GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Vergidən yayınan oliqarxlar

Vergidən yayınan oliqarxlar

Tarix: 25-02-2013, 10:39 Bölmə :İqtisadiyyat Baxış: 854
Vergidən yayınan oliqarxlar

Ölkə iqtisadiyyatında daha çox məşğul olan, amma qeydiyyata
alınmayan sektorlar məhz iri oliqarxların nəzarətində olan sektorlardır


Bu hadisə fiziki şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçən bir şəxsin başına gəlib. Keçən ilin sonuna yaxın onu vergiyə çağırmışdılar. 2011-ci ilin 3-cü rübünün nəticələri ilə 2012-ci ilin 3-cü rübünün nəticələri arasında uyğunsuzluq olduğunu yazmışdılar-dövriyyə artdığı halda, işçi sayı azalıb. Yəni nəsə uyğunsuzluq olduğunu aşkarlamışdılar. Həmin şəxs gedib, anladıb ki, o yaraıcılıq fəaliyyəi və çap nəhsullarının redaktəsi, sifarişi ilə məşğul olurmuş . İşçisi də yalnız qələm və kağız, uzaqbaşı diktofonu, kompüter ola bilər. Yəni bunlardan artıq işçi götürməyə nə həvəsi var, nə də maddi durumu buna imkan verir. İzah etdilər ki, həmin məktub vergi sistemində tətbiq edilən yeni proqramm təminatının zəhmətinin nəticəsidir-məlum oldu ki, 2011-ci ilin 3-cü rübü üçün onun təqdim etdiyi bəyannamədə səhv olaraq 1 nəfər işçi olduğunu göstərib və 2012-ci il üçünsə işçi sayı doğru olaraq "0" göstərilib, halbuki hesabına daxil olan vəsait bir qədər artıb. El dili ilə desək, "kompüter bu gerçəyi ortaya çıxarıb". Əlqərəz, xırda bir izahat yazmaqla duruma aydınlıq gətirilib.
Amma araşdırmaya görə, bu proqramın dəqiq nöqtəsinə düşdüyü məqamlar da az olmayıb. Yəni iş adamı dövriyyəsi artdığı halda işçilərin sayının kağız üzərində azaltmaqla bir sıra vergilərdən yayınmağa çalışır. Təbii ki, belə yerlər üçün xüsusi səyyar yoxlama gedir və vergi nəzarətindən kənar çalışan işçilər leqallaşdırılır. Nazirliyin əmək haqlarının leqallaşdırılması üzrə apardığı fəaliyyət nəticəsində 2013-cü ilin əvvəlinə kimi 55 min işəgötürən öz işçiləri ilə 180 min əmək müqaviləsi bağlamağa məcbur edilib. Bununla da Azərbaycanda muzdlu işçilərin sayı 1,5 milyona qədər qalxıb.
Nazirlikdən verilən məlumata görə, bu istiqamətdə işlər on ildən çoxdur ki, ardıcıl olaraq davam etdirilir. Əsas diqqət vergi prosedurlarının sadədəşdirilməsinə, elektronlaşdırmasına yönəldilib. Təsadüfi deyil ki, Vergilər Nazirliyi Azərbaycanın dövlət qurumları arasında ən çox sayda elekton xidmət təqdim edən orqandır. Belə xidmətlərin sayı artıq 57-ə çatıb, onların faktiki olaraq 46-ı işləyir, 11 xidmət üzrə işlər yekun mərhələsindədir.
Elektron bəyyanamələr vergi ödəyicilərinin işini rahatlaşdırır və bu da işi leqallaşdırmaya yardım edir. Yəni vergidən yayınanlar arasında dəftərxana süründürməçiliyindən uzaq durmağa çalışanlar da az deyil. Belə adamlar heç bir sənəd-filan imzalamadan kiməsə "aylıq haqq" ödəyib başlarını rahat istəyirlər. Bəzən ödənən bu vəsait rəsmi vergiyə ödəniləndən xeyli yüksək olur.
Bu baxımdan vergi prosedurlarının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir: Hazırda Azərbaycanın vergiödəyiciləri il boyunca vergi bəyannamələrinin doldurulmasına və vergilərin ödənilməsinə 214 saat sərf edirlər ki, bu, 2007-ci ilin göstəricisinə baxanda 4,7 dəfə aşağıdır. "Doing-Business-2013" hesabatına görə, həmin müddət ərzində illik ödənişlərin sayı 2 dəfə azalaraq 18-ə düşüb.
Bütün bunlar iş adamlarını vergi nəzarəti altına girməyə meylləndirib. Təsadüfi deyil ki, 2000 - 2012-ci illərdə Azərbaycanda vergi ödəyicilərinin sayı 3 dəfə artıb, həmçinin 2012-ci ildə dövlət büdcəsinə vergi ödəyişlərinin həcmi 2000-ci ilə baxanda 12 dəfə artıb. Lakin bütün bunlar yertərli deyil və 2021-ci ilə kimi Azərbaycanda neftdənkənar bölmə üzrə dövlət büdcəsinə daxilolmaların keçən ilki göstəricilərə nisbətən üç dəfə artırılması nəzərdə tutulur. Yəni vergi nəzarəti dəflərlə genişlənməli və dərinləşdirilməlidir. Hökumət bu işin öhdəsindən gələ biləcəkmi?
Aparılan araşdırmalara görə, bu mümkündür. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev ölkə iqtisadiyatında bununla bağlı yetərincə imkanların olduğunu vurğulayır: "Rəsmi statistikaya görə, Azərbaycanda 1,5 milyon nəfər muzdlu işçi var. Bunun 1,2 milyonu dövlət sektorunda və dövlətin nəzarətinə olan müəssisələrdə işləyirlər. Yəni bizim özəl sektor o qədər kiçikdir ki, oradakı işçi sayı cəmi 300 mindir?" İqtisadçı ekspertin sözlərinə görə, hansısa vergisiz işləyən xırda sənətkarları, dayələri, ailə sürücülərini axtarmaqla bu işin öhdəsindən gəlmək olmaz: "Bu gün ölkə iqtisadiyyatında daha çox məşğul olan, amma qeydiyyata alınmayan sektorlar məhz iri oliqarxların nəzarətində olan sektorlardır. Buraya tikinti sektorunda işləyənlər, restoran xidməti - şadlıq evlərində xidmət göstərənlər, otellərə, iri oliqarxların imperiyalarına daxil olan müəssisələrində işləyənlər - faktiki olaraq 1 milyona yaxın insanla əmək müqaviləsi bağlanmır. Faktiki olaraq, onlar fiziki şəxslərin gəlir vergisini və sosial müdafiə vergisini ödəmirlər. İri oliqarxların müssisələri həmin adamların gəlirlərini gizlətməklə, həm də özlərinin iqtisadi fəaliyyətini leqallaşdırmağa manne olmağa çalışırlar",- deyə Azər Mehdiyev vurğulayır. İqtisadçı ekspertin fikrincə, ümumi daxili məhsul (ÜDM) səviyyəsində götürəndə bu müssisələrin istehsalı neftdənkənar sektorun 60 faizi qədərdir: "Əgər vergidən yayınan iqtisadiyyat bu gün leqallaşdırıla bilərsə, Azərbaycanda neftdənkənar bölməyə aid ÜDM-i 2 dəfədən çox artırmaq mümkündür. Uyğun olaraq, bu sektordan daxil olan vergilər də elə bu qədər arta bilər", - deyə Azər Mehdiyev vurğulayır.

Zaur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyində borc maxinasiyası

    Vergilər Nazirliyində borc maxinasiyası ...

    3-02-2013, 11:38

  • 
  • İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO

    İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO ...

    25-07-2016, 14:48

  • 
  • Nazirlik vergidən yayınan direktoru həbs etdi

    Nazirlik vergidən yayınan direktoru həbs etdi ...

    29-01-2014, 13:44

  • 
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • Birjadankənar dövriyyə

    Birjadankənar dövriyyə ...

    8-12-2012, 10:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu