GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Karolina Valiant”da böyük maxinasiya

“Karolina Valiant”da böyük maxinasiya

Tarix: 6-12-2012, 14:58 Bölmə :Ölkə Baxış: 3 545
“Karolina Valiant”da böyük maxinasiya

İtaliya, Yunanıstan və Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən xəz-dəri geyimləri, əslində, Çində istehsal edilirmiş

“Karolina Valiant” xəz-dəri qalereyası barədə ötən sayımızda dərc olunan məlumat böyük ajiotaj yaradıb. Qalereyanın mallarının keyfiyyətsiz olması barədə yazımızdan sonra mağazanın müştərilərinin sayı kəskin azalıb. Əldə etdiyimiz məlumata görə, buradan baha qiymətə xəz alan vətəndaşlar aldıqları malları geri qaytarmağa başlayıblar. Mağaza sahibləri əvvəlcə geri qaytarılan malların pulunu qaytarmaqdan imtina etsələr də, narazılığın artması onları bu addımdan çəkindirib. Narazı müştərilərin sayı hədsiz çox olduğundan, artıq qalereya sahibləri geri qaytarılmaq üçün gətirilən malların pulunu müştərilərə ödəyirlər.
Xatırladaq ki, qəzetimizin ötən saylarında “Karolina Valiant” xəz-dəri mağazasının istehlakçıları aldatdığı barədə məlumat vermişdik. Belə ki, İtaliya, Yunanıstan, Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən “Karolina Valiant” xəz-dəri geyimləri, əslində, Çin istehsalı imiş. İstehlakçıların aldadılmasından “Karolina Valiant” son 4-5 ayda milyonlarla gəlir əldə edib.
Saxta və keyfiyyətsiz xəzlər satan “Karolina Valiant” xəz-dəri qalereyası ictimaiyyətə geniş şəkildə reklam edildiyindən, buranın müştərilərinin sayının əvvəllər çox olduğu bildirilir. Burada xəzlərin qiyməti 1300 manatdan başlayır və 50 min manata qədər artır. Min üç yüz manata qısa və sadə xəz almaq mümkündür. Sadə və uzun xəzin start qiyməti 2000 manatdan başlayır. Xəzdən hazırlanan jiletlərin ən ucuzu isə 850 manatdır.
“Karolina Valiant”da baş verən qanunsuzluqlar bununla yekunlaşmır. Təxminən bir il bundan əvvəl ölkə mətbuatının səhifələrində "Karolina Valiant" xəz-dəri mağazasının istehlakçıları aldatdığı və bu salonun sponsorluq fəaliyyətindən yararlanan müəyyən teleşirkət rəsmilərinin bilərəkdən bu maxinasiyalara göz yumduğu barədə məlumatlar dərc olunmuşdu. Məsələnin məğzində ciddi iqtisadi maxinasiyalarda iştirak etmə və hətta dövlətin maliyyə sisteminə zərbə olan bir sıra fırıldaqçı firmalarla ortaqlıq kimi ağır ittihamlar dururdu. Bəzi məlumatlarda isə "Karolina Valiant" xəz-dəri mağazasında və bu şirkətin bütün strukturlarında MTN tərəfindən ciddi araşdırmaların aparıldığı da bildirilirdi. Məlum olmuşdu ki, "Karolina Valiant" mağazasında İtaliya, Yunanıstan və Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən xəz-dəri geyimləri, əslində, Çində istehsal edilirmiş. Bu yolla istehlakçıların aldadılmasından isə "Karolina Valiant" son 4-5 ayda milyonlarla gəlir əldə edib. Əldə olunan pulların az qala yarısı da məhz mağazanın reklam edildiyi telekanala yönəldilib. Bir müddət, hətta küçələrdən mağazanın reklam lövhələri də yığışdırılmışdı. O cümlədən həmin ərəfədə "Binə" ticarət mərkəzində yerləşən "Karolina Valiant" xəz-dəri mağazasının fəaliyyətinin də dayandırılacağı barədə məlumatlar yayılmaqda idi.
Lakin aradan az bir müddətin keçməsilə bütün bu söz-söhbətlər, sanki heç olmamış kimi, öz-özünə unuduldu. Düşünmək olar ki, irəli sürülən ittihamların əsassız olması və mağazada təqdim olunan malların yüksək keyfiyyəti buna səbəb oldu. Lakin bir fakt olduğu kimi diqqəti cəlb edərək, problemin hələ də həllini tapmadığını vurğulayır. Bu gün "Karolina Valiant" xəz-dəri mağazası, ticarət və sponsorluq fəaliyyətilə bərabər, eynilə sadəlövh müştəriləri aldatmağa da davam edir. Buna əsas sübut isə müştərilərin həmin mağazanın salonlarından əldə etdikləri məmulatların tez bir zamanda ilkin görkəmini və keyfiiyyətini itirməsidir. Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları tərəfindən beynəlxalq bazarlara çıxarılan məhsulları görkəminə görə yüksək keyfiyyətli Avropa mallarından ayırmaq heç də asan deyildir. Hətta xüsusi analizlər həyata keçirilmədən bəzi mütəxəssislər belə saxta malı orijinaldan ayırmaqda çətinlik çəkirlər. "Karolina Valiant" xəz-dəri mağazası tərəfindən həyata keçirilən bu möhtəşəm fırıldağın əsas sığortaçısı isə Azərbaycanın iqlim şəraiti olmuşdur. Belə ki, uzun illərdən bəri, Qərbi Avropa ölkələri və Rusiya ilə müqayisədə, ölkəmizdə qışın kifayət qədər mülayim keçməsi Çin istehsalı olan xəz-dəri məmulatlarının da öz keyfiyyətlərini nisbətən qorumasına səbəb olurdu. Lakin builki soyuq hava şəraiti Azərbaycan istehlakçısına Avropa brendləri kimi təqdim olunan kürklər və gödəkçələr üçün də əsl imtahana çevrildi. Təəssüflər olsun ki, məhz "Karolina Valiant" xəz-dəri mağazasından alınmış əksər məmulatlar tez bir zamanda öz sahiblərini məyus etmiş oldular. Geyim olaraq, əsas funksiyası kimi soyuqdan qorumağa xidmət edə bilmədiklərilə yanaşı, bu məmulatlar, həm də, ilkin gözəl görkəmlərini tez bir zamanda itirmiş oldular. Bu dəfə, necə deyərlər, sərt Bakı küləyi özü imtahançı qismində çıxış etdi. Paytaxtımızda sadəcə bir gün tüğyan etmiş qarlı çovğun "Karolina Valiant"ın xəz-dəri məmulatlarına sarsıdıcı zərbə vurdu. Yeni alınmış mallar, ən azından 4-5 qış mövsümündən çıxmış kimi görünməklə, istehlakçıların bütün etibarını itirmiş oldular. Nəzərə alsaq ki, bu məmulatların satış qiymətləri, bəzi məlumatlara görə, 1300 manatdan başlayır və 50 min manata qədər artır, o zaman "Karolina Valiant" sahiblərinin yol verdiyi maxinasiyaların miqyasını, təxmini də olsa, təsəvvür etmək olar. Hər halda, son günlər ölkə mətbuatı və digər informasiya vasitələri tərəfindən yenidən gündəmə gətirilməkdə olan "Karolina Valiant" mövzusu, nəhayət ki, bu məsələlərə tam aydınlıq gətiriləcəyinə və Azərbaycan istehlakçılarının hüquqlarının gələcəkdə də bu kimi təcavüzlərdən müdafiə olunacağına yeni ümidlər doğurur.
Mövzunu davam etdirəcəyik.

Xaliq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Karolina Valiant» müştərilərini necə aldadır? – RƏZALƏT

    Karolina Valiant» müştərilərini necə aldadır? – ...

    21-10-2013, 22:07

  • 
  • «Karolina Valiant»da qiymət maxinasiyası

    «Karolina Valiant»da qiymət maxinasiyası ...

    5-12-2012, 08:59

  • 
  • Məşhur geyim mağazası müştərilərini necə aldadır?

    Məşhur geyim mağazası müştərilərini necə aldadır? ...

    8-02-2016, 14:46

  • 
  • Azərbaycana gətirilən kartof Ermənistan istehsalı çıxdı – ŞOK İDDİA

    Azərbaycana gətirilən kartof Ermənistan istehsalı ...

    11-11-2013, 11:23

  • 
  • Avropa Liqasında II tur yekunlaşdı - Bütün HESABLAR

    Avropa Liqasında II tur yekunlaşdı - Bütün ...

    3-10-2014, 10:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu