GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Rus rublunun vəziyyəti həqiqətən “rusca”dır”

“Rus rublunun vəziyyəti həqiqətən “rusca”dır”

Tarix: 16-12-2014, 23:32 Bölmə :İqtisadiyyat Baxış: 0
“Rus rublunun vəziyyəti həqiqətən “rusca”dır” “Rusiyada 2015-ci ilin büdcəsinə yenidən baxılması tələbatı yaranıb”
“Azərbaycanın 2015-ci l büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur"


Azərbaycan hökuməti neftin qiymətinin bu cür sürətlə azalması fonuna gələnilki büdcəyə yenidən baxa bilərmi? Belə bir real təhlükə varmı?

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-ın bu sualına cavabında deyir ki, narahat olmağa dəyməz və hökumət ən azı gələn il vəziyyətdən çıxmaqda çətinlik çəkməyəcək:

"Rusiyanın 2015-ci il büdcəsində neftin bir barrelinin qiyməti 100 dollardan, xərclər- 96 dollardan götürülüb. Digər tərəfdən isə rus rublunun vəziyyəti həqiqətən “ruscadır”. Neft və rublun proqnozları alt-üst oldu. Əgər nəzərə alsaq ki, Rusiyanın nefti bir qayda olaraq "Azəri Layt" neftindən ucuz satılır, büdcədə rublun kursu 1 dollar üçün 35 rubl götürülüb, amma bu gün 80 rublu haqladı, deməli, Rusiyanın 2015-ci il büdcəsi yeni il başlamamaış, büdcə hələ icra olunmağa başlamamış fiaskoya uğradı. Ona görə də Rusiyada 2015-ci ilin büdcəsinə yenidən baxılması tələbatı yaranıb...

Azərbaycandakı vəziyyət isə Rusiyadakından fərqlidir. Azərbaycanın 2015-ci il dövlət büdcəsinə neftin nə dərəcədə təsiri barədə fikir yürütməkdən ötrü mütləq onun strukturunu nəzərə almaqla mülahizə yürütmək lazımdır. Belə ki, 2015-ci ilin 19,4 milyard manatlıq büdcə gəlirlərinin 10,4 milyard manatı Neft Fondundan transfert hesabına olacaq. Bu məbləğ gələn ilki büdcənin cari xərclərini örtmək üçün yetərli olduğundan, deməli, neftin qiymətindən asılı olmayaraq gələn il hökumət təkcə neft fondundan transfertlər hesabına büdcə çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək. Gələn ilki büdcənin gəlirlərinin 4,8 milyard manatı və ya 25 faizi Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmalardır. Büdcə gəlirlərinin 1,6 milyard manatı və ya büdcə gəlirlərinin 8 faizindən artığı Gömrük Komitəsi xətti ilə formalaşacaq. Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxilolmalar isə 2,3 milyard manat və ya büdcə gəlirlərinin 12 faizə yaxınını təşkil edəcək. Deməli, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin 88 faizə qədər hissəsinə elə bir təsiri olmayacaq, yalnız qeyd etdiyimiz həmin 12 faizə və ya 2, 3 milyarda manatlıq hissəsinə təsir göstərəcək. Əgər bütün 2015-ci il boyu neftin qiyməti orta hesabla 80 dollar olarsa, onda büdcəyə 265 milyon manat, yəni büdcə gəlirlərinin 1,3 faizi qədər, 70 dollar olarsa - 530 milyon manat, yəni büdcə gəlirlərinin 2,6 faizi qədər, 60 dollar olarsa - 796 milyon milyon manat, yəni büdcə gəlirlərinin 3,9 faizi qədər, 50 dollar olarsa - 1 milyard manatdan bir qədər artıq, yəni büdcə gəlirlərinin 5,2 faizi qədər ziyan dəyəcək. Əgər 2015-ci ildə neftin qiyməti orta hesabla 50 dollara düşər və ən pessimist variantda gələn ilin birinci yarısında elə həmin səviyyədə qalarsa, onda büdcəyə cəmi 500 milyon manat ziyan dəyəcək ki, bu da büdcə gəlirlərinin 2,5 faizi qədərdir. Deməli, neftin qiyməti 60 dollardan aşağı ensə və həmin vəziyyət 6 ay - 1 il müddətində davam etsə, onda 2009-cu ildəki mənfi meyllər müəyyən dərəcədə özünü göstərə bilər. 2008-2009-cu illərdə olduğu kimi, indi də tikinti sahəsində müəyyən problemlərin meydana gəlməsinə, zəif həlqə rolunu oynayan bir sıra şirkətlərin fəaliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Amma yalnız nəzərdə tutulan bəzi üçüncü, dördüncü, beşinci dərəcəli layihələrin icrası ertələnə bilər. Amma 2015-ci ilin əsas layihələri isə dayandırılmayacaq. Çünki bu layihələr daha çox Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi ilə bağlı çox zəruri layihələrdir. Ona görə də neftin qiymətinin neçə dollar olmasında asılı olmayaraq mütləq həyata keçiriləcək. Həm də Rusiyadan fərqli olaraq neftin qiymətinin aşağı düşməsinin törətdiyi fəsadlarla bağlı Azərbaycan bu labirintdən az itki ilə çıxan azsaylı ölkələrdən biri olacaq. Amma ən pessimist variantda belə 2015-ci ildə büdcə xərclərinin kəskin surətdə ixtisar edilməsinə, tikintiləri kütləvi surətdə saxlamağa, bəzi ölkələrdə olduğu kimi, maaş və pensiyaların verilməsini ləngitməyə və sairə ehtiyac olmayacaq.

Bütün bunlar göstərir ki, Azərbaycanın 2015-ci l büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur."
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Büdcə-2016: Rusiya nefti 50 dollardan götürdü, Azərbaycan isə...

    Büdcə-2016: Rusiya nefti 50 dollardan götürdü, ...

    4-09-2015, 16:44

  • 
  • Azərbaycan nefti bir az ucuzlaşdı

    Azərbaycan nefti bir az ucuzlaşdı ...

    30-06-2015, 07:00

  • 
  • Azərbaycan nefti 1 dollar 6 sent ucuzlaşdı

    Azərbaycan nefti 1 dollar 6 sent ucuzlaşdı ...

    1-10-2014, 12:42

  • 
  • Amerika nefti son 20 ildə ən ucuz qiymətə satılır

    Amerika nefti son 20 ildə ən ucuz qiymətə satılır ...

    20-04-2020, 13:47

  • 
  • Neft və rubl düşməkdə davam edir

    Neft və rubl düşməkdə davam edir ...

    13-01-2015, 16:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu