GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Əli Həsənovun qohumluq siyasəti

Əli Həsənovun qohumluq siyasəti

Tarix: 22-01-2013, 09:39 Bölmə :İqtisadiyyat Baxış: 3 297
Əli Həsənovun qohumluq siyasəti

Komitə sədri yaxınlarını "Qaçqınkom"da ətrafına yığıb

Qaçqın və məcburi köçkünlərin sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqətindədir. Bir milyondan artıq qaçqını olan Azərbaycanda bu sahədə son illər görülən müsbət işlər məcburi köçkünlərin yaşayış səviyyəsini yüksəldib. Düzdür, qaçqın və məcburi köçkünlərə verilən aylıq maddi yardımlar az olsa da, tikilən yeni mənzillər məyus olmamağa əsas verir.
Qeyd edək ki, təkcə son iki il ərzində minlərlə məcburi köçkün ailəsinə yeni evlər paylanıb. Bu yaxınlarda da ölkə başçısının iştirakı ilə Qaradağ rayon, Müşfiqabad qəsəbəsində salınan qaçqın şəhərciyinin açılışı oldu. Amma köçkün ailələri hələ yeni mənzillərinə köçürülməyiblər. Bunun səbəbləri barədə gələn saylarımızda geniş şəkildə məlumat verəcəyik. Bu ildən isə Qobu qəsəbəsində məcburi köçkünlər üçün daha bir şəhərcik salınacaq.
Bu gün toxunmaq istədiyimiz məsələ isə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki "qohumluq siyasəti" ilə bağlıdır. Komitə sədri Əli Həsənov bura özünün yaxın qohumlarını, dostlarını və tanışlarını yığıb. Ki, bu da məcburi köçkünlərin sosial durumunun normallaşmasında əngəl yaradan amillərdəndir. Çünki hərə bir tərəfdən quruma ayrılan vəsaitləri yeyib-dağıdır.
Məsələn, komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov Ə.Həsənovun xalası oğludur. Sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Bizə çatan məlumatlara görə, komitə sədri ilə Novxanıda qonşu olan müavin Mehdiabad yolunun üstündə tikilən mənzillərin sahiblərinə paylanması zamanıədalətsizliyə yol verib. Təxminən, bir neçə həftə öncə sözügedən qaçqın şəhərciyində olmuşduq. Orda yaşayanlardan öyrəndik ki, mənzillər bəzi qaçqın ailələrinə pulsuz verilsə də, onlarla ailə haqları olan evləri almaq üçün "hörmət" etməli olublar. Həmçinin məcburi köçkün olmayan ailələrə də nəyinsə qarşılığında mənzil verilib. Komitənin şəhərcik üzrə nümayəndəsi də mənzillərin məcburi köçkün olmayan ailələrə verildiyi barədə söylənilənləri dolayısı ilə təsdiq edib. "Bu mənzillər tam təmirsizdir. Lakin məcburi köçkünlərə verilən mənzillər "Qaçqınkom"un Sosial İnkişaf Fondu tərəfindən alınaraq təmir edilir və sonda köçkünlərin istifadəsinə verilir. Binalar inşa olunarkən yerli sakinlər tərəfindən sifarişçilər olub. Mənzillər hazır olan kimi onlar öz mənzillərinə köçürülüb".
Komitənin Mənzil İstismar Departamentinin direktoru Əliyev Pənah Nəbi oğlu da Əli müəllimin qohumlarındandır. Bundan başqa komitə sədrinin bacısının yoldaşı da "Qaçqınkom"da vəzifə tutur. Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyev də "Qaçqınkom" rəhbərinin qohumlarındandır. Məlumatlara görə, qurumun elə bir şöbəsi yoxdur ki, orda sədrin qohumları təmsil olunmasınlar. Həsənovun özü kimi, qardaşlarının da hamısı vəzifə sahibidirlər.
Bir qardaşı Ramiz Həsənov Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır. Zəngilan camaatının qayğısına qalmaq istəməyən R.Həsənovun qardaşının köməyi ilə bu vəzifəyə gəlməsi heç kimə sirr deyil. O bu posta gələndən indiyə qədər zəngilanlılar üçün heç nə etməyib. Digər qardaşı İlyas Həsənov isə Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir. Sumqayıtda yaşıllıqların vəziyyəti göz önündədir. Bir sözlə, komitə sədri həm öz ailə üzvlərini, həm də qohum-əqrəbasında olan bütün insanları işlə təmin edib. Yaxın günlərdə Ə.Həsənov haqqında heç kimə məlum olmayan faktları yazacağıq.
Elvin Həkərili
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun tikinti maxinasiyaları

    Əli Həsənovun tikinti maxinasiyaları ...

    1-02-2013, 10:56

  • 
  • Şəhid bacısı dövlət başçısından kömək istəyir

    Şəhid bacısı dövlət başçısından kömək istəyir ...

    28-10-2013, 19:07

  • 
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38

  • 
  • Məcburi köçkünlərin yaşadığı yerdən külli miqdarda silah-sursat tapılıb

    Məcburi köçkünlərin yaşadığı yerdən külli ...

    22-07-2015, 13:47

  • 
  • Əli Həsənovun yeni maxnasiyaları

    Əli Həsənovun yeni maxnasiyaları ...

    1-01-2013, 14:57


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (327)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu