Azərbaycan hökuməti Avro-4 standartına keçidlə əlaqədar milli avtomobil nəqliyyatı parkının yenilənməsi üçün qeyri-standart addımlar ata bilər. Bu barədə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bəyan edib.
Onun sözlərinə görə, ekologiyaya zərər vuran köhnə avtomobillərin alışı, yaxud da onlardan imtinaya görə kompensasiyanın ödənilməsi qəbul ediləcək mümkün qərarların sırasındadır.
“Aprelin 1-dən Avro-4 standartı minik avtomobillərinə münasibətdə tətbiq olunacaq. Lakin sonradan bu standart yük və hətta dəmir yolu nəqliyyatını da əhatə edəcək”, - deyə, Həsənov bildirib.
Onun bildirdiyinə görə, 2013-cü ildə ölkəyə dəyəri 1,88 milyard dollar təşkil edən 100 mindən çox avtomobil gətirilib və onların 50 mindən çox hissəsi köhnə avtomobillərin payına düşür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?