Plan belədir: Təhsil nazirinin adamları sıradan çıxarılacaq, sonda isə növbə nazirin özünə çatacaq
Təhsil naziri Misir Mərdanova qarşı bir müddət əvvəl durdurulmuş təzyiq kampaniyası yenidən vüsət götürür. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, artıq Misir Mərdanovun vəzifədən çıxarılmasına son hazırlıqlar görülür və başladılmış proses gələn ilin ilk aylarında reallaşdırılacaq. Bu posta kimin gətiriləcəyi hələ dəqiqliyi ilə bəlli olmasa da M.Mərdanovun yola salınması qəti olaraq qərarlaşdırılıb. Əslində M.Mərdanovun əleyhinə olan kampaniyanı durdurmaq istiqamətində hər hansı fəallıq belə göstərmədiyini önə çəkən mənbəmiz iddia edir ki, nazirdən olsa istefa ərizəsini elə günü bu gün yazar. Ammma onun bu şəkildə istefa verməsi rəqiblərinin planına aid deyil və onlar öz ssenarisi ilə işi başa çatdırmaq istəyindədir. Amma buradan o nəticəni də çıxartmaq yanlış olar ki, M.Mərdanovu vəzifədən çıxarıldıqdan sonra hər hansı təhlükə gözləyir. Əldə etdiyimiz informasiyalarda onun həbs olunacağı və ya hər hansı təzyiqlərə məruz qalacağı ilə bağlı heç nə yoxdu. Sadəcə olaraq, M.Mərdanovun təhsil sistemindəki bütün dayaqları və adamları o çıxarılana qədər sıradan çıxarılacaq ki, elə gələn ilin yanvarından məktəblərdə keçiriləcək yoxlamalar da bu məqsədə xidmət edəcək. Bu barədə «Gündəm-xəbər»i məlumatlandıran mənbənin bildirdiklərindən belə aydın olur ki, gələn ilin yanvar ayından etibarən Bakıdakı orta məktəblərdə ciddi şəkildə təftiş nəzərdə tutulub. Mənbəmiz bildirir ki, orta məktəblərdə təhsilin səviyyəsindən tutmuş, kadr potenisalına qədər, həmçinin orta məktəblərdə maliyyə işlərinəcən bütün istiqamətlərin total qaydada yoxlanılması planlaşdırılır. Onu da bildirək ki, təhsil sisteminə nəzarət edən təhsil nazirliyində orta məktəblərlə bağlı iki kuratorluq var. Əyalət məktəblərinə təhsil nazirinin müavini, Bakı məktəblərinə isə təhsil naziri Misir Mərdanovun özü kuratorluq edir. Və bu səbəbdən mənbəmiz vurğulayır ki, gözlənilən yoxlama bumu da məhz Misir Mərdanova qarşı nəzərdə tutulan addımdır. Çünki Bakı məktəblərinə cavabdehlik nazirin üzərindədir. Yanvar ayında keçiriləcək yoxlamalar zamanı paytaxtın bir neçə rayonunun Təhsil Şöbəsinin müdirinin və bir sıra məktəb direktorlarının vəzifələrindən çıxarılacağı gözlənilir. «Vurulması» nəzərdə tutulan həmin şəxslər isə istisnasız olaraq M.Mərdanovun yaxın adamları olacaq. Bununla da nazirinin isefaya göndərilməsindən öncə onun təhsil sektorundakı dayaqları çökdürüləcək, daha sonra isə dalğa M.Mərdanovun özünə çatacaq. Şahin
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?