GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kərəm Həsənov İlham Əliyevi saymır

Kərəm Həsənov İlham Əliyevi saymır

Tarix: 5-03-2013, 10:35 Bölmə :İqtisadiyyat Baxış: 1 353
Kərəm Həsənov İlham Əliyevi saymır

Ölkə başçısı məmurlara «sahibkarları incitməyin» deyir, komitə sədri isə bunun tam əksini edir

Ölkə başçısı Ilham Əliyev keçirdiyi son müşavirədə məmurları sahibkarları incitməməyə çağırsa da, qarşı tərəf deyəsən bu çağırışa əməl etməməkdə israrlıdır. Belə olmasaydı məsələn, əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov bir qrup sahibkara ayrılan kompensasiyanı dərhal ödəyərdi.
Söhbət Azadlıq prospekti, 154 ünvanında sökülən 16 mərtəbəli binanın birincə mərtəbəsində yerləşən obyektlərin sahiblərindən gedir. Biz hələ binada yaşayan sakinləri demirik. Onların da bəzilərinə kompensasiya ödənilməyib.
Binanın birinci mərtəbəsində yerləşən “Gülnarə” restoranının sahiblərindən biri Müqabil Kərimov bildirib ki, indiyə qədər nə kompensasiya, nə də başqa bir yer alıb: “Bu restoran 1974-cü ildən fəaliyyət göstərir və elə o vaxtdan burada biz işləmişik. Azərbaycan müstəqillik əldə etdikdən sonra 7 nəfər bu restoranı özəlləşdirmişik. Bütün sənədləri qaydasında olub. Restoranın 30-a yaxın personalı olub. Bir günün içində restoranı söküb bu qədər adamı çörəksiz qoyublar. Söküntü işlərini ”Azinko” şirkəti aparıb. Açığı biz bilmirik ki, orada nə tikəcəklər. Gah deyirlər prezident üçün park salınacaq, gah deyirlər həmin bina hündür olduğundan ölkə başçısının yaxınlıqdakı iqamətgahının ərazisi oradan görünür. Nə isə bütün bunlar bizim üçün maraqlı deyil. Bizim üçün maraqlı olan obyektlərin əvəzinə ayrılan kompensasiyanın taleyidir. Fakt budur ki, biz kompensasiyanı almamışıq. Bizə başqa yer də verməyiblər. Daha doğrusu bir yer təklif ediblər, amma həmin yer bizi qane etmir. Əvvəla, həmin obyektin sahəsi bizim restoranın sahəsindən çox azdır. Ikincisi, oranın təmirinə külli miqdarda pul lazımdır”.
Müqabil Kərimov deyib ki, “Azinko” şirkətinin rəhbəri, Kərəm Həsənovun qardaşı Malik Həsənov bina sökülərkən onlara şirin vədlər verib: “Amma bu vədlərin heç birini yerinə yetirmədi. Mən Kərəm Həsənovla görüşmək istədim, mümkün deyil. Mən bir vətəndaş olaraq məmurun qəbuluna düşə bilmirəm. Ölkə başçısı Ilham Əliyev son müşavirədə dedi ki, vətəndaşları, sahibkarları incitməyin. Amma məmurlar, o cümlədən Kərəm Həsənov prezidentin sözünü qulaqradına vurur”.
Sahibkarın sözlərinə görə, onlarda olan məlumata görə, restorana görə 3 milyon manat kompensasiya ayrılıb: “Bu dəqiq məlumatdır. Lakin həmin 3 milyonun taleyi qaranlıqdır. Bizim orada başqa obyektlərimiz, çörək sexi və bərbərxanamız da olub. Onları heç yada salan yoxdur.
Mən yaşlı adamam, min bir əziyyətlə bu restoranı qurub yaratmışam, bu restoranın hesabına neçə ailə dolanırdı. Qardaşım oğlu şəhid olub. Onun ailəsinə mən baxıram. Və məhz restoranın hesabına onları dolandırırdım. O da əldən çıxdı. Amma bunlar Kərəm Həsənovu maraqlandırmır”.
Müqabil Kərimov deyir ki, Kərəm Həsənov özünə çox arxayındır: “Fakt odur ki, bizə deyirlər, gedin kimə istəyirsiniz şikayət edin. Onun adamları ölkə başçısının adından istifadə edirlər, Kərəm Həsənovun guya Ilham Əliyevlə qohum olduğunu deyirlər”.
Yeri gəlmişkən, başqa bir sahibkar - binanın birinci mərtəbəsində aptek və ərzaq mağazasının sahibi Yasim Bəşirov bu məsələ ilə bağlı keçirilən mətbuat konfransında ilginc bir fakt açıqlamışdı. O bildirmişdi ki, dövlət onların binasının və üç beşmərtəbəli evin söküntüsünə böyük vəsait ayırıb. Belə ki, 16 mərtəbəli binanın söküntüsünə 60 min, üç beşmərtəbənin sökülməsinə isə 50 minə yaxın vəsait gedib. Obyekt sahiblərinə ayrılmış 2 mln. ödənilməyib və bu pul “Azinko”nun hesabına yatıb. Qalan iri məbləğ (təxminən 30 mln. manat) haraya gedib, məlum deyil. “Yusif Qəmbərovla (Kərəm Həsənovun müavini) görüşüb bu sualı ona verdikdə: “Bu pula prezident üçün ”Cümeyra” oteli tikilib”,- deyə sahibkar vurğulamışdı.
Bütün bunlar belə deməyə əsas verir ki, Kərəm Həsənov Ilham Əliyevi saymır. Bunu başqa cür dəyərləndirmək mümkün deyil. Xatırladaq ki, 16 mərtəbəli bina və ona bitişik üç beşmərtəbə 2011-ci ildə sökülüb.

Firudin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun «kompensasiya əməliyyatı»

    Kərəm Həsənovun «kompensasiya əməliyyatı» ...

    27-02-2013, 10:38

  • 
  • Kompensasiyaları kim “yeyib”?

    Kompensasiyaları kim “yeyib”? ...

    3-02-2013, 11:33

  • 
  • Kərəm Həsənov üçün müdhiş korrupsiya mənbəyi

    Kərəm Həsənov üçün müdhiş korrupsiya mənbəyi ...

    6-12-2013, 17:54

  • 
  • Kərəm Həsənov qohumlarını «vurdu»

    Kərəm Həsənov qohumlarını «vurdu» ...

    20-02-2015, 12:57

  • 
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu