22 fevral tarixində təqdimatı keçirilən saytın son yenrilənməsi keçən ilin 15 oktyabr tarixinə aiddir
Məlum olduğu kimi, fevralın 22-də Təhsil Nazirliyində «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytının təqdimat mərasimi keçirilib. Misir Mərdanov bildirib ki, veb-saytın yaradılmasında əsas məqsəd xaricdə təhsillə bağlı prosesi daha şəffaf, daha ədalətli yerinə yetirməkdir: «Qarşıdan gələn illərdə daha çox azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndəriləcək. İstəyimiz bu göndərmə prosesində insan amilini minimuma endirməkdir». Yəni bununla cənab nazirimiz bildirmək istəyib ki, Azərbaycan kimi ölkələrdə insan amili olan yerdə rüşvət və korrupsiya avtomatik peyda olur. Əslində normal ölkələrdə bu kimi açıqlamaların müəllifini layiq olduğu ünvanlara göndərirlər. Amma burası Azərbaycan olduğundan Misir Mərdanov da hələ ki nazir postunda əyləşib. Təbii ki, bizim diqqətimizi çəkən məqam əslində bu deyil. Söhbət möhtərəm nazirimizin bəh-bəhlə təqdim etdiyi saytın əslində millətlə növbəti məzələnmə predmeti olmasından gedir. Belə ki, 22 fevral tarixində təqdimatı keçirilən saytın əslində son yenrilənməsinin keçən ilin 15 oktyabr tarixinə aid olduğunu görmək üçün nə alim olmaq lazımdır, nə də münəccim. Eləcə «http://xaricdetehsil.edu.gov.az/index.php» internet adresinə girmək yetərlidir ki, buna şahidlik edəsən. Bildirək ki, əslində bununla nazir növbəti dəfə korrupsiyaya yol verdiyini - yəni insan amilinin maksimum olduğunu nümayiş etdirmiş oldu. Hər halda, bu saytın adı altında nə qədər pulları mənimsədiklərini təxmin etmək o qədər də çətin deyil. Bu arada daxil olan bir başqa məlumatdan isə aydın olur ki, əslində bu işdən sorumlu olan nazirin madar müavini Qulu Novruzov məsələnin üstünə yerimək istəyən jurnalistlərdən biri ilə telefon əlaqəsinə də girib. Hətta nazir müavini haqlı irada cavab tapa bilmədikdə işə Misir Mərdanovun özü də qarışıb və hətta KİV-lərdən bu barədə susmağı da xahiş edib və bunun ardınca da Misir Mərdanovun öz dili ilə onun Prezident Administrasiyasında danlanılması xəbəri yayılıb. Bərəkallah, cənab Mərdanov… Yeni üsul seçibsiniz… Ayıb işinizin ört-basdır edilməsi üçün özünüzün danlanıldığınızı, tövsiyyələr aldığını da xəbərə çevirirsiniz…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?