Yaqub Eyyubivun sərəncamı ilə meriyanın səlahiyyətinin bir qismi «Azərsu» ASC-yə verilib
Baş nazir Artur Rəsizadənin məzuniyyətdə olduğu bir ərəfədə baş nazirin müavini Yaqub Eyyubov «Azərsu» ASC-nin səlahiyyətlərini genişləndirən yeni qərar verib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, baş nazirin müavini Yaqub Əyyubovun dekabrın 21-də imzaladığı 345 saylı sərəncamla, eyni zamanda, bəzi nazirlik, komitələrlə yanaşı, şəhər, rayon icra hakimiyyəti orqanlarının da səlahiyyətləri məhdudlaşdırılıb. Baş nazirin müavini Prezidentin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na əsasən və su təchizatı, kanalizasiya şəbəkə və qurğularının idarə edilməsini təkmilləşdirilməsi layihəsinə istinad edərək, nazirlik, komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları, həmçinin, həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemlərinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini qanuniləşdirib. Qeyd edək ki, sərəncam imzaladığı gündən qüvvəyə minib. Bu isə ölkənin su və kanalzasiya sistemindəki parakəndəliyin aradan qaldırılması bərabər, həm də o deməkdir ki, «Azərsu» səhmdar cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov artıq ölkə üzrə böyük gücə çevrilməkdədir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin daha bir səlahiyyəti qısaldılmış olub. Burada diqqətçəkən bir məqam isə sərəncamın imzaladığı tarixdə baş nazir Artur Rəsizadənin məzuniyyətdə olmasıdır. “Xəbər xidməti”
Sorğu
Yeni dizaynımız necədir?