GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Dəmirbank”da istehlak kreditləri, necə biznes kreditlərinə çevrilir

“Dəmirbank”da istehlak kreditləri, necə biznes kreditlərinə çevrilir

Tarix: 16-05-2014, 10:24 Bölmə :İqtisadiyyat Baxış: 0
“Dəmirbank”da istehlak kreditləri, necə biznes kreditlərinə çevrilir
Sumqayıt filialının müdiri məişət avadanlıqları mağazalarını hansı yollarla qoruyur?

Redaksiyamıza Dəmirbankın Sumqayıt filalı ilə bağlı ilginc bir informasiya daxil olub. Daxil olan məlumatda göstərilir ki, adıçəkilən bankın Sumqayıt filialında Mərkəzi Bankın arayışsız istehlak kreditləri verilməsi qadağasından sonra yeni bir üsul tapılıb. Mənbə iddia edir ki, Elman Rüstəmov bank bazarında ötən illərdən yaranmış hərarətin azaldılması üçün yanvar ayından qəbul etdiyi qaydalara görə hər bir kredit təşkilatı rəsmi gəlirləri barədə sənəd təqdim edən müştərilərə istehlak krediti verməli olduğu bildirilib.
Ölkədə statistik məlumatlara baxdıqda ümumilikdə bank bazarında həqiqətən də bu göstərişə ciddi əməl olunduğunun şahidi oluruq. Amma bu, ümumilikdə belə görsənir. Mənbəmiz yazır: «Tam əminliklə deyə bilərəm ki, "DəmirBank" Sumqayıt filialının müdiri Nahid Ağayev heç bir göstəriş və tələbə əməl etmək niyyətində olmadığını açıq aşkar biruzə verir. Belə ki, istehlak kreditinin azalması ümumilikdə bankın gəlirləri ilə yanaşı Nahid Ağayevin də bir sıra məişət avadanlıqları və mebel satışını həyata keçirən portnyor dükanlardan əldə etdiyi küllü miqdarda gəlirinin də azalmasına səbəb olub. Bu gəlir ay ərzində 50000 azn-dən az deyil. Bu səbəbdən də N. Ağayev çox ağıllı tərpənərək Mərkəzi Bankın istehlak kreditinə dair bu tələblərini qarşılayaraq mümkün çıxış yolu tapıb. Belə ki, indi bütün istehlak krediti üçün müraciət etmiş arayışsız müştərilər biznes krediti kimi rəsmiləşdirilir. Bu zaman müştəriyə aid şəxsi avtomobil varsa bunun markasından asılı olmayaraq üzərinə "TAXİ" nişanı qoyularaq şəkli çəkilir və taksi fəaliyyəti biznes kimi təqdim edilərək kredit verilir. Əgər müştəri qadındırsa, onu özlərinin alaraq təşkil etdikləri tikiş maşınının arxasında otuzduraraq müştərinin şəkilini çəkərək müştərini dərzi kimi təqdim edərək biznes krediti kimi sənədləşdirirlər. Bəzən isə müştəriyə tamamilə aidiyyatı olmayan hər hansı dükan və yaxud obyektin müştəri tərəfindən idarə olunduğu qələmə verilir və nəticədə təkcə "Dəmirbank" Sumqayıt filialının mart, aprel, may ayında verdiyi kreditlərə baxılsa, bu Sumqayıt əhalisi qadınlarının dərzi, kişilərinin isə yalnız TAXİ fəaliyyəti ilə məşğul olduğu üzə çıxır.Təbii ki, onların bizneslə məşğul olduqlarını təsdiqləyəcək hər hansı VOEN və yaxud vergi hesabatından söhbət belə gedə bilməz. Xatırladım ki, bütün bunlar məişət avadanlığı alınması üçün müraciət etmiş arayışsız müştərilərin itirilməməsi üçün edilir».
Mənbə yazır ki, rəsmiləşdirilən kreditlərin pulunu isə kassadan müştərilər deyil məişət avadanlığı dükanlarının nümayəndələri götürür. Bu müştərilərin sənədlərində konkret biznes təyinatına pul götürdükləri göstərilsə də, onlarla əlaqə saxlanıldıqda bankdan kreditə məişət avadanlığı götürdükləri pulun üzünü görmədiklərini bildirirlər. Amma statistik hesabatlarda Sumqayıtda biznes sahələrinin maliyyələşməsi üçün kifayət qədər yatırım olunduğu görsənir. Yalançı biznes və biznesmenlər çoxalır. Yəni bu itkinin müştəri baxımından Bank üçün nə qədər əhəmiyyəti var idisə N. Ağayev üçün də həmçinin qazanc baxımından böyük əhəmiyyət kəsb edirdi. Beləliklə, N.Ağayev Mərkəzi Bankın yanvar ayında istehlak kreditlərinin verilməsinin sərtləşdirilməsi haqqında qərarından mövcud itkini cəmi 2 ay sonra ağıl işlədərək kompensasiya etdi. Bu məlumatı verən mənbə adının hələ ki, açıqlanmasını istəmir. Və adıçəkilən bankın filal müdirinin məişət avadanlıqları dükanları ilə bağlı araşdırmaların aparılmasını istəyir.
Hələlik əməkdaşlarımız bununla bağlı araşdırmalar aparırlar. Güman edirik ki, bu araşdırmanın aparılmasında Mərkəzi Bankın da məlumatlarından yararlana biləcəyik. İndilikdə biz “Dəmirbank”ın Sumqayıt filialında biznes kreditlərinin əvvəlki dövrlərlə həcminin artıb artmadığını öyrənməkdən ibarətdir. Əgər biznes kreditlərinin portfelində artım baş veribsə, o zaman mənbəmizin yazdıqlarının həqiqət olduğu ortaya çıxacaq. Təbii ki, burada Mərkəzi Bankın arayış kreditlərinin verilməsinə qadağa qoyduğu 16 yanvar 2014-cü il qərarından sonrakı dövrlər üzrə araşdırmalarımız daha əhəmiyyətli olacaq. İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
R.Əlicanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "DəmirBank" da vergi maxinasiyaları

    "DəmirBank" da vergi maxinasiyaları ...

    9-05-2013, 13:19

  • 
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15

  • 
  • Banklardan bəzi müştərilərə arayışsız kredit imkanı – Ayrı-seçkilik

    Banklardan bəzi müştərilərə arayışsız kredit ...

    30-01-2014, 18:41

  • 
  • “Dəmirbank”ın lisenziyası ləğv edilib

    “Dəmirbank”ın lisenziyası ləğv edilib ...

    23-12-2017, 13:47

  • 
  • Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət Fondu daha çox iş görməlidir”

    Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət ...

    31-01-2020, 11:42


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu