Büdcə təşkilatlarında calışan, cəmi 100-120 manat zəhməthaqqı alan işçidən 9 adda tutulma gedir[/b]
Yeraltı və yerüstü sərvətlərlə zəngin, coğrafi nöqteyi-nəzərdən 11 iqlimin 9-nu özündə yaşadan bir ölkədə əhalinin iqtisadi çətinlik içərisində boğulması bağişlanılmazdır. Daşınan və daşınmaz əmlaklarının sayı bilinməyən, xarici banklarda milyonlarla pulları olan, övladları vətən keşiyi görməyən, lakin hər şeyin yaxşısına sahib çıxan ali dairə rəhbərləri azmış kimi ölüm-zulum 100 manat əməkhaqqı alan, maddi imkansızlıqdan uşaqlarının üzünə baxa bilməyən, bu aydan o biri aya nisyə, borcla yaşayan insanların da maaşlarına göz dikirlər. Apardığımız araşdırmalar deməyə əsas verir ki, büdcə təşkilatlarında calışan, cəmi 100-120 manat zəhməthaqqı alan işçidən 9 adda tutulma gedir. Bunlar aşağıdakılardan ibarətdir: 1.Gəlir vergisi-14% 2.DSMF - 3% 3. Həmkarlar - 2% 4. “Qızıl Xaç” cəmiyyəti – 1% 5. Əlil qadınlar cəmiyyəti – 1% 6. Qarabağ əlilləri cəmiyyəti – 1% 7. Silahlı qüvvələr – 0.5% 8. Rayon icra hakimiyyəti fonduna – 0.5% 9. Yeni Azərbaycan Partiyası – 1% Üst-üstə bu rəqəm cəmi 24% təşkil edir. Bu da 120 manat əməkhaqqı alan işçidən 30 manata yaxın pulun saxlanılması deməkdir. Onu da qeyd edək ki, göstərilən tutulmalardan yalnız 2-si, gəlir vergisi və sosial müdafiə fonduna ödəmə qanun çərçivəsindədir. İşçilərin narazılığına səbəb olan qalan əsassiz pul tutulmaları isə, göstərilən təşkilat rəhbərlərinin yerli icra hakimiyyətləri ilə sövdələşməsinin nəticəsindən yaranır. Həmin qrumların başında kimlərin əyləşməsi və nəyə xidmət etmələri də ictimaiyyətə yaxşı məlumdur. Bir neçəsini çıxmaq şərtilə onlar dövlətin marağında olsaydı, məhz dövlət özü maliyyələşdirərdi. Yuxarıdakı siyahıya yenə ali rəhbərlikdə oturanlara məxsus qəzet və jurnallara, eyni zamanda yerli qəzetlərə ən azı 6 aydan bir məcburi abunə yazılışını da əlavə etmək mümkündür. Pullarının havayı tutulmalarından hamı şikayətçidir. Məsələn, adamlar vardır ki, işlədiyi müddətdə həmkarlar təşkilatına pul verməsinə baxmayaraq, bir dəfə də olsun ondan yararlanmayıb. Bəlkə də, bu ifadə büdcə təşkilatlarında calışanların 70%-nə aiddir. İcra hakimiyyətinə tutulan %-də maraq doğurur. Yəni, açıq-aşkar bu orqan azmı yeyir ki, üstəlik millətin cibinə də ğöz dikir? Bundan əlavə, götürək rayon qəzetini. Əğər bir rayonda lap azla götürsək, 8 min adam dövlətdən maaş alan varsa, 6 aydan bir onlardan 5 manat tutulmanı hesablayaq. Bu il ərzində cəmi 80 min manat edir. Qəzetə də 1000 tiraj yazılaraq 500 ədəd ancaq buraxılır. Aydada uzağı 1 və ya 2 dəfə işıq üzü ğörür. Əməkhaqqılarını da üstündən çıxsaq, bəs onda qalan vəsaitin taleyi necə olur? Eləcə də digər sifarişlə yaradılmış qurumlar. Axı, günahsız millətin qanı nə üçün “sorulmalıdır”? Bu günlərdə rüşvətin yeni ünvanı- “Elektron imza”da peyda olub. Qanunı budur ki,bu imza üçün vəsaiti aidiyyəti yuxarı orqan tabeçiliyindəki təşkilatın, idarə və ya müəssisənin hesabına köçürməlidir. Lakin, Qazax və Ağstafa rayonlarındakı bəzi təşkilatlara işçilərdən 4 və 5 manatdan pul yığılması tapşırılıb. Bir imza üçün 135 manat tələb olunursa, 2 imzaya 270 manat lazımdır. Əğər 100 nəfər işçisi olan nüəssisədən 400 manat yığılarsa, onun 270 manatı elektron imzaya sərf olunursa, qalan130 manat hara, kimin cibinə gedir? Deyilənlər ğöstərir ki, ölkədə əsl zəhmətkeşlər gözgörəsi maddi və mənəvi çətinliklərlə üzləşir, haqq səsləri kifayət qədər boğulur. Yuxarı orqanlara edilən yazılı şikayətlər 2-3 ay ərzində tədbir görülməsi üçün şikayət edilən dövlət məmurunun üstünə ünvanlanır. Alan alır,yeyən yeyir, içən içir. Necə deyərlər:”başlı başını saxlasın”! [b]İlham Hacalı
Sorğu
Yeni dizaynımız necədir?