Yeni müavinlərin hansi səlahiyyətləri daşıdığı məlum deyil
Prezident Administrasiyası daxilində gərgin mühit yaranıb. Bu şok məlumatı bizə hökumət içindəki bilgili qaynaqlar ötürüb. Məlumatı verən mənbə iddia edir ki, hələ də PA-nın rəhbəri Ramiz Mehdiyev tərəfindən keçən ilin sonlarına yaxın təsis edilən müavin postlarının səlahiyyətləri ilə bağlı heç bir müəyyənləşmə həyata keçirilməyib və daxili əsasnamədə nəzərdə tutulan dəyişiklik baş verməyib. Bunun da faktiki olaraq yeni müavinlərin hər birinin səlahiyyətsiz duruma salınması anlamını daşıdığını bildirən bilgili qaynaq əlavə edib ki, məsələ ilə əlaqədar birbaşa olaraq dövlət başçısına müraciət edilməsi gözlənilir:«Bu gün PA rəhbərliyi bir-birindən küsülü kimi imiş kimi davranır. Yeni müavinlər Əli Əsədovla Zeynal Nağdəliyevin Ramiz Mehdiyevlə münasibətlərinin gərgin olması digər müavinlər Vahid Əliyevlə Novruz Məmmədovun da səlahiyyətlərinin qeyri-müəyyən şəklə düşməsilə nəticələnib». Məlumatı verən qaynaq onu da bildirdi ki, əslində bu yolla Ramiz Mehdiyev məlum təyinatlara etirazını ifadə etmiş olur.
Sorğu
Yeni dizaynımız necədir?