Aqrolizinq ASC-nin Aran bölgəsi üzrə lojistik mərkəzində anarxiya
Saatlı rayonunda baş verən özbaşınalıqlar durmadan artır. Bu özbaşınalıqlar isə xüsusilə Aqrolizinq ASC-nin regional mərkəzinin başçısı Şakir Həsənov tərəfindən həyata keçirilib. Xatırladaq ki, Aqrolizinq ASC-nin Aran bölgəsi üzrə lojistik mərkəzinə başçılıq etdiyini deyən Şakir Həsənovun adı bir müddət əvvəl külli miqdarda yeyintidə hallanırdı. Məlumatlarda həmçinin bildirilirdi ki, hələ 2008-ci ildə Maliyyə Nazirliyinin həyata keçirdiyi yoxlamalar nəticəsində sözügedən qurumda 1,2 milyon manatlıq yeyinti faktı aşkarlanıbmış. Sonradan işin mahiyyəti üzrə Respublika Prokurorluğuna sənədlər təqdim olunub. Lakin bütün bunlara rəğmən Şakir Həsənova bir kəlmə də olsun söz deyən tapılmayıb. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Aqrolizinq ASC-nin saxta rəhbəri Şakir Həsənov köhnə cinayət işlərini qaydasına qoduğu üçün yeni korrupsiya əməllərinə əl atıb. Müqayisə aparıldıqda Şakir Həsənovun həzmi-rabedən keçirdikdən sonra yeni korrupsiya əməllərinin arasında dağla, dərə qədər fərq yaranıb. Ancaq buna rəğmən yenə də sözügedən şəxsə gözün üstə qaşın var deyən yoxdur. Məlumatlara görə, Şakir Həsənov faktiki olaraq Aqrolizinq ASC-nin rəhbəri deyil. Bildirilir ki, 2008-ci ildə aparılan yoxlamalardan sonra Şakir Həsənov Sabirabad rayonunda yerləşən Aqrolizinq ASC-nin regional loqistik bazasının müdir vəzifəsinə oğlu Fəxri Həsənovun təyin olunmasını həyata keçirib. Amma adı oğlunun olsa da, rəhbərliyi özü həyata keçirən adıçəkilən şəxs bununla əslində böyük bir qanunsuzluğa yol verməkdədir. Bir sözlə dövlət əmlakını talamaqla məşğuldur. Bu azmış kimi, Həsənov başına qohum-əqrabasını yığaraq, onların əliylə külli miqdarda pul qazanmağa da çalışır. Məlumatlarda deyilir ki, bir müddət əvvəl Ş.Həsənov Aqrolizinqin Saatlı filialına ortancıl qaynı Şakir Məmmədova rəhbər təyin etdirib. Bu yolla uzun müddət bir sıra işlər görən tərəflər arasında isə böyük bir narazılıq yaranıb. Nəticədə, özünü ASC rəhbəri kimi təqdim edən şəxs qaynını işdən çıxarıb. Mərəkə də pul üstündə yaşanıb. Mənbə bunu belə izah edir ki, Şakir Həsənov qaynından qurtulmaq üçün əvvəlcə onu məzuniyyətə göndərib. Məzuniyyət vaxtı başa çatdıqdan sonra işə gələn Şakir Məmmədov görür ki, yeznəsi onu əmrlə işdən kənarlaşdırıb. Yerinə isə bir başqasını təyin edib. Yeznə-qayın arasında yaranmış mübahisəyə Şakir Həsənovun sağ əli kimi tanınan Əlisa adlı şəxsin müdaxilə etməsi ona olduqca baha başa gəlir. Şakir Məmmədov Əlisanı o ki var döyüb. Məlumatlara görə, Aqrolizinqin rəhbəri olan Şakir Həsənov üçün qanunun heç bir əhəmiyyəti yoxdur. Şakir Həsənov işlətdiyi işçilərin ara-sıra əmək haqqlarını da mənimsəyir. Həmin işçi əmək haqqını tələb etdiyi halda, ona hədə qorxular gəlinir. Rayonda Ş.Həsənov elə bir ad çıxarıb ki, istədiyi vaxt işçini işdən çıxarıb, döyüb, söyüb və onun yerinə bir başqasını təyin edə bilər. Aqrolizinqdə hamı Şakir Həsənovun şəxsi büdcəsi üçün çalışmalıdır. Əks təqdirdə, burada işləyənlərdən heç biri bircə gün belə işdə qala bilməzlər. Bundan əlavə mənbəmiz qeyd edir ki, Saatlıda Şakir Həsənov bütün işlərini əsasən alverçilər, keçmiş kolxoz sədrləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri ilə qurub. Amma onun əsas istinad etdiyi və birgə pul qazandığı bir başqa dövlət qurumu da var ki, onun da başında qohumu dayanır. Bildirilir ki, Saatlı rayonu Torpaq və Xəritçəkmə şöbəsinin müdiri Şakir Həsənova yaxın qohumdur. Birlikdə hərəkət edən bu iki şəxs həqiqətən də dövlət pullarını talamaqla məşğuldurlar. Belə ki, faktiki olaraq minlərlə hektar torpaq sahələrinə dair torpaq aktlarını əlində cəmləşdirmiş Şakir Həsənovun qohumu xüsusi sənədləri yuxarılara təqdim etməklə Aqrolizinqin daha çox yeyinti işlərinə qurşanmasına zəmin hazırlayır. Rayonda «Torpaq bəyi» kimi tanınan həmin şəxs Həsənovla birlikdə dövlət tərəfindən ayrılan güzəştli yanacaq və gübrələrin də satışını həyata keçirməklə böyük pullara sahib olmaqdadırlar. Samir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?