Azərbaycanla İsrail arasında son illər genişlənən silah ticarəti 2013-cü ildə də davam edəcək. Bir müddət əvvəl 1,6 milyard dollarlıq silah alan Azərbaycan tərəfinin bu addımı qonşu ölkələrdə narazılıq yaratmışdı. Lakin bu xəbərin də həmin narazılıqları körükləyəcəyi istisna deyil. Türkiyənin məşhur iyibilgi.com saytının yaydığı məlumata görə, İsrailin satdığı silahın həcmi ötən il 20 faiz artıb. Saytın İsraildəki hərbi mənbələrə istinadən yaydığı xəbərdə vurğulanır ki, bu il də Təl Əvivin əsas silah müştərisi Azərbaycan olacaq. Məlumatda deyilir ki, sözügedən ölkə ilə Bakı arasında razılaşma əldə olunub və yeni ildə İsrail Azərbaycana daha çox silah satmağı planlaşdırır. Keçən il 7 milyard dollarlıq silah satan İsrailin müştəriləri sırasında apırıcı yerləri Azərbaycanla yanaşı, Braziliya, Vyetnam və Polşa tuturlar. “Xəbər xidməti”
Sorğu
Yeni dizaynımız necədir?