Bu şirkətin hansı özəlliyi müştərilər üçün cəlbedicidir?
Ölkəmizdə xəz-dəri geyimlərinin satışı üzrə ixtisaslaşmış ən böyük firma kimi tanınan «Karolina Valiant»la bağlı yerli mətbuatda xeyli sayda tənqidi materiallar yer alsa da, hər dəfəsində şirkətin verdiyi ironik reaksiya diqqətləri xüsusi olaraq cəlb edib. Bu azmış kimi, şirkət nümayəndələri elə də ciddi reklama ehtiyaclarının olmadığını da əsas gətirərək mətbuatın yazdıqlarının onlar üçün əhəmiyyət daşımadığını bəyan ediblər. Amma hətta bu şəraitdə belə, asanlıqla müştərilərini aldada bilən «Karolina Valiant»la bağlı redaksiyamıza edilən müraciəti diqqətinizə çatdırmaq istədik. Yəni indidən təxmin edirik ki, «Karolina Valiant»dan bu məsələ hansısa formada reaksiya verilməyəcək və redaksiyamıza yardım üçün üz tutan vətəndaşa köməyimiz dəyməyəcək. Amma başqa şans da yoxdur… “Gündəm xəbər”ə müraciət edən Bakı sakini Eldar Həmidov bildirir ki, bir neçə gün əvvəl həyat yoldaşına «Karolina Valiant»dan doğum günü səbəbiylə hədiyə etmək qərarına gəlib: «Və peşmançılığım da bundan sonra başlayıb. 3200 manata aldığım şubanın həqiqətən də keyfiyyətli mal olduğuna təminat verdilər. Mən də inandım». Vətəndaş bildirir ki, elə «Karolina Valiant»ın yerləşdiyi «Binə» Ticarət Mərkəzindən uzaqlaşmağa ehtiyac olmadan aldanıldığının fərqinə varıb: «Kürkü alsam da, içimdə bir nigarançılıq olduğundan, yenə də «Binə»dəki digər kürk dükanlarına baş çəkdim və aldanıldığımın şahidi oldum. Sən demə, qonşu dükanda eyni kürk 1400 manata satışda imiş və hətta açıq şəkildə mənə etiraf etdilər ki, həmin kürk Çində istehsal olunub. Halbuki «Karolina Valiant»da mənə belə deyilməmişdi». Sonradan aldığı kürkü zor gücünə, böyük hay-küy hesabına geri qaytardığını söyləyən vətəndaş bildirdi ki, onun ağzı yandığı kimi istəmir ki, başqaları da «Karolina Valiant»ın şirnikləndirici reklamlarına aldanıb ucuz malı baha qiymətə alsınlar: «Onların sadəcə olaraq bir üstünlükləri var ki, çeşidləri boldur. Başqa bir özəllikləri yoxdur». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?