GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Avtomobil bazarında milyard manatlıq “yuyulma”

Avtomobil bazarında milyard manatlıq “yuyulma”

Tarix: 29-03-2014, 15:24 Bölmə :İqtisadiyyat Baxış: 845
Avtomobil bazarında milyard manatlıq “yuyulma”
Qiymətlər bahalaşır, alver yoxdu, amma pullar yoxa çıxır

Azərbaycan avtomobil bazarı 2014-cü ilin ilk iki ayında çox təzadlı iki göstəricisi ilə yadda qalıb. Bir tərəfdən, avtomobil kreditlərinə qoyulan məhdudiyyətlər satışları azaldıb və uyğun olaraq, yanvar-fevral aylarında ölkəyə gətirilən avtomobillərin sayı əvvəlki ilin uyğun dövrünə baxanda 6,6% aşağı düşüb. Digər tərəfdən, elə həmin dövr ərzində yerli avtomobil istehsalı 4,6 dəfə artıb. Həmçinin, yerli avtomobil dilerləri
Əcəba, avtomobil bazarında bu cür böhranlı günlər yaşandığı, bazarda müştəri qıtlığının yaşandığı bir zamanda yerli avtomobil istehsalçılarının satışlarında bu cür kəskin dönüş nə ilə bağlıdır? Hər halda, ötən 2013-cü ildə yerli avtomobil istehsalı idxal avtomobillərlə rəqabətdə uduzurdu və 2012-ci ilə nisbətən bu sektorda 21,8% geriləmə olmuşdu.
Araşdırmaya görə, bu işdə köhnə avtomobillərin kreditə verilməsində yaradılan çətinliklər rol oynasa da, yəni ilkin ödəniş üçün əsas məbləğin 80%-i qədər vəsait tələbi satışları çətinləşdirsə də, yerli istehsalçıların atdığı tutarlı addımlar da öz sözünü deyib. Yerli müəssisələr öz məhsullarını yetərincə əlverişli kredit şərtləri ilə təklif edirlər.
Məsələn, minik avtomobillərinin yeganə yerli istehsalçısı olan Naxçıvan Avtomobil Zavodu tam qiyməti 9 min manat olan avtomobil üçün ilkin ödəniş kimi cəmi 1400 manat istəyir, həm də kredit yerində rəsmiləşdirilir, sığorta sənədləri və digər rəsmiliklər təmin edilir. Bundan sonra müştəriyə, sadəcə, 3 il müddətinə ay ərzində 300 manat ödəmək qalır. Yəni sadəcə şəxsiyyət vəsiqəsini və 1400 manatı götürüb zavodun satış məntəqəsinə gedərək bir neçə saatdan sonra avtomobillə evə dönmək mümkündür.
Yaxud nisbətən bahalı 13 min manatlıq avtomobil almaq istəyən müştəri 1600 manat ilkin ödəniş eləməlidir və bundan sonra onun 3 il ərzində ayda 447 manat pul ödəməsi yetərlidir. Göründüyü kimi, əlində azacıq pulu olan və taksiçilik fəaliyyəti ilə ailəsini dolandırmaq istəyən adamlar üçün əlverişli təklifdir. Hər halda, Bakıda taksi sürücüləri yaxşı çalışdıqda ayda 1000 manata qədər qazana bilirlər ki, bunun 300 manatını kreditə yönəltmək onları elə də çətinliyə salmaz. Yüksək maaşlı işdə işləyən adamlar üçün isə, təbii ki, 447 manatlıq aylıq ödəniş normal görünür.
Lakin avtomobil bazarının strukturuna real baxdıqda və artım faizlərini kənara qoyaraq mütləq rəqəmlərlə danışdıqda, bu müsbət dinamikanın ümumi kütlədə payının çox az olduğunu görmək olur. Belə ki, yanvar-fevral aylarında ölkədə cəmi 142 ədəd avtomobil istehsal edilib ki, bu, həmin müddətdə ölkəyə xaricdən gətirilən 13 162 avtomobilin 1,08%-i qədərdir, ölkədəki avtomobil artımının isə 1,06%-ni təşkil edir. Sirr deyil ki, yerli avtmobil istehsalçıları bazara girməkdə çətinlik çəkirlər. Statistikaya görə, 2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal edilib. Halbuki, il ərzində ölkəyə 95 minə qədər minik avtomobili gətirilib və yerli istehsal bazarın 0,5%-dən də aşağı bir hissəsini əhatə edib.
Bu vəziyyətin nəticələri də göz qabağındadır. 2013-cü ildə təxminən 1,5 milyard dollara yaxın vəsait avtomobillər və onun ehtiyat hissələri üçün ölkədən kənara çıxıb. Ölkədə yığılan avtomobillər bazarda önəmli paya malik olsaydı, həmin vəsaitin xeyli hissəsi Azərbaycanda qalardı ki, bu da minlərlə işçinin əmək haqqı və dövlət büdcəsinə ödənmiş yüz milyonlarla manat vəsait demək olardı. Həm də idxal nəticəsində ölkəyə köhnə avtomobillər gətirilir. Aprelin 1-ə kimi Azərbaycana əsasən yaşı 15-ə çatan avtomobillər gətirilirdi, aprelin 1-dən isə yaşı 10 ətrafında dəyişən avtomobillər idxal ediləcək. Yəni əslində işbazlar real dəyəri bir neç yüz dolları keçməyən metal qırıntısına bir neçə min dollar xərcləyərək ölkəyə gətirirlər.
Bu məğlubiyyət vəziyyətindən çıxışın yeganə yolu ölkədə milli avtmobil sənayesinin təşkilidir. İlk mərhələdə avtmobilləri sadəcə yığmaqla kifayətlənmək olar. Bu zaman yüzlərlə yeni iş yeri açılar, həm də yığma hissələri ölkəyə topdan daha ucuz qiymətə gətirilər. Daha sonra isə ehtiyat hissələrinin istehsalı da təşkil edilə bilər. Possovet ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycanda avtomobil sənayesinin inkişafı üçün yetərincə bazar olmaması barədə deyilənlər həqiqətə uyğun deyil. Hər il 100 minə qədər minik maşınının reallaşdırıldığı bazar heç də kiçik sayıla bilməz. Avtomobil sənayesinin yaradılması da heç zaman gec deyil. Məsələn, bazarı Azərbaycanınkından təxminən 2 dəfə böyük olan Özbəkistan 2008-ci ildə “General Motors”la müqavilə imzalayıb və əyalət şəhəri Asakada mövcud olan avtomobil zavodunun ərazisində sıfırdan yeni avtomobil zavodu tikilməsi barədə razılıq əldə edib. Hazırda zavod ildə 230 minə qədər avtmobil istehsal edir ki, bunun yalnız 90 minə qədər Özbəkistanda satılır, qalanı isə Rusiyanın və digər region ölkələrinin bazarlarına göndərilir. “General Motors” Özbəkistanda yığma hissələrinin də istehsalını təşkil edib və ölkənin müxtəlif əyalətlərində yerləşən 120-yə yaxın müəssisə Asakadakı zavoda yarımfabirkat göndərir.
“Əmlak bazarı iştirakçıları” İB-nin icraçı direktoru, daşınmaz və daşınan əmlak üzrə ekspert Ramil Osmanlının fikrincə, Azərbaycan oxşar addımı Naxçıvan Avtomobil Zavodunun bazasında ata bilər. Təbii ki, Gəncə və Bakıda yerləşən avtomobil zavodlarının da imkanlarından istifadə edilməsi mümkündür. “İlk öncə, zavodun buraxdığı məhsulların çeşidi genişlənməlidir. Həm də ölkə səviyyəsində yerli malın alınması ilə bağlı ciddi təbliğat işi aparılmalıdır ki, xalq yerli avtomobillərə alışa bilsin. Məsələn, dövlət satınalmaları yalnız yerli avtomobilləri əhatə edə bilər”,- deyə Ramil Osmanlı mətubata açıqlamasında bildirib. Ekspertin fikrincə, Azərbaycan da digər ölkələrin təcrübəsindən yararlanaraq eyni şassi üzərində həm minik, həm yük avtomobili, həm də mikroavtobus yığa bilər. Bu, yığma hissələrinin bir qisminin istehsalının təşkinə imkan yaratmaqla yanaşı, ölkədə ehtiyat hissələri bazarını da inkişaf etdirər.
Əslində, yaxın on illər boyu neftdənkənar bölmənin inkişafı ilə bağlı Azərbaycanın qarşısında duran öhdəliklər də bunu tələb edir. Hər halda, avtomobil sənayesi elə bir sektordur ki, yaradılan 1 iş yeri 7 əlavə iş yerinin yaramasına səbəb olur. Bu isə sözün həqiqi mənasında neftdənkənar bölmənin çiçəklənməsi deməkdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00

  • 
  • Avtomobil bazarında durğunluq hökm sürür

    Avtomobil bazarında durğunluq hökm sürür ...

    28-12-2015, 14:03

  • 
  • Maşınlar yenə də ucuzlaşacaq

    Maşınlar yenə də ucuzlaşacaq ...

    31-07-2015, 00:02

  • 
  • Gömrükdə avtomobil rüsumu 200 manat artıb

    Gömrükdə avtomobil rüsumu 200 manat artıb ...

    8-12-2013, 23:49

  • 
  • Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – STATİSTİKA

    Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – ...

    22-12-2013, 23:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu