Komitə sədri sahibkarlara ayrılmış külli miqdarda vəsaitin mənimsənilməsini ört-basdır edilməsinə çalışır
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Azadlıq prospekti, 154 ünvanında sökülən 16 mərtəbəli binanın birincə mərtəbəsində yerləşən obyektlərin sahiblərinə kompensasiya vermək niyyətində görünmür. Baxmayaraq ki, həmin sahibkarlara kompensasiya ayrılıb. Bunu sahibkarlar bir müddət əvvəl keçirdikləri mətbuat konfrasında deyiblər. Sahibkarların sözlərinə görə, onlar kompensasiya ilə bağlı Kərəm Həsənovun müavini Yusif Qəmbərovun qəbulunda olarkən, o bildirib ki, həmin pula Ilham Əliyev üçün “Cümeyra” oteli tikilib. Görünür, Kərəm Həsənov Ilham Əliyevə otel tikməklə sahibkarlara ayrılmış külli miqdarda kompensasiyanın mənimsənilməsini ört-basdır edilməsinə çalışır.Lakin sahibkarlar onlara çatacaq kompensasiya uğrunda sona qədər mübarizə aparacaqlarını bildirirlər. Binanın birinci mərtəbəsində yerləşən “Gülnarə” restoranının sahiblərindən biri Müqabil Kərimov media vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb. Müqabil Kərimov Ilham Əliyevdən bu məsələni diqqətdə saxlamağı xahiş edib. “Gülnarə” restoranı 1974-cü ildən fəaliyyət göstərir. Bu obyektdən 50-dən çox ailə, o cümlədən şəhid ailəsi çörək pulu qazanır. Amma indi Kərəm Həsənov bu insanları çörəksiz qoyub", - deyə Müqabil Kərimov bildirib. Sahibkar daha sonra bildirib: “Bizim orada başqa obyektlərimiz, çörək sexi və bərbərxanamız da olub. Lakin bu barədə söhbətdə onları heç yada salan yoxdur. Mən yaşlı adamam, min bir əziyyətlə bu restoranı qurub yaratmışam, bu restoranın hesabına neçə ailə dolanır. Qardaşım oğlu şəhid olub. Onun ailəsinə mən baxıram. Və məhz restoranın hesabına onları dolandırırdım. O da əldən çıxdı. Amma bunlar Kərəm Həsənovu maraqlandırmır". Müqabil Kərimov deyir ki, Kərəm Həsənov özünə çox arxayındır: “Fakt odur ki, bizə deyirlər, gedin kimə istəyirsiniz şikayət edin. Onun adamları ölkə başçısının adından istifadə edirlər, Kərəm Həsənovun guya Ilham Əliyevlə qohum olduğunu deyirlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?