karolinavaliantŞirkət Çin istehsalı olan malları başqa dövlətlərin məhsulu kimi baha qiymətə satır Bir ara telekanallarda ən çox reklam olunan şirkətlərdən biri də «Karolina Valinat» idi. Xəz-dəri məmulatlarının satışını təşkil edən bu şirkətin ilk öncə diqqəti çəkməyən fırıldağı isə sonradan müştərilər tərəfindən üzəçıxarılıb. ”Karolina Valiant» öz məhsullarının Avropa ölkələrindən gəldiyini bildirir. Lakin müştərilər müəyyən ediblər ki, şirkət bu zaman iki böyük saxtakarlıq etməklə daha çox qazanc əldə etməyə nail olur. Birinci saxtakarlıq odur ki, şirkətin satışa çıxardığı məhsulların heç biri Avropa istehsalı deyil. Və onların istehsal edildiyi ölkə Çindir. Təbii ki, Çinlə Avropa malını müqayisə etməyin də yeri yoxdur. İkinci saxtakarlıq isə Çin malını Avropa adı altında baha qiymətə satmasıdır. Bununla bağlı müştərilər vurğulayırlar ki, «Binə» Ticarət Mərkəzində yerləşən şirkətin dükanlarından aldıqları xəz kürkü yoxlatdırdıqdan sonra məlum olub ki, məhsul saxtadır. Üstəlik də, bazar qiymətindən 1800 manat bahadır. «Marka» adı altında satışa çıxarılmış eyni məhzusun Çində istehsal olunduğu və «Binə»də 1400 manata satıldığı da aşkarlanıb. Amma şirkət rəsmilərinə bununla bağlı edilən şikayətlərə isəəhəmiyyət belə verilmir. Malı satdıqdan sonra onu qəti şəkildə geri qaytarmayan «Karolina Valiant»ın rəsmiləri və satıcıları onlara kimsənin nəsə edə biləcəyini düşünmürlər. Bakı sakini Nazilə Ağayeva bildirir ki, bir müddət əvvəl baha qiymətə aldığı xəz kürkü yoxlatdırarkən məlum olub ki, o Avropa istehsalı deyil. Həmçinin xəz-dəri işləri ilə məşğul olan yaxınlarından biri də təsdiqləyib ki, «Karolina Valiant»ın satdığı məhsulların hamısı saxtadır və onlar bir müddətdən sonra sıradan çıxmağa başlayır. Bir müddət əvvəl mətbuata müraciət edən Bakı sakini Eldar Həmidov isə deyir ki, həyat yoldaşına sözügedən şirkətdən aldığı xəz kürkün saxta olduğunu elə «Binə» də ona deyiblər. 3200 manata aldığı həmin kürkün bazarda 1400 manata, özü də Çin istehsalı olması isə müştərini lap özündən çıxarıb. Böyük məşəqqətlər hesabına kürkü geri qaytarmağa nail olan Həmidov əhaliyə müraciət edərək vurğulayır ki, kimsə «Karolina Valiant»a üz tutmasın. «Onların sadəcə olaraq bir üstünlükləri var ki, çeşidləri boldur. Başqa bir özəllikləri yoxdur. Saxta malların satışını təşkil edən bu şirkətdə mənim əlim yanıb, başqalarının yanmasını isə istəmirəm».(Demokratiya.info)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?