əleyhinə olan ölkələrin sayını artırır. Bir sözlə, gedən proseslər birbaşa Rusiyanın əleyhinə işləyir. Bugünlərdə Federal Təhlükəsizlik Xidmətinin daxili yazışmalarının The New York Times qəzetinə ötürülməsi Rusiyada daxili çaxnaşmaların yaranmasının ciddi təsdiqi sayıla bilər. Bu mövzuda Xəqani Cəfərlinin təhlili yazısı diqqətimizi çəkdiyi və gundemxeber.az-ın oxucuları üçün də maraqlı olduğunu nəzərə alıb həmin yazını təqdim edirik:
"Rusiyada hakimiyyət çevrilişinə hazırlıq sürətlənib. “Hörümçək toru-1” və “Hörümçək toru-2” əməliyyatları, Federal Təhlükəsizlik Xidmətinin daxili yazışmalarında Çini düşmən ölkə kimi xarakterizə etməsi ilə bağlı məxfi məlumatın The New York Times qəzetinə ötürülməsi bu qənaəti yaradır. Belə görünür ki, Rusiya elitasındakı hansısa qrup Rusiya-Çin dostluğundan ağızdolusu danışan rəsmi Moskvadan fərqli olaraq Çini düşmən hesab edən “qeyri-rəsmi Moskva“nın mövcudluğu ilə bağlı mesaj verməyə çalışır.
“Qeyri-rəsmi Moskva“ Çini Rusiyanın Uzaq Şərqdəki ərazilərini ələ keçirmək niyyətində ittiham etməklə buna şərait yaradan Putin iqtidarının Pekinə satılmış vətən xainləri olması ilə bağlı düşüncələrin yayılmasına nail olsa, Rusiyada yaxın zamanlarda hakimiyyət dəyişikliyi qaçınılmaz olacaq. “Hörümçək toru-1” və “Hörümçək toru-2” əməliyyatlarının gerçəkləşməsi də hakimiyyət dəyişikliyinə münbit şərait yaradacaq hərbi məğlubiyyətə gedən yolun başlanğacı ola bilər. Kəmiyyətin keyfiyyətə keçməsi qanunu qüvvədədir."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?