GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İsmət Abbasovun “aqrar pripiskası”

İsmət Abbasovun “aqrar pripiskası”

Tarix: 9-01-2013, 11:15 Bölmə :İqtisadiyyat Baxış: 1 430
İsmət Abbasovun “aqrar pripiskası”

Qərb bölgəsində kənd təsərrüfatı məhsullarının
istehsalçılarına yardımın verilməsi qaydalarına əməl olunmur


Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq ,motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40manat məbləğində yardım verilməsi müəyyən edilir. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama,ya da onun dəyərinin yuxarı həddi 26 manata qədər müəyyən edilir."Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərancamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacagın, motor yaglarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 80 milyon manat vəsaitin bölgüsü təsdiq edilsin(3 nömrəli əlavə) ."Buğda"sözündən sonra,"arpa,qarğıdalı,ğünəbaxan-dən üçün,kartof,şəkər çuğunduru ,tərəvəz(ğöyərti istisna olmaqla)"sözləri əlavə edilsin.
Bundan başqa mütəxxəssislər taxıl yığımına nail olmaq üçün subsidiya xərclərinin müvafiq olaraq bir-iki dəfə artırılmasını da təklif edirlər.Onların fikrincə,taxıl əkini üçün 120 manat subsidiya verilsə , bu , fermerlərin yanacaq xərclərinin tam ödənilməsinə imkan verəcək.Hesablamalara görə,taxıl əkən fermerlərə yanacaq xərci üçün əlavə 40 manat verilsə ,bu istiqamətdə olan xərclər tam ödənilər.Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl əkini ilə məşğul olan fermerlərin gəlirləri xərclərindən çox olsun.
Qəzetimizin 17 yanvar 2012-ci il nömrə 11(378) Ağstafada"taxıl pripiskası",22 fevral 2012-ci il nömrə 41(408) "Ağstafada görünməmiş maxinasiya", 24 fevral 2012-ci il nömrə 43(410) "Ağstafada ölən adamın adına da subsidiya yazılıb" başlıqlı yazılar dərc olunmuşdu.Yazıda söhbət rayonun ayrı-ayrı kəndlərində kənd təsərrüfatına ayrılan subsidiyaların mənimsənilməsindən bəhs olunurdu.Yazı dərc olunduqdan sonra araşdırmalarımızı davam etdirdik və rayonun Kolxəlifəli kəndində, eləcə də Poylu qəsəbəsində inzibati ərazi nümayəndələri tərəfindən nə qədər əkilməmiş sahənin taxıl və digər dənli bitkilər əkilmiş sahə kimi sənədləşdirdiyi və bu saxtakarlığa ğörə kimlərə subsidiya ayrılmasını dəqiqləşdirdik. Onu da qeyd edək ki, subsidiyaların verilməsinə bir neçə ildir ki, başlanılıb və bu proses həyata keçirilərkən təkcə qərb bölgəsində deyil,respublikanın bütün rayonlarında neqativ hal kimi müşahidə olunur. Hətta bu hal rəsmi şəkildə də etiraf olunur. Belə ki,son illər Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı bir sıra rayonlarda əkin sahələrinin həcminin qanunsuz olaraq şişirdildiyinə dair məlumatlar ortaya çıxmışdır. Başqa sözlə, əkin sahələrinin həcmi artıq göstərilməklə subsidiya üçün ayrılan vəsaitin bir hissəsi mənimsənilmişdir.Belə nöqsanlar isə şübhəsiz ki, subsidiyaların əhəmiyyətini heçə endirməklə yanaşı,onların aqrar sahəyə müsbət təsirini də azaltmışdır.Digər maraqlı cəhət isə ondan ibarətdir ki,subsidiyaların mənimsənilməsi və ört-basdır edilməsi bütün respublika üzrə eyni ssenari üzrə həyata keçirilir.
Belə ki, icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin göstərişinə əsasən kənd inzibati ərazi nümayəndələri əkin sahələrinin statistikasını şişirdir,müxtəlif adamların adlarına guya onların 15-20,bəzənsə 30-40hektar sahələrdə buğda əkdiklərini sənədləşdirirlər və həmin sahələrə görə ayrılan subsidiyaların bir hissəsi bu işdə adı keçən "sahibkarlara"verilir,qalan hissəsi isə kənd inzibati ərazi nümayəndələri və icra hakimiyyəti aparatında çalışan məsul şəxslərə çatır.Bölgənin demək olar ki,bütün kəndlərində yarım,yaxud bir hektar yer əkən kəndlilərə 3-4 hektar sahədə yer əkdiyi barədə sənədlər hazırlanır. Subsidiyalar verilərkən,yarım və ya bir hektarının pulunu vətəndaşlara ,qalan 2-3 hektarının pulunu isə icra orqanlarında işləyənlər tərıfindən mənimsənilir.Bu şərtlər ehtiyac içərisində yaşayan kəndlilərə sərf etdiyi üçün onlar aza qane olur və külli miqdarda dövlət vəsaitinin icra orqanları tərəfindən mənimsənilməsinə zorən vasitəçi olurlar.Məhsul yığımı zamanı isə bucür geniş miqyaslı korrupsiya əməliyyatlarının üstünün açılacağından ehtiyat edən məmurlar taxıl sahələrinə od vurdurub yandırır və məhsulun guya zəmilərin bir hissəsinin yanması səbəbindən az olduğunu bildirirlər.Bəzi yerlərdə isə məhsuldarlığın aşağı səviyyədə olması təbii fəlakətlərlə və gəmiricilərin taxıl zəmilərini məhv etmələri ilə də əlaqələndirlir.
Mənbəmizin bildirdiyinə görə,buğda üçün dövlət büdcəsindən subsidiya formasında sahibkarlara 40 manat əkəndə,40manat isə biçəndə yardım edilir.Yuxarıda qeyd etdiyimiz dənli bitkilər üçünsə ümumilikdə 40 manat pul və kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqramm,ya da onun dəyərinin yuxarı həddi 26 manata qədər müəyyən edilir.Nazirlər kabineti tərəfindən ( 2 nömrəli əlavə) "Aqrolizinq"Açıq Səhmdar Cəmiyyəti və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"təsdiq edilib və həyata keçirilir.Ancaq sahibkarlara və fermerlərə mineral gübrələr nə verilmir nə də satılmır.Torpaqlar isə şoranlanır.Görəsən onda bu yardımlar kimə və nəyə görə verilir?
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi,Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,"Aqrolizinq"Açıq Səhmdar Cəmiyyəti və digər mərkəzi icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktların bu qərara uyğunlaşdırılmasını təmin edirlər. Rayon icra hakimiyyətlərində bu iş aqrar məsələlər üzrə müavinlərə,yerlərdə isə kənd inzibati ərazi nümayəndələri və bələdiyyələrdən ibarət təşkil olunmuş komissiyalara tapşırılır.Belə ki,taxıl əkən sahibkarlar və kəndlilər bu komissiyalara müraciət edirlər ki,həqiqətən buğda və yaxud digər dənli bitkilər əkmişlər. Sözügedən komissiyalar tərəfindən nə qədər yer əkildiyi müəyyənləşir və dövlət büdcəsindən vəsait ayrılır.Lakin başqa rayonlarda olduğu kimi ,qərb bölgəsində də fermerlərə ayrılan subsidiyaların xeyli hissəsi mənimsənilir.Faktiki olaraq əkilən sahələrin statistikası şişirdilir.Yəni fermerlərin əkdiyi sahələrin həcmi müvafiq sənədlərdə dəfələrlə artıq göstərilir.Bu isə dövlətin ayırdığı vəsaiti saxta sənədlər tərtb etməklə mənimsəyən məmurların kim olduğunu biruzə verir.Beləliklə, kənd icra nümayəndələri,kənd təsərrüfatına ayrılan vəsaitin əhəmiyyətli hissəsini mənimsəyirlər.
Mənbənin dediyinə görə, rayon rəhbərlikləri bu maxinasiyaları həyata keçirərkən Kənd Təsərrüfatı Nazirliyinin məsul vəzifəli məmurları ilə əlbir olurlar ki,bu da sözügedən korrupsiya əməliyyatlarının ört-basdır edilməsində onların karına gəlir.Əgər dəqiq bir yoxlama aparılarsa ,o zaman respublika səviyyəsində böyük bir qalmaqala səbəb olacaq yeyinti barədə müfəssəl məlumatlar əldə etmək olacaq.
Qeyd edək ki,bu məsələnin həm də siyasi tərəfi var.Belə ki,ərzaq təhlükəsizliyi bilavasitə dövlət başçısının nəzarətindədir,yerli məmurlar isə bu cür dövlət əhəmiyyətli məsələdə cinayətə yol verirlər." Taxıl pripiskası " na yol verməklə yerli məmurlar təkcə korrupsiyaya qurşanmır ,həm də ölkənin ərzaq təhlükəsizliyini pozurlar ki,bu da dövləti cinayət sayılır.Araşdırmalarımızı davam etdirəcək və növbəti saylarımızda Qazax,Touz vəAğstafa rayonlarında (bilavsitə Ağstafa rayonunun KolXəlifəli kəndində) subsidiyaların verilməsində müşahidə olunan qanunsuzluqlar barədə detallı məlumatlar verəcəyik.
Bu məsələ ilə bağlı hazırda bir sıra faktlara malik olsaq da,müəyyən dəqiqləşdirmələrə ehtiyac olduğu üçün hələlik onları açıqlamırıq.Yaxın saylarımızda mövzuya qayıdacaq və adı çəkilən rayonlarda nə qədər torpaq sahələrinin kimlərin adına guya taxıl əkilmiş sahələr kimi rəsmiləşdirildiyi barədə yazılar dərc edəcəyik.Bizi izləyin.`
Ələddin Kəsəmənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fermerlərə şad xəbər

    Fermerlərə şad xəbər ...

    15-10-2015, 14:02

  • 
  • Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - Siyahı

    Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - ...

    8-11-2013, 14:47

  • 
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07

  • 
  • Heydər Əsədovun Şəkidəki adamının müdhiş talanı

    Heydər Əsədovun Şəkidəki adamının müdhiş talanı ...

    8-05-2014, 10:43

  • 
  • İsmət Abbasovdan 6 milyon manatliq korrupsiya

    İsmət Abbasovdan 6 milyon manatliq korrupsiya ...

    16-01-2013, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu