İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "RV Distribyuşn" MMC-yə məxsus mağazada yoxlama aparıb. Bəlli olub ki, mağazada yalançı reklamdan istifadə edərək əhalini aldadırlar.
Bu barədə nazirlikdən məlumat veriblər. Xəbərdə deyilir ki, şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 132 ünvanında yerləşən mağazasında qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyənləşdirilib.
Belə ki, "RV Distribyuşn" MMC-nin sifarişi ilə www.endirimler.az saytında müəssisəyə məxsus mağazada satışda olan mallara endirim tətbiq olunması barədə reklamlar yayımlansa da həmin mağazada aparılmış yoxlama zamanı satışda olan malların qiymətinə endirim
tətbiq edilmədiyi aşkarlanıb.
Dövlət Xidməti qanunsuz reklamların yayımını dayandırmaqla yanaşı "RV Distribyuşn" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Şirkət 5 min manat cərimələnib.
Sorğu
Yeni dizaynımız necədir?