Avstriya bankirləri ofşor hesablar vasitəsilə Azərbaycan Milli Bankına rüşvət verməkdə ittiham olunurlar
Vyana prokurorları aralarında Avstriya Milli Bankının sədr müavini də olmaqla 9 nəfərəqarşı rəsmi olaraq ittiham elan ediblər. Bu şəxslər Azərbaycan və Suriya ilə banknot müqavilələri zamanı rüşvət verməkdə ittiham olunurlar. Avropa.info hadisə iləbağlı “Gulf Daily News” qəzetində dərc olunmuş xəbərin tərcüməsini təqdim edir: “Avstriya Milli Bankının sədr müavini, 63 yaşlı Vilfqanq Daçaçek və digərləri vəzifə səlahiyyətlərini aşma, rüşvət, çirkli pulların yuyulması və başqa cinayətlərdə ittiham olunurlar. Bu barədə prokurorluğun açıqlamasında bildirilir.
Mərkəzi Bankdan bildirilib ki, İdarə Heyəti məsələni müzakirə etmək üçün gələn həftənin çərşənbə axşamı toplanacaq. Mərkəzi Bankın banknotların emissiyası şöbəsinəbaşçılıq edən Daçaçekdən açıqlama almaq mümkün olmayıb, amma onun vəkili Qabriel Lanski ittihamları əsassız adlandırıb: “İttihamnamədə Daçaçek-in cinayət törətdiyinə dair bircə sübut belə yoxdur”. Onun sözlərinə görə, bu qanun pozuntularını üzə çıxaran təhqiqata elə onun öz müştərisi, yəni Daşaşekin özü başlayıb.Əvvəllər bank bildirib ki, banknot emissiyası şöbəsinin rəhbərliyi hər hansıqanun pozuntusundan xəbərdar olmayıb.
Amma prokurorların açıqlamasına görə, 18 ay davam edən təhqiqat nəticəsində bəlli olub ki, emissiya şöbəsi və bəzi hallarda zərbxana (pulkəsən şöbə) banknotların və sikkələrin kəsilməsi üçün 2005-ci ilin iyunundan 2011-ci ilin iyununa qədər Azərbaycan və Suriya ilə müqavilələr bağlayıblar: “Azərbaycan və Suriyanın Milli Banklarının rəhbərliklərinə müqavilələrin onlarla bağlanması müqabilində ümumi sifariş məbləğinin müvafiq olaraq 20 faizi və 14 faizi həcmində kompensasiya vəd ediblər”.
Sifarişçi tərəflər ümumilikdə 14 milyon avro həcmində pulu ofşor zonalarda yerləşən xarici hesablar vasitəsilə “haqq” olaraq alıblar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?