GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda bu qanun xəstəliklərin yayılmasına səbəb olur

Azərbaycanda bu qanun xəstəliklərin yayılmasına səbəb olur

Tarix: 24-04-2014, 11:49 Bölmə :Maraqlı Baxış: 1 248
Azərbaycanda bu qanun xəstəliklərin yayılmasına səbəb olur
11 ildir ki, qanun dəyişmir

Hadı Rəcəbli: “İcbari tibbi sığortanın tətbiqi gələn ildən tətbiq olunacaq”

Hepatit virusunun daşıyıcısı: “Mən sadəcə yaşamaq istəyirəm”

Namazova Süsən hepatit virusunun daşıyıcısıdır. Dediyinə görə, onda bu virus dişlərini müalicə etdirdikdən sonra aşkar edilib. Amma buna baxmayaraq, hazırda bu xəstəliyin müayinə və müalicəsi ilə məşğul olmur. Səbəb isə maliyyə problemidir: “Mən 160 manat təqaüd alıram. Bu pulla özümü güclə dolandırıram. Oğlum işləmək üçün normal iş tapa bilmir. Təqaüd isə dolanmaq üçün zəruri olan ərzağın alınmasına xərclənir. Deyirlər ki, hepatit virusunun müalicəsi üçün ildə 20 min manat pul xərcləmək lazımdır. Məndə isə bu qədər pul yoxdur. Böyük xərc tələb etdiyindən mən bununla maraqlanmıram. Ancaq SSRİ dövrü olsaydı, mən dərhal xəstəxanaya gedərdim və bəlkə də bu xəstəlik müayinə olunardı. Ancaq indilikdə mənim xəstəxanaya müraciət etməyim real deyil. Çünki, pulu olmayan vətəndaşın müalicə edilməsi indiki şərtlər daxilində mümkün deyil”.

Qanun qəbul olunub, amma işləmir

Xatırladaq ki, Milli Məclis “Tibbi sığorta haqqında” Qanun qəbul edib. 1999-cu ildə isə prezidentin qanunun tətbiq edilməsi haqda qərar imzalayıb. Ancaq bu günə qədər sözügedən qərar tətbiq edilmir. 2007-ci ildə isə dövlət başçısı Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Lakin tibbi sığortanın işləməsi üçün qanunvericilik bazası yaradılsa da, bu xidmət növü işləmir. Milli Məclis 2014-cü ilin aprelində sözügedən qanuna müəyyən dəyişikliklər də edib. Bu zaman bəzi deputatlar işləməyən qanuna dəyişikliklərin edilməsini absurd adlandırıb. Hepatit virusunun daşıyıcısı olan xanım Namazova isə deyir ki, əgər dövlət bu xəstəliyin müalicəsini öz üzərinə götürsə, özünü müalicə etdirər: “Lap hər ay pensiyamdan 5 manat tutulmasına da razıyam. Mən yaşamaq istəyirəm”.

Adil Qeybulla: “Biz 1992-ci ildən hökumətə qanun layihəsi təqdim etmişik”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, indiki vəziyyətdə ancaq bu qanunun tətbiqi həm vətəndaşları, həm də xəstələri pis vəziyyətdən çıxara bilər. Onun sözlərinə görə, tibbi sığortanın tətbiqi vacibdir: “Biz vətəndaşlarımızı düşünməliyik. Özünə hörmət edən, vətəndaşlarını düşünən bütün ölkələrdə bu qanun işləyir və xəstə insanlar da bu xidmətdən istifadə edir. Nəticədə həm tibb personalı, həm də pasiyent razı qalır”.
Ekspert qeyd edib ki, onlar tibbi sığorta ilə bağlı ilk dəfə 1992-ci ildə maraqlanıblar: “O zaman biz işlədik, araşdırmalar apardıq və sonda bir qanun layihəsi hazırlayıb hökumətə və parlamentə təqdim etdik. Həmin layihədə tibbi sığortanın işləmə mexanizmi açıq göstərilirdi. Təəssüflər olsun ki, bu layihədən bir səs belə çıxmadı. Sonradan 1999-cu ildə Milli Məclis “Tibbi sığorta haqqında” Qanunu qəbul etdi, ölkə prezidenti qanunu imzaladı. Amma iş ondadır ki, qanunun işlək olması üçün onun dəqiq mexanizmi olmalıdır. Əks halda qanun kağız üzərində qalır. Mən Milli Məclisdə bu qanuna edilən dəyişikliklərə də diqqət etmişəm. Bu dəyişikliklər tibbi sığortanın real həyatda əks olunması, insanların mənafeyinə yönəlməsi, vətəndaşların sosial müdafiəsinə yönəlməsi baxımdan ortaya mexanizm qoymur. Qanuna edilən dəyişikliklər məsələnin həlli deyil. Azərbaycanda tibb sığortası üçün konkret kateqoriyalar müəyyənləşməlidir. Əhalinin hansı kateqoriyası necə sığortalanmalıdır, işləməyən şəxslərin sığortalanması kateqoriyası xeyli fərqlidir. Eləcə də dövlət məmurlarının sığortalanması kimi xeyli nüanslar var ki, dəqiq mexanizm tələb edir və bu işlənib hazırlanmalıdır. Çünki, sığorta həm də maliyyə ilə birbaşa bağlı məsələdir. Tibbi sığorta vətəndaşın xeyrinə işləməsə, eləcə də bundan həkim və tibbi personalın adekvat əmək haqqı təmin edilməsə, bu zaman ölkədə tibbi sığorta xidməti təmin edilə bilməz”.

“Dövlət xəstəxanaları özəlləşdirilməli və dərhal qanunun tətbiqinə başlanılmalıdır”

Millət vəkili Qüdrət Həsənquliyev isə deyir ki, dövlətin nəzarətində olan xəstəxanalar dərhal özəlləşdirilməli və tibbi sığortanın tətbiqinə başlanmalıdır: “Bu həm səhiyyədə olan neqativ halların qarşısını alacaq, həm də vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlə təmin olunmasına şərait yaradacaq. Beləcə nə xəstə pulsuzluğu səbəbindən həkimə getməmək kimi niyyətə düşməyəcək, nə də həkim xəstənin cibinə göz dikməyəcək. Biz bu məsələni dəfələrlə Milli Məclisdə qaldırmışıq. Əslində hökumətin özü də bunda maraqlı olmalıdır. Ancaq təəssüflər olsun ki, qanun 11 ildir qüvvəyə minsə də faktiki olaraq işləmir. Hər il dövlət büdcəsindən buna maliyyə ayrılır və sonrakı il bu maliyyə yenidən dövlət büdcəsinə qaytarılır.

Musa Quliyev: “Çində dövlət deyir ki, işləyirsənsə get sağlamlıq xərcini ödə”

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə hesab edir ki, hökumət bu haqda net qərar verməlidir: “Ya icbari tibbi sığortanı qəbul etməliyik, ya da bundan imtina edərək səhiyyənin dövlət büdcəsindən maliyyələşməsini prioritet sahə kimi götürməliyik. Başqa sözlə, ildən-ilə səhiyyənin xərclərini artırmalıyıq. Hökm deyil ki, məcburi tibbi sığorta tətbiq edilsin. Elə ölkələr var ki, orada belə bir sistem yoxdur. Məsələn, İngiltərədə, Norveçdə, İsveçdə, Finlandiyada dövlət səhiyyəsi üstünlük təşkil edir və bütün vətəndaşlar da bu xidmətdən pulsuz istifadə edir. Lap SSRİ dövründə olduğu kimi. Amma elə ölkələr var ki, həm icbari tibbi sığorta mövcuddur, həm də dövlətin tibbi müəssisələri. Yəni qarışıq sistem var. Çində isə ümumiyyətlə dövlətin sosial öhdəliyi yoxdur. Dövlət deyir ki, işləyirsən, əmək haqqı alırsan və get sağlamlıq xərcini ödə. Odur ki, biz ilk olaraq modeli seçməliyik. Əgər məcburi tibbi sığorta sistemini seçəcəyiksə, məncə, Nazirlər Kabineti səviyyəsində işçi qrupu yaradılmalı və bəzi ölkələrin təcrübəsini öyrənməlidir. Məncə, Türkiyənin tibbi sığorta ilə bağlı yaxşı təcrübəsi var. Bunları öyrəndikdən sonra ortaya proqram qoyulmalı, bunun maliyyə-büdcə tutumu hesablanmalıdır. Sonra isə prosesə başlanmalıdır. Bununla bağlı qanunvericilik hazırdır. Prezidentin də məcburi tibbi sığorta ilə əlaqədar Sığorta Agentliyinin yaranması barədə sərəncamı olub. Həmdə büdcədən bu istiqamət üçün hər il vəsait ayrılır. Amma bu vəsait xərclənmədiyi üçün geri qaytarılır. Biz ilk olaraq qərar verməliyik, bizə məcburi tibbi sığorta lazımdır, yoxsa səhiyyənin dövlət büdcəsindən maliyyələşməsi? Məncə, icbari tibbi sığorta modeli seçilsə, bunu qarşıdan gələn 2 il müddətinə tətbiq etmək olar. Daha bu gün deyib, sabah onu tətbiq etmək mümkün deyil. Hesab edirəm ki, məcburi tibbi sığortanın işləməsi üçün səhiyyə müəssisələrinin imkanı var. Demək olar ki, bütün regionlarda yüksək xidmət göstərə biləcək səhiyyə müəssisələri var, avadanlıqla təchizat yüksək səviyyədədir, kadrlarla təminat ildən-ilə yaxşılaşır. Həm də icbari tibbi sığorta işə düşsə, ancaq dövlət səhiyyəsinə aid olmayacaq. Bu zaman vətəndaş özəl səhiyyə ocaqlarına müraciət edərək onun xidmətindən istifadə edə biləcək. Bu da, əslində özəl və dövlət tibb müəssisələri arasında sağlam rəqabətə gətirib çıxaracaq. Ancaq biz icbari tibbi sığortanı həyata keçirəcək gücdə olan sığorta şirkətlərinin olub-olmamasına da diqqət etməliyik. Məncə, 4-5 sığorta şirkəti bu prosesə cəlb edilməlidir. İlk olaraq hansı modeli seçməyimizə dair qərar verməliyik”.

“Yaşamaq hüquq qorunmursa, necə hüquqdan danışa bilərik?”

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva isə hesab edir ki, tibbi sığortanın olmaması bizim bəlamızdır: “Bu sığorta yoxdur, deməli pasiyentlərin hüququndan danışa bilmərik. Ölkədə ən prioritet məsələ insan hüquqlarının qorunmasıdır. Amma ən vacib yaşamaq hüquq qorunmursa necə hüquqdan danışa bilərik. Bu olduqca vacib məsələdir. Səhiyyədə korrupsiyanın mövcudluğu insanların ölkədə müalicə almasında problem yaradır.
Buna görə də insanlar müalicə üçün xaricə üz tutur. Tibbi sığorta haqqında Qanunun qəbulu bu problemin yoluna qoyulmasına kömək edə bilər”.

Səhiyyə Nazirliyi bu işlə məşğul olmur

Səhiyyə Nazirliyindən isə deyirlər ki, bu haqda danışmaq onların səlahiyyətinə aid deyil. Çünki qanun qəbul olunsa da, bu işlə Nazirlər Kabinetinin tərkibində yaradılması nəzərdə tutulan Tibbi Sığorta üzrə Dövlət Sığorta Agentliyi məşğul olacaq.

“Qanunun tətbiqi gələn ilə qaldı”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, indi sözügedən qanunla bağlı ciddi işlər görülür: “Bizim səhiyyəmiz inkişaf edir. Deputat həmkarımız olmuş Əli Əhmədov baş nazirin müavini postuna təyin edildikdən sonra bu məsələ ilə ciddi məşğul olur, artıq işçi qrupda yaradılıb. Hesab edirəm ki, onun rəhbərliyi ilə gələn ildən etibarən bu qanun işləyəcək. Mən bir daha qeyd edim ki, bunun üçün bizim imkanımız var. Çoxları qeyd edir ki, bu çətin məsələdir. Amma biz indiyə qədər bir sıra çətin problemləri həll edə bilmişik”.
Hepatit virusunun daşıyıcısı Süsən Namazovanın bu müzakirələrdən xəbəri yoxdur. O, heç belə bir qanunun mövcud olub-olmamasından da xəbərsizdir. Həmçinin, dövlətin vətəndaş qarşısında sosial öhdəliyi haqqında da heç nə bilmir. Ancaq deyir ki, o sadəcə olaraq ölmək deyil, yaşamaq istəyir.
NEMƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda gözəllik salonlarında hepatit C xəstəliyi yayılıb

    Azərbaycanda gözəllik salonlarında hepatit C ...

    12-06-2013, 18:52

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Oqtay Şirəliyevin pulsuz müayinə oyunu

    Oqtay Şirəliyevin pulsuz müayinə oyunu ...

    30-03-2014, 14:33

  • 
  • Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqində tələsmək olmaz”

    Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqində ...

    23-10-2014, 12:32

  • 
  • Cinsi yolla keçən xəstəliklər MM-də müzakirə edildi

    Cinsi yolla keçən xəstəliklər MM-də müzakirə ...

    16-09-2014, 14:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu