Gundemxeber.az » GündəmXəbər » Səhifə 396
“Daşlar qopub yerə düşür. Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq. Həyatımıza təhlükə günbəgün artır”. DİA.AZ bildirir ki, bunu Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi 29 ünvanında yaşayan sakinlər deyir. Onların sözlərinə görə, bir neçə ailə 23 ildən çoxdur ki, qəzalı binada canını dişinə tutub yaşayır.
“12 oktyabrda Qarabağın azadlığı uğrunda Hadrutda gedən döyüşlərdə yaralandım. Xəstəxanada müalicə aldıqdan sonra 1 dekabrda evə buraxıldım. 1 dekabrdan bu günə kimi mənimlə heç bir dövlət orqanı maraqlanmır. Bir zəng belə edib soruşan olmadı ki, yaşayırsan?”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məxsus yaşayış binaları kompleksinin olduğu üzə çıxıb.
Binəqdi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən Müharibəsində hər iki gözünü itirən qazini 4 saat gözlətdikdən sonra qəbul etməyib.
Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarında neqativ hallara yol verilməsi barədə dəfələrlə yazılıb. Bu satınalmalarda ən çox rast gəlinən neqativ hallardan biri nəzərdə tutulan müqavilələrdə qiymətlərin şişirdilməsi ilə yanaşı, eyni zamanda izafi xərclərə yol verilməsidir.
2019-cu il oktyabrın sonu, noyabrın 1-2-i aralığında Bakıya yağan güclü yağışdan sonra Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanlı binanın damına yığılan su mənzillərə dolub. Nəticədə doqquzmərtəbəli binanın yuxarı mərtəbəsindəki mənzillər tamamilə yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.
Sorğu
Yeni dizaynımız necədir?