“Avro 4 standartına keçid gömrük tariflərinin yüksəlməsinə təsir etməyəcək”. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yeni tariflər mütləq avtomobil rüsumlarının qiymətlərinə təsir etməyəcək: “Avtonəqliyyat vasitələrinə tətbiq olunun vergi qarışımlar mütləq rəqəmlərdir. Söhbət əlavə dəyər vergisindən gedir. Mənə elə gəlir ki, rüsumların tariflərində elə də ciddi dəyişiklik gözlənilmir. Avro 4-ə cavab verən maşınların qiymətləri aydın məsələdir ki, Avro 2-dən daha yüksəkdir. Bu isə öz özlüyündə tənzimlənəcək. Düşünürəm ki məhz buna görə büdcə proqnozunun yerinə yetirilməsində problemlə üzləşməyəcəyik”.
Aydın Əliyev yeni standartlara keçidin və köhnə avtomobillərin tədricən aradan çıxmasının tıxacların aradan qaldırılmasına kömək edəcəyini də deyib: “Avro 4 keçməyimiz onu göstərəcək ki, idxal olunan avtomobillərə tələblər artır. Bu standarlara keçidlə eyni zamanda həm də ekologiyanı qoruyacayıq. Həmçinin mənə elə gəlir ki, köhnə avtomobillərin tədricən aradan qaldırılması tıxacların azalmasına səbəb olacaq. Eyni zamanda yol hərəkətinin daha intensiv hərəkətinə imkan yaradacaq. Bildiyiniz kimi, artıq Avropada Avro5-dən Avro 6-a keçid olunur. Biz inkişaf etmiş ölkəyik və mənə elə gəlirki, qəbul olunan qərarlar tamamilə düzdür”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?