Əhali ilə narazçılığa səbəb olan bütün məmurlara qarşı konkret cəza tədbirlərinin işə salınması, həmçinin vətəndaşların maddi rifah halının yaxşılaşdırılması üçün faizsiz bank kreditlərinin verilməsi
Qarşıdan gələn prezident seçkiləri nədəniylə iqtidar böyük bir plan tədarükündədir. Bu şok məlumatı qəzetimizə hökumət içindəki qaynaqlar ötürüb. Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, birbaşa olaraq dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial rifahının yaxşılaşdırılması yönündə çox ciddi adldımlar atılacaq. Məlumatı verən mənbə iddia edir ki, aprel ayının 1-dən etibarən bir çox istiqamətlərdə yeniliklər baş verəcək: «Bu planlamada daha çox diqqətçəkəni əhali ilə narazçılığa səbəb olan bütün məmurlara qarşı sərt reaksiyanın nəzərdə tutulması, konkret cəza tədbirlərinin işə salınması, həmçinin vətəndaşların maddi rifah halının yaxşılaşdırılması üçün faizsiz bank kreditlərinin verilməsi niyyətidir». Mənbəmiz bildirir ki, hər ailə üçün 10 min manata qədər faizsiz kreditin verilməsi üçün artıq indidən Mərkəzi Bankın rəhbərliyinə tapşırıqlar verilib: «Bu borcun qaytarılması üçün isə 10 illik vaxtın verilməsi də nəzərdə tutulur. Əslində vətəndaşlar üçün 10 illiyinə 10 min manatlıq faizsiz kredit böyük bir fürsət olacaq ki, artıq rəsmi Bakı belə bir menxanizmin hazırlanması yönündə fəaliyyətə keçib». Bunlar bir yana. Prezident seçkilərinin yaxınlaşması səbəbindən bazarlarda qiymət stabilliyinə nail olmaq üçün iqtisadi inkişaf nazirliyinin yanında bazarlarə nəzarət departamentinin yaradılması da planlaşdırılır: «Bu departamentin fəaliyyəti təkcə bazarlarda qiymətlərin tənzinlənməsi işini həyata keçirməklə məhdudlaşmayacaq. Daha geniş səlahiyyətləri olan departament həmçinin idxal olunan məhsullarda Azərbaycanın dövlət standartdının tətbiqinə də nəzarət edəcək. Artıq bütün bunlarla bağlı müvafiq qanun layihəsinin hazırlanması işi də həyata keçirilir». Elçin
Sorğu
Yeni dizaynımız necədir?