GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Məmurların ofşordakı milyardlari müsadirə olunacaq

Məmurların ofşordakı milyardlari müsadirə olunacaq

Tarix: 10-04-2013, 10:34 Bölmə :İqtisadiyyat Baxış: 1 083
Məmurların ofşordakı milyardlari müsadirə olunacaq

Dünyanın qanunsuz milyarderlərinin ofşor zonalarda
gizlədilmiş 32 trilyon dollara yaxın pulu aşkara çıxarılıb


Deyəsən, “Vircin əməliyyatı” hələ uzun müddət gündəmin aparıcı mövzusu olacaq. Qalmaqal hələ tam sürət yığmayıb. Qarşıda bizi daha maraqlı təfərrüatlar gözləyir. Hakimiyyətin qara əməlləri barədə çox şeyləri bilsək də, “Vircin materialları”nın arasında bizi heyrətləndirməyə gücü çatan faktların yer alacağına əminəm.
Bildiyiniz kimi, dünyanın qanunsuz milyarderlərinin ofşor zonalarda gizlədilmiş 32 trilyon dollara yaxın pulu aşkara çıxarılıb. Tədqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İSİJ) əlinə keçmiş materiallarda bir çox korrupsioner və mafioz hökumətərin “vergi sığınacaqları”nda gizlətdikləri çirkli pulların mənbəyi də göstərilir.
Əslində Azərbaycan hakimiyyətinin ofşor zonalarda milyardlarının gizlədildiyi hamımıza bəlli idi. Amma indi söhbət təfərrüatlardan gedir. İlk dəfədir ki, Azərbaycan hakimiyyəti ofşor zonalarda biznes qurduğunu etiraf edir. “BBC”nin Azərbaycan bölməsinə açıqlamasında Prezident Administrasiyasının mətbuat katibi Azər Qasımov deyib: “Ofşor sənayesindən sızdırılan məlumatlarda Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin adının çəkilməsində qeyri-adi heç nə yoxdur. Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər. Onların yaşı da, hər bir digər kriteriyalar da buna qanunla imkan verir. Yəni burda belə bir qeyri-adi heç bir şey görmürəm".
Prinsip etibarilə, indiyə qədər açıqlanmış faktları da təkzib etmək olardı. Amma görünür, hakimiyyət İSİJ-in əlində daha hansı materialların olduğunu yaxşı bilir və bu faktları sonadək təkzib etməyin mümkün olmayacağını başa düşür. Azər Qasımovun bəyanatı da gələcəkdə açıqlanması gözlənilən materiallara hazırlıq xarakteri daşıyır.
Digər tərəfdən, bütün bunların “qeyri-adi olmadığını” iddia edərək normal hal kimi təqdim etmək cəhdi də uğursuzdur. Hamımız yaxşı bilirik ki, belə biznes növü təpədən-dırnağa qeyri-adidir. Azərbaycan məmurlarının biznesmen olmasına normal baxmaq olardı, bir şərtlə ki, Corc Soros və ya Uorren Bafit kimi onların da keçdikləri biznes yolu şəffaf olardı. Bu milyarderlərin hansı əməliyyatdan nə qədər pul qazandığını, hansı səhmləri hansı qiymətə aldıqlarını və ya onları hansı qiymətə satdıqlarını bütün dünya bilir. Ümumiyyətlə, dünyanın bütün qanuni milyarderlərinin keçdikləri biznes yolunun təfərrüatları hamıya bəllidir. Bəs nədən bizim “Vircin biznesmen”lərimizin fəaliyyəti illər uzunu gizli saxlanıb və əvvəllər dəfələrlə təkzib edilib? Məgər bu, qeyri-adi deyilmi?..
Ortada dayanan başqa bir sual isə bu qalmaqalın arxasında kimlərin və hansı məqsədlə dayanmasıdır. Ötən sayımızda yazdığımız kimi, çirkli biznes sahibləri üçün ofşor zonaların başlıca olaraq, iki cəlbedici cəhəti var: Birincisi, ofşor şirkətlərin fəaliyyətinin məxfiliyinə zəmanət verilir və ikincisi, bu şirkətlər üzərində dövlət valyuta nəzarəti yoxdur. İSİJ isə adi bir jurnalist təşkilatıdır və bu məxfilik pərdəsini qaldırmaq gücündə deyil. Deməli, bu materialları qüdrətli kəşfiyyat orqanları ələ keçirərək mətbuata ötürüb. Yəqin ki, “qüdrətli” sözü ilə Qərbi nəzərdə tutduğumuzu başa düşdünüz.
Bəs məqsəd nədir? Bu sualın cavabını dəqiqliklə vermək asan deyil. Amma dəqiq olan budur ki, baş verənlər hansısa planın tərkib hissəsidir. Artıq çoxları bunu diktatorlara və avtoritar rejimlərə qarşı Qərbin həlledici hücumunun başlanğıcı kimi təqdim edirlər.
Hazırda Qərb dairələrində çoxları etiraf edir ki, terrorçuluğa qarşı mübarizə qapalı cəmiyyətlərə qarşı mübarizədən başlamalıdır. İndi 21-ci əsrdir - sürətli texnoloji inkişaf əsrində yaşayırıq. Bu inkişafın nailiyyətlərindən terrorçular da bəhrələnirlər. Bu əsrin terrorçuları təyyarə idarə edə bilir, kompüter proqramlaşdırmasını bacarır, dünya iqtisadiyyatına təsir göstərməyin yollarını bilirlər. Əl-Qaidə şəbəkəsi 11 sentyabr terrorundan yüz milyonlarla dollar pul qazanmışdı. Çünki terrordan az əvvəl Yaponiya yeni və qiymətli metallara pul yatırmışdılar. Terrordan dərhal sonra bu iki istiqamət üzrə qiymətlər qalxdı və Əl-Qaidə istədiyi qazancı əldə etdi.
Belə ağıllı terror təşkilatlarını hərəkətə gətirən başlıca motiv isə Qərbə nifrətdir. Bu nifrətin səbəblərinə gəlincə, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki, Üsamə ben Ladeinin axtarışlarına başçılıq etmiş Maykl Şuer belə yazır: “Müsəlmanlar bizə kimliyimizə görə yox, əməllərimizə görə nifrət edirlər. Bu əməllərin siyahısı aşağıdakı kimidir: ABŞ-ın İsrailə aşkar dəstəyi; müsəlmanların müqəddəs yerlərində ABŞ ordusunun mövcudluğu; ABŞ-ın müsəlman ölkələrində polis rejimlərinə dəstək verməsi; ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsi; ABŞ-ın dəstəyi ilə müsəlman İndoneziyanın ərazisində Şərqi Timor xristian dövlətinin qurulması; Hindistan, Çeçenistan, Çin və Fələstində müsəlman qiyamçılara qarşı əməliyyatlara ABŞ-ın dəstək verməsi; “Xaç yürüşləri” kimi tarixi faktorlar; Qərb dünyasının müsəlman mühacirlərə qarşı ayrı-seçkiliyi”.
Qərbə qarşı terror əhvalının kökündə məhz bu faktorlar dayanır və “ABŞ-ın müsəlman ölkələrində polis rejimlərinə dəstək verməsi” bəndini Azərbaycana da aid etmək olar. Prinsipcə, Azərbaycan hakimiyyətini milyarderə çevirən elə Qərbin özüdür. Belə bir avtoritar rejimlə enerji əməkdaşlığı əslində bu rejimə dəstək vermək anlamına gəlir. Bunun nəticəsidir ki, Azərbaycandan da xeyli sayda dindar mücahid müxtəlif terror təşkilatlarının sıralarında amerikalılara qarşı “cihad”a qoşulublar. Dindar olmayanlar da xəyallarında Ağ Evi partladırlar...
Görünür, Qərb avtoritarizmin kökünü kəsmədən terrorun kökünü kəsməyin mümkün olmayacağını başa düşür. Məhz bu prosesə start verilib. “Vircin materiallar”nı da prosesin tərkib hissəsi saymaq olar. Cinayət işlərinin açılması və müsadirə versiyaları da gündəmdədir. Əvvllər də ofşor bizneslərinə qarşı belə hallar yer alıb. Ancaq bu dəfə prosesin miqyası çox böyükdür. Qalmaqallar seriyasında Azərbaycan hakimiyyətinin önə çıxarılması isə əlavə suallara yol açır...

Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycandan çıxarılan milyardlar

    Azərbaycandan çıxarılan milyardlar ...

    19-06-2013, 00:47

  • 
  • Ermənistanın ofşor problemi

    Ermənistanın ofşor problemi ...

    17-04-2013, 10:51

  • 
  • Azərbaycanın adı Avstriyada şok qalmaqalda

    Azərbaycanın adı Avstriyada şok qalmaqalda ...

    14-06-2013, 15:09

  • 
  • ABŞ-ın dovlət borcu 18 trilyon dollara çatıb

    ABŞ-ın dovlət borcu 18 trilyon dollara çatıb ...

    3-12-2014, 22:27

  • 
  • “Qərb offşorlar vasitəsilə Azərbaycanı talayır...”

    “Qərb offşorlar vasitəsilə Azərbaycanı talayır...” ...

    16-05-2014, 10:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu