GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ziya Məmmədovdan analoqu olmayan talan

Ziya Məmmədovdan analoqu olmayan talan

Tarix: 8-04-2013, 10:44 Bölmə :İqtisadiyyat Baxış: 1 286
Ziya Məmmədovdan analoqu olmayan talan

Dövlət Dəmiryol İdarəsində baş verən çoxsaylı
qanun pozuntularına və korrupsiya əməliyyatları


Bir müddət əvvəl fəxri dəmiryolçu Vahid Əbdurəhmanov baş nazir Artur Rəsizadəyə müraciət edib. Müraciətdə Dövlət Dəmiryol İdarəsində (DDY) baş verən çoxsaylı qanun pozuntularına və korrupsiya əməliyyatlarına da toxunulub. Lakin bunlara baxmayaraq Ziya Məmmədova gözün üstə qaşın var deyən tapılmayıb. Vahid Ədurrəhmanovun baş nazirin diqqətinə çatdırdığı faktları oxuculara yenidən təqdim edirik.

Ziya Məmmədov gələndən sonra DDY çökdü
Ziya Məmmədov DDY-ə rəis təyin olunduğu vaxtdan bu idarənin tənəzzül dövrü başlayıb. 1996-cı ilə qədər DDY-nin istismarda olan 2117 km uzunluğunun 479 km-i dispetçer mərkəzləşməsi ilə təchiz edilmişdi. Yolun qalan istismar sahəsinin dispetçer mərkəzləşdirmə layihəsi hazırlanmış, tələb olunan avadanlıqların alınıb gətirilməsi təmin olunmuşdu. Mərkəzləşdirmə üçün xüsusi bina tikilib istifadəyə verilmişdi. Əgər bu quraşdırma başa çatmış olsaydı, onda bütün DDY-də qatarların hərəkəti həmin mərkəzdən idarə olunacaqdı. Təəssüf ki, Z.Məmmədov dispetçer mərkəzləşdirilməsi üçün gətirilmiş avadanlıqları və tikilmiş binanı başqa məqsədlər üçün istifadə etməyə başlayıb. Bununla da DDY-nin texniki tərəqqisi dayandırılıb.
Z.Məmmədov rəis təyin olunduqdan sonra qısa müddət ərzində illərlə sınaqdan çıxarılmış pul dövriyyəsinə nəzarət üsulu ləğv edilib. Z.Məmmədovdan fərqli düşünənlər ya işdən uzaqlaşdırılıb, ya da fəaliyyəti məhdudlaşdırılıb. Bunların heç biri mümkün olmadıqda isə fərqli düşünənlərin tutduğu vəzifə strukturu tamamilə ləğv edilib. Belə sahələrdən biri yük və kommersiya xidmətidir. Bu xidmət yük daşıma prosesində yaranan bütün problemləri həll etmək səlahiyyətinə malik idi. Yük və kommersiya üzrə fəaliyyət göstərən xidmətin ləğvi, Z.Məmmədovun ətrafındakı bir qrup məmurların daşıma proseslərində özbaşınalıqlarını nəzarətdən azad etmək məqsədi güdürdü.
Bu günə qədər bazar iqtisadiyyatının tələblərinə uyğun, rəqabətə davamlı yerli tarif siyasəti işlənib təsdiq edilməyib. Bu səbəbdən də görülən işlərin tarif qiyməti və xidmətin haqqı məharətlə hesabatdan yayındırılır. 102 stansiyada yük qəbulu və təhvili üçün quraşdırılmış yük ambarları baxımsızlıq ucbatından yararsız vəziyyətə düşüb. Əvvəllər yüksək tələbatla istifadə olunan 2300-dən yuxarı refrijerator vaqonları həmin səbəbə görə istifadə olunmur.
Yük xidmətinin ləğvində başqa bir məqsəd özəl vaqonların istifadə qaydalarında hərci-mərclik yaratmaq idi. Belə ki, istifadə prosesində sahibkarlar tərəfindən tələb olunan ödənişlər dəmir yolunun ümumi gəlirinin hesabına ödənilməklə sahibkar üçün nəzərdə tutulan tarif güzəşti məmurlar tərəfindən mənimsənilir. Yük xidmətinin ləğvinin başqa bir səbəbi isə bu xidmətin tabeliyində olan Bakı və Gəncə mexanikləşdirilmiş yükdoldurma və boşaltma mənfəətlə işləyən distansiyalarını ləğv edib, onların maşın və mexanizmlərini talan etmək idi. Ona da məharətlə nail ola bildilər. 200-dən yuxarı işçi öz daimi iş yerini itirdi.

DDY-də Cavid Qurbanov kabusu
Z.Məmmədovun kadr siyasəti də DDY-ni məhv edilməsinə yönəlib. O, hələ 1994-cü il tarixdə "Azəravtoyol" dövlət şirkətinin prezidenti vəzifətindən azad edilən Cavid Qurbanovu DDY-ə gətirməklə bu quruma öldürücü zərbə vurub. Z.Məmmədov 15 dekabr 1997-ci il 220/H saylı əmri ilə C.Qurbanov üçün "Azərdəmiryoltikintiservis" İstehsalat Birliyini yaradıb. Yol təsərrüfatının normal texniki vəziyyətdə saxlanılmasına və həmçinin iqtisadi sosial məsələlərin həllinə xidmət edən 11 təşkilat, o cümlədən 26, 144, 300 saylı yol maşın stansiyaları, 24 saylı rels qaynaq qatarı, qızılca qırma daş zavodu, 1 saylı körpü tikinti qatarı C.Qurbanovun şəxsi maraqlarına xidmət edən "Azərdəmiryoltikintiservis"in tabeliyinə verilib. Beləliklə də, əvvəllər ildə 6-8 60 mənzilli evlərin tikintisi dayandırılıb. Bundan əlavə C.Qurbanovun təşəbbüsü ilə ictimaiyyətdə çaşqınlıq əmələ gətirmək məqsədi ilə "Azərdəmiryoltikinti" tresti ləğv edilib və onun bazasında "Təmir tikinti tresti" yaradılıb. 376, 781, 785, 659 saylı tikinti quraşdırma qatarlarındakı daşınar və daşınmaz əmlak yeni yaradılmış "Təmir tikinti tresti"nə verilib. Z.Məmmədovun 220/N saylı əmrinin əsas mahiyyəti ondan ibarət idi ki, bütün tikinti, layihə, təmir idarələrin hamısı C.Qurbanov tərəfindən idarə olunsun.
Kommersiya məqsədi ilə daşınması nəzərdə tutulan tikinti üçün dəmir yolunun vaqonlarında daşınan gil, qum, qırma daş və digər yüklərin tarif qiyməti Sovet İttifaqından miras qalmış 10-01 Preyskurantının 13-cü sxemi ilə hesablanması da göstərilən əmrdə rəsmiləşdirilib. 10-01 Preyskurantının 13-cü sxemi ilə daşınan yüklərin tarifinin real daşınma xərcinə uyğunsuzluğu isə 70 milyon dollardan artıq mənimsəməyə şərait yaradıb. 13-cü sxemin mahiyyəti ondan ibarətdir ki, burada göstərilən tarif qiyməti ancaq dəmir yolunun özünə məxsus, onun tikilməsində, təmir edilməsində istifadə olunan materialların, maşın və mexanizmlərin bir yerdən başqa yerə daşınmasında tətbiq edilə bilər. Əgər belə daşınmada yüklərin çəkisi 30 tondan yuxarı olarsa, 18-ci sxeme əsasən əlavə daşıma haqqı ödənilməsi tələb olunur.
Buna baxmayaraq, uzun illərdir ki, xüsusi təyinatlı vaqonlarda, o cümlədən ümumi istifadə vaqonlarında, 10-01 tarif Preyskurantının 13-cü sxemə əsasən daşınma haqqının ödənilməsi şərti ilə ayda 500 vaqondan artıq qum, gil, qırma daş məhsulların dəmir yoluna heç bir aidiyyəti olmayan tikinti şirkətlərinə ümumi bazar qiymətinə çatdırılır və əldə olunan gəlirlər mənimsənilir.

Ziya Məmmədov kitabxanaları, texnikumları məhv edib
Z.Məmmədov DDY-ni iqtisadi, texniki cəhətdən tənəzzül vəziyyətinə gətirməklə kifayətlənməyib, onun işçilərinin intellektual səviyyəsini də məhv etməyə cəhd göstərib. Mərhum Heədr Əliyevin 611-1Q saylı 29 dekabr 1998-ci il tarixli fərmanı ilə kitabxanaların qorunub saxlanması və inkişafı etdirilməsinin məmurlara bir vəzifə olaraq tapşırılmasına baxmayaraq, Z.Məmmədovun 23/N saylı 21 fevral 2001-ci il tarixli əmri ilə 15 kitabxana, 42 uşaq bağçası, texniki məktəb, dəmir yol texnikumu ləğv edilərək əmlakı talan olunub. Dəmir yol peşəsində hələ uzun illər istifadəsinə ehtiyac duyulan kitablar yandırılıb. Z.Məmmədovun DDY-ə başçılıq etdiyi müddətdə vaqon parkı 37 faiz, lokomotiv parkı 33 faiz azalıb. Nəticədə daşınma DDY-dən iqtisadi cəhətdən qat-qat zəif olan Gürcüstan dəmir yolundan icarəyə götürülmüş lokomotivlərlə və əsasən "Azpetrol", "Traseka" şirkətlərinə məxsus olan vaqonlarla həyata keçirilir. Bundan əlavə İngiltərə şirkətinə məxsus Gürcüstanda qeydiyyatdan keçən, Azərbaycanda fəaliyyət göstərən "SİLK ROAD GROUP S.A." vaqonlarından da "məharətlə" istifadə olunur.

Şpal zavod və pilləkən əməliyyatı
Heç bir iqtisadi araşdırılma aparılmadan Keşlə stansiyasında "Dəmir-beton konstruksiyaları və tikinti hissələri zavodu"nun yerində "Dəmir-beton şpal zavodu"nun tikilməsi qərarına gəldilər və tikdilər. Sonralar məlum oldu ki, zavod iqtisadi cəhətdən faydalı deyil. 16 milyon dollar xərcləndikdən sonra zavodu sökməyə məcbur oldular. Hələ uzun müddət fəaliyyətinə ehtiyac duyulan böyük yüklü konteyner meydanı ləğv edilərək yerində heç bir faydası olmayan bentonit zavodu tikildi. Şəhərin rəhbərliyi ilə razılaşdırılmadan Bakı sərnişin stansiyasının gözləmə zalından 28 May metrostansiyasının girişində pilləkən tikmək fikrinə düşdülər. Şəhər rəhbərliyinin narazılığı ilə rastlaşan məmurlar pilləkəni sökməyə məcbur oldular. Bu da DDY-ə 1,5 milyon dollara başa gəldi.

“İqtisadiyyat şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis təyin olundu

    Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis ...

    30-01-2014, 16:24

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • Artur Rəsizadəyə yeni vəzifə

    Artur Rəsizadəyə yeni vəzifə ...

    11-12-2013, 12:04

  • 
  • Cahangir Hacıyevlə Ziya Məmmədov toqquşdu

    Cahangir Hacıyevlə Ziya Məmmədov toqquşdu ...

    27-08-2013, 01:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu