GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanın ofşor problemi

Ermənistanın ofşor problemi

Tarix: 17-04-2013, 10:51 Bölmə :Dünya Baxış: 754
Ermənistanın ofşor problemi

Düşmən ölkə gizli iqtisadiyyatı hədəfə alıb

Ermənistanın keçmiş baş naziri, Milli Məclisin deputatı Qrant Baqratyan gələn ildən mədənçıxarma ilə məşğul olan ofşor şirkətlərin fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb, onu parlamentə təqdim edib. Deputat hesab edir ki, bu şirkətlər ölkə iqtisadiyyatına ziyan vururlar. Belə ki, mədənçıxarma sənayesinin nümunəsindən görünür ki, ofşor şirkətlər son məhsulu öz müəssisələrinə aşağı qiymətlə satır. Daha sonra isə bu şirkətlər əsl alıcılara eyni məhsulu real və yüksək qiymətlə satır: «Biz Ermənistanda ofşor şirkətlərin fəaliyyətini qadağan etməliyik. Bu gün bütün dünyada ofşorlara qarşı mübarizə gedir. Ermənistanda mədənçıxarma sənayesində çalışan şirkətlər ya ofşor zonalarda qeydiyyatdan keçiblər, ya bu zonalarda qeydiyyatdan keçən şirkətlərdən texnika, avadanlıq alırlar və yüksək qiymət göstərirlər, ya da məhsullarını - mis və molibdeni ofşor müəssisələrinə aşağı qiymətlə satırlar, daha sonra isə ofşor zonalardan məhsullar yüksək qiymətlə yenidən satılır».

Ölkəyə gəlir gətirməyən zərərli iş

Qrant Baqratyanın bəzi iqtisadçıların, ofşor investisiyaları ilə çalışan şirkətlərin iş yerləri yaratdığı və iqtisadiyyatı inkişaf etdirdiyi ilə bağlı fikirlərinə münasibəti belə oldu: «Onlar iş yeri yaratmır və iqtisadiyyatımızı inkişaf etdirmirlər, çünki bir vəsait qoyub, əvəzində onunu aparırlar, bununla da hökumətimizə ziyan vururlar. Nəticədə 10 dəfə artıq zərər vurmuş olurlar. Bununla belə, ofşor zonalarında qeydiyyatdan keçməyən şirkətlər daha çox iş yeri yarada və 10 dəfə artıq fayda verə bilərlər. Nəyə görə biz bu şirkətlərin arxasında dayananların kimliyini bilməməliyik. Üstəlik əgər onlar yaxşı iş görür və iş yerləri yaradırlarsa... Onlar Ermənistanda qeydiyyatdan keçməli və yerli rezidentlər xarici səhmdarlar kimi təqdim edilməməlidir. Hazırkı vəziyyətdə isə biz bu şirkətlərin arxasında dayanan şəxsləri tanımırıq. Məsələn, biz hələ də 2003-2004-cü ildə, ikinci prezidentin idarəçiliyi zamanı Kacarandakı molibden zavodunun pulsuz özəlləşdirilməsinin səbəbini və bunun hökumətlə hər hansı bağlılığının olub-olmadığını bilmirik».

«Söhbət böyük pullardan gedir...»

Sabiq baş nazirin sözlərinə görə, hakimiyyətdəkilər mədənçıxarma sənayesində fəaliyyət göstərən ofşor şirkətlərlə bağlı problemləri yaxşı bilir, hərçənd onlara qarşı heç bir mübarizə aparmırlar: «Bu barədə hamı - baş nazir və hökumət də bilir. Ancaq heç kim vəziyyəti düzəltmək istəmir. Burda söhbət böyük pullardan gedir. Bu barədə danışanda deyirlər, gəlin birgə işləyək və mübarizə aparaq. Hesab edirəm ki, bunlar ancaq söz-söhbətdir və iş görülmür, əgər həqiqətən mübarizə aparmaq istəyirlərsə təklif etdiyim qanun layihəsini qəbul eləsinlər».
Parlamentdə çoxluqda olan hakim Respublika partiyasının nümayəndəsi Vaqram Baqdasaryan isə bildirir ki, onlar istənilən yaxşı qanun layihəsini müzakirə edib, qəbul etməyə hazırdırlar və üstəlik, mədənçıxarma sənayesində çalışan ofşor şirkətlərlə bağlı ciddi problemlərin olduğunu da etiraf edir: «Respublika partiyası iqtisadiyyatın inkişafına yönəlik bütün qanun layihələrində maraqlıdır, çünki məhz biz bu məsuliyyəti üzərimizə götürmüşük. Mən hələlik layihəni görməmişəm, ancaq söhbətin nədən getdiyini anlayıram. Təəccüblənirəm ki, Baqratyan kimi ciddi siyasətçi və iqtisadçı layihənin keçməyəcəyinə qabaqcadan əminliyini ifadə edir. Çox güman ki, müzakirələrdən sonra layihə qəbul olunacaq».
Baqratyan isə başqa fikirdədir. Hesab edir ki, layihə müzakirəyə qədər gedib çıxmayacaq. Qanun layihəsi parlamentə təqdim edilsə də hələ ki, iclasın gündəliyinə salınmayıb. Millət vəkili əvvəllər müxtəlif məsələlərlə bağlı təqdim etdiyi 7 layihə kimi sonuncunun da parlamentin iclasının gündəliyinə daxil edilməyəcəyindən əndişəlidir: «Layihədən narazılıq olarsa, gündəliyə salınmayacaq, bu məni təlaşlandırır. Hərçənd konstitusiyaya görə, millət vəkilinin təqdim etdiyi istənilən qanun layihəsi müsbət ya mənfi qiymətləndirilməyindən asılı olmayaraq parlamentin gündəliyinə çıxarılmalıdır. Bir tərəfdən deputatların bu və ya digər məsələni qaldırmaq, qanun layihəsi təqdim etmək hüquq var, digər tərəfdən bu layihə gündəliyə çıxarılmaya bilər».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycandan çıxarılan milyardlar

    Azərbaycandan çıxarılan milyardlar ...

    19-06-2013, 00:47

  • 
  • Məmurların ofşordakı milyardlari müsadirə olunacaq

    Məmurların ofşordakı milyardlari müsadirə olunacaq ...

    10-04-2013, 10:34

  • 
  • Elton Məmmədov Bakı Avtovağzalında üsyan yetişdirir

    Elton Məmmədov Bakı Avtovağzalında üsyan ...

    9-10-2014, 12:32

  • 
  • Azərbaycanın adı Avstriyada şok qalmaqalda

    Azərbaycanın adı Avstriyada şok qalmaqalda ...

    14-06-2013, 15:09

  • 
  • Putin onu alqışlayan məmurların qanın qaraltdı

    Putin onu alqışlayan məmurların qanın qaraltdı ...

    14-12-2012, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu