GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?

Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?

Tarix: 31-07-2025, 17:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 73

Azərbaycanda tikinti sektoru tez-tez bu sahədə çalışan insanların hüquqlarının pozulması məsələsi ilə gündəmə gəlir. Əmək müqavilələri formal, maaşlar qeyri-rəsmi, iş saatları isə istismarçılıq üçün əlverişli olur. Redaksiyamıza daxil olan növbəti şikayət də bunu təsdiqləyir.

Bu dəfə müraciət “Aral Group” tikinti şirkətində mühasib köməkçisi vəzifəsində çalışmış Cavid Əliyevdən gəlib.

Şikayətçinin bildirdiyinə görə, şirkətdə əməkdaşlar yalnız rəsmi iş saatları ilə deyil, qeyri-rəsmi şəkildə daha saatlarla işləməyə məcbur edilir:

“Mən 10 ay rəsmi olaraq “Aral Group” tikinti şirkətində mühasib köməkçisi vəzifəsində çalışmışam. Normalda iş saatı 09:00-da başlayaraq 18:00-da bitir. Lakin mənim işim 08:00-dan 18:00-a kimi idi. Bu, şirkətin qrafiki idi və hazırda da əməkdaşların hamısı qeyd etdiyim qrafik üzrə çalışırlar. Həftənin 5 günü 8 saat olmaqla, əməkhaqqı 450 manat qeyd olunmuşdu. Lakin aldığım əməkhaqqı 600 manat idi. Maaşın 450 manatını karta vururdular, qalan hissəsini isə nağd şəkildə verirdilər. Şirkət mənə məzuniyyətin düşmədiyini və əlavə iş saatlarına görə ödəniş edilməyəcəyini bildirir. Baxmayaraq ki, şirkətin bu davranışı qayda pozuntusudur. Hüquqları pozulmuş bir vətəndaş olaraq, məzuniyyət və əlavə günlərimin hesablanmasını tələb edirəm”.

Ən narahatedici məqam isə əlavə iş saatlarına görə ödənişin edilməməsi və əmək məzuniyyətinə icazə verilməməsidir. Cavid Əliyev hesab edir ki, 10 aylıq iş dövrü ərzində toplanmış əlavə saatlar və istifadə olunmamış məzuniyyət günləri üçün ona 3623 manat ödənilməli idi. Lakin bu tələb şirkət tərəfindən rədd olunub.

Şirkətin hüquqşünası Rafət bəy isə məsələ ilə bağlı Bakupost.az -ın sualına cavab verməkdə çətinlik çəkdiyini:

“Bu, mənim sahəm deyil. Təbii ki, deyəcəm ki, bu, doğru deyil. Əgər hüquqları pozulubsa, Əmək Müfəttişliyi ilə əlaqə saxlasın.”

“Aral Group” 1991-ci ildə Türkiyədə yaradılıb və 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Sumqayıt şəhərindəki “Bağça Şəhər” adlı iri yaşayış kompleksi də bu şirkətin layihəsidir.

Sözügedən layihə ilə bağlı da əvvəllər müxtəlif narahatlıqlar səsləndirilib. İddialara görə, binalarda yanğın təhlükəsi yüksək olan penoplast üzlüklərdən istifadə olunub. Halbuki bu material 2016-cı il mayın 19-da baş vermiş faciədən sonra rəsmi olaraq qadağan edilib.

Layihənin rəhbəri Muxtar Gülməmmədov Bakupost.az -a açıqlamasında iddiaları təkzib edib.

“Xeyr, biz buna icazə vermərik. Hər məhsulun sertifikatları var, tanınmış şirkətlə çalışırıq. Əgər belə şübhə varsa, FHN-ə şikayət etsinlər”.

Hansı tərəfin həqiqətləri danışdığını demək çətindir. Lakin dəqiqlikdə deyə bilərik ki, işçi hüquqlarının qorunması və tikinti təhlükəsizliyi məsələləri təkcə qanunlarla deyil, həm də vicdan və məsuliyyət hissi ilə tənzimlənməlidir. Əks halda, redaksiyamıza eyni mövzu ilə əlaqədar hələ çox müraciət daxil olacaq. Bu isə cəmiyyətdə həmin şirkətlərə qarşı inamsızlıq yaradır. Görünür ki, bəzi şirkətlər hələ də bu inamı qazanmaq yolunda ciddi düşünməlidirlər.

Mövzunu diqqətdə saxlayacağıq.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var: işçiləri necə istismar edir...

    Adı nurçularla hallanan “Aral Group” şirkətindən ...

    9-07-2025, 23:53

  • 
  • Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

    Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin ...

    7-03-2021, 10:11

  • 
  • Sığorta şirkətində 220 minlik frıldaq

    Sığorta şirkətində 220 minlik frıldaq ...

    20-06-2013, 11:28

  • 
  • Tikinti şirkətində korrupsiya məhkəmədə araşdırılır

    Tikinti şirkətində korrupsiya məhkəmədə ...

    16-03-2015, 11:17

  • 
  • Azərbaycanda iş saatları dəyişdirildi

    Azərbaycanda iş saatları dəyişdirildi ...

    1-04-2015, 17:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu