GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İki məmurun qalmaqallı məhkəmə tarixçəsi

İki məmurun qalmaqallı məhkəmə tarixçəsi

Tarix: 17-04-2013, 10:55 Bölmə :İqtisadiyyat Baxış: 1 566
İki məmurun qalmaqallı məhkəmə tarixçəsi

Əhməd Əhmədzadənin sel məsuliyyəti: Meliorasiya və Su Təsərrüfatı ASC səhlənkarlıq
edərək keyfiyyətsiz bəndlər qurub, Kür çayı daşarkən bu bəndlər suyun qarşısını saxlaya bilməyib və
nəticədə rayonlar su altında qalıb, iddiaçılara məxsus olan evlər, evlərdə olan əşyalar, təsərrüfat məhv olub

Təkcə ölkədə, fəlakət bölgələrində, hakimiyyət daxilində deyil, məhkəmələrdə
də bir qara "Kəmaləddin Heydərov kabusu" dolaşmaqdadır


Kür daşqınlarının təsirinə məruz qalmış, problemləri həll olunmayan 200- nəfərdən artıq şəxs FHN və Meliorasiya və Su Təsərrüfatı ASC- dən məhkəməyə müraciət etmək üçün "Kür" Cəmiyyətinə üz tutmuşdu. Həmin şəsxlərin bir çoxunun problemi sənədlər məhkəməyə hazırlanan ərəfədə həll olundu. 138 nəfərin sənədləri hazırlanıb məhkəməyə təqdim olundu. Məhkəmənin gedişində iddiaçıların bir qisminin də problemi həll olundu. Hazırda 116 nəfərin işləri məhkəmə instansiyalarındadır. 114 nəfərin işi Şirvan İnzibatı İqtisad Məhkəməsində, 2 nəfərin iddiası isə Avropa İnsan haqları Məhkəməsində baxış icraatına götürülüb.

İddiaçıların tələbi

2010-cu ildən başlayaraq Kür-Araz qovşağında suyun səviyyəsinin artması, bunun qarşısının səlahiyyətli qurumlar (Meliorasiya və Su təsərrüfatı ASC) tərəfindən alınmaması nəticəsində Kür-Araz çaylarının yerləşdiyi ərazilər – Sabirabad, Salyan, Saatlı, İmişli və digər rayonlarda Kür-Araz çayları və Sarısu gölünün daşmasının qarşısını alan bəndlər uçub. Kür-Araz çaylarının daşması və güclü leysan yağışları nəticəsində və həmçinin bu daşqınlardan yaranan qrunt sularının təsirindən on minlərlə ev, minlərlə hektardan çox əkin və örüş sahələri su altında qalmış, yüzlərlə ev uçmuş, minlərlə ev qəzalı vəziyyətə düşmüşdür.Iddiaçıların yaşadıqları kəndlər tamamilə su altında qalıb. Bu səbəbdən də, İddiaçıların evləri sel daşqınları və qrunt sularının təsirinə məruz qalıb, evlər yararsız vəziyyətə düşüb, əkin sahələri məhv olub, onlara məxsus mal-qara və həyətyanı təsərrüfatları tamamilə tələf olub. Iddiaçılara məxsus olan evlərin bəzisi dağılıb, bəzilərində divarlarda böyük çatlar əmələ gəlib, evlərin fundamentində boşluqlar yaranıb, evlər qəzalı vəziyyətə düşüb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks təbirlərin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 19 may 2010-cu il tarixli 908 nömrəli “Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökümət Komissiyasının yaradılması haqqında” Fərman verilib.

Həmin fərmanla Hökümət Komissiyasına
....
2.2 Uçmuş qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısının hazırlanması;
2.3. təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcminin qiymətləndirməsi, müvafiq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.
Fərmanın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən 06 iyul 2010-cu il tarixli 197c nömrəli Sərəncam qəbul edilib. Həmin sərəncama əsasən baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın və birdəfəlik maddi yardımların ödənilməsi məqsədi ilə mərkəzi komissiya yaradılıb.
Sərəncamın 5.3-cü bəndinə əsasən, baş vermiş təbii fəlakət nəticəsində Sabirabad, Saatlı, İmişli, Zərdab, Hacıqabul, Salyan və digər rayonların ərazisində yerli əhaliyə və məcburi köçkünlərə dəymiş ziyana görə birdəfəlik maddi yardımların ödənilməsi, onlara məxsus zədələnmiş və ya dağıdılmış fərdi və ictimai yaşayış evlərinin, istehsalat, məişət, iaşə və xidmət, habelə sosial obyektlərin bərpası və ya yenidən tikintisi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.
Iddiaçıların yaşadığı evlər tamamilə yararsız vəziyyətə düşüb, həmin evlərdə yaşamaq mümkün deyil, hər an ev uça bilər. Bu baxımdan onlar hazırda həmin evlərdə yaşamağa ehtiyat edir. Fəlakətin baş verməsindən bu günədək iddiaçılar üçün yeni evlərin tikintisi üçün heç bir tədbir görülməyib. Bu isə həmin insanları çıxılmaz vəziyyətə salıb. Iddiaçılara məxsus olan evlər su altında qaldığına görə evlərdə olan bütün əşyalar tamamilə məhv olub. Iddiaçılar hazırda da normal yaşayış şəraitini qura bilmirlər. Ailələrində təhsil alan, tibbi xidmətə ehtiyacları olan və digər sosial xidmətlərə ehtiyacları olan şəxslərə minimum şərait yaratmaq iqtidarında deyillər.

FHN-nə olan iradlar

İddiaçılar təbii fəlakət nəticəsində evlərinin yararsız vəziyyətə düşməsi ilə bağlı aidiyyatı qurumlara, o cümlədən bu işə cavabdehlik daşıyan Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına müraciət edib.
Fövqəladə Hallar Nazirliyi bu müraciətləri ətraflı olaraq araşdırmayıb, başdansovdu tərzdə davranaraq müraciətləri yerli icra hakimiyyəti orqanlarına göndərib və onların həll olunub-olunmaması ilə maraqlanmayıb. Yerli icra hakimiyyəti orqanları isə daxil olan müraciətlərə məhəl qoymayaraq onları araşdırmayıb, evləri siyahıya almayıb və nəticədə bəzi iddiaçıların evlərinə baxış keçirilməyib. Bəzi iddiaçıların evinə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasi baxış keçirərək müəyyən edib ki, ev sel sularından uçub dağılıb və ona yeni fərdi yaşayış evi tikilməlidir. Bu barədə ayrıca müvafiq Baxış Aktı tərtib edilib. Amma bütün bunlara baxmayaraq cavabdeh Fövqəladə Hallar Nazirliyi ona ayrıca ev tikməkdən imtina edib. Inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara baxılır.
Azərbaycan Respublikası Prezidentinin 19 may 2010-cu il tarixli Fərmanı və Nazirlər Kabinetinin 09 iyul 2010-cu il tarixli 197c nömrəli sərəncamı ilə təbii fəlakət nəticəsində dəymiş ziyana görə yerli sakinlərə məxsus zədələnmiş və ya dağıdılmış fərdi və ictimai yaşayış evlərinin, istehsalat, məişət, iaşə və xidmət, habelə sosial obyektlərin bərpası və ya yenidən tikintisi Fövqəladə Hallar Nazirliyinə tapşırıb. Fövqəladə Hallar Nazirliyi isə vəzifəsini yerinə yetirməyərək iddiaçılar üçün evlərin qəzalı vəziyyətə düşdüyünə görə yeni evləri tikməyib.

“Meliorasiya və Su təsərrüfatı” ASC-nin məsuliyyəti

Bundan əlavə, iş üzrə digər cavabdeh “Meliorasiya və Su təsərrüfatı” ASC Kür çayının daşmasının qarşısını alan bəndləri keyfiyyətsiz qurduğuna görə, Kür çayı daşarkən bu bəndlər suyun qarşısını kəsə bilməmiş və nəticədə Kür ətrafı rayonlar su altında qalıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC keyfiyyətsiz bəndlər qurmaqla səhlənkarlıq etmiş və nəticədə iddiaçılara mənəvi zərər dəyib.
Iddiaçılar hesab edir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-in səhlənkarlıq edərək keyfiyyətsiz bəndlər qurub, Kür çayı daşarkən bu bəndlər suyun qarşısını saxlaya bilməyib, keyfiyyətsiz olduğuna görə bəndlər dağılıb və nəticədə rayonlar su altında qalıb, iddiaçılara məxsus olan evlər, evlərdə olan əşyalar, təsərrüfat məhv olub. Daşqınlar nəticəsində evlər 3 ay ərzində su altında qaldığına və yerli qurumların bu məsələlərə seyrçi qalmalarına görə iddiaçılar həyəcan, narahatsızlıq və mənəvi sarsıntı keçirib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir, öz səlahiyyətləri daxilində layihələrin dövlət ekspertizasını aparır və təsdiq edir, büdcədən maliyyələşdirilən və sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Göründüyü kimi, daşqın sularına qarşı mübarizə tədbirləri görmək Meliorasiya və Su Təsəsrrüfatı ASC-in vəzifələrindən biridir, lakin o, bu vəzifəni düzgün yerinə yetirməyərək daşqınların qarşısını almaq üçün lazımi və zəruri tədbirləri görməyib.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
Cavabdehlərdən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin səhlənkarlıq edərək keyfiyyətsiz bəndlər vurması və daşqınların qarşısını vaxtında almaq üçün zəruri tədbirlər görmədiyinə görə iddiaçılarda uzun müddət mənfi psixi reaksiya yaranıb, hazırda da iddiaçılar həyəcan və narahatlıq keçirirlər, onların şüurunda baş vermiş fəlakət hələ də qalmaqdadır.
Inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara
- Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə isə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır.

Məhkəməyə sayğısızlıq

Xatırladaq ki, məhkəmələrə ilkin müraciət hələ 2010- cu ilin oktyabr ayından edilib. Yasamal məhkəməsi, Səbayel məhkəməsi və Apelliyasiya məhkəməsinin müvafiq qərarlarından sonra (8 ay məhkəmələr "ötür- ötür" oyunu oynayıb) nəhayət 2011- ci ilin may ayından başlayaraq 1 saylı İnzibatı İqtisad Məhkəməsi "Kür qaçqınları"- nın iddiasına baxmağa başladı. Təxminin 1 il sözü gedən qurum bu iddialara "baxdıqdan" sonra məlum oldu ki, sən demə iddialara ərazi inzibatı vahidləri üzrə baxmaq lazım imiş. 2012- ci ilin iyun ayından başlayaraq sənədlər ərazi prinsipi üzrə Şirvan İnzibati İqtisad Məhkəməsinə göndərildi.
Sentyabr ayından sözü gedən məhkəmələrdə 4 hakim ümumilkidə 114 nəfərin iddiasına baxır. Bu proses 8 aydır ki, davam edir. Amma təəssüflə qeyd etmək lazımdır ki, FHN bu dəfə də məhkəməyə nümayəndəsini göndərsə də problemlər həll olunmur və ya bu prosesi çox ləmg aparır. Digər tərəfdən 2012- ci ilin dekabr ayının 21- dən etibarən bir sıra iddia işləri üzrə məhkəmə baxışına fasilə verilib. Buna səbəb odur ki, FHN nəinki vətəndaşların, QHT- lərin, media qurumlarının, həttta məhkəmənin sorğularını belə cavablandırmır. Bu səbədən məhkəmələrin bir çox sorğuları cavabsız qaldığı üçün qeyri- müəyyən vaxta qədər təxirə salınıb. Yəni K. Heydərov məhkəmələrin sorğusnu da cavablandırmır. Məhkəmələr isə ondan sorğuya cavabı tələb etməyə, bu olmadıqda isə vətəndaşın xeyrinə haqlı, ədalətli qərar qəbul etməyə cəsarət göstərə bilmir. Göründüyü kimi təkcə ölkədə, fəlakət bölgələrində, hakimiyyət daxilində deyil, məhkəmələrdə də bir qara "Kəmaləddin Heydərov kabusu" dolaşmaqdadır... Ara yerdə isə sadə, kasıb vətəndaşlar əziyyət çəkməkdədir.
Amma "Kür" Cəmiyyəti məhkəmələri və vətəndaşların haqlı mübarizəsini davam etdirir. Vətəndaşların tək güvənc yeri "Kür" Cəmiyyətidir. Əslində problem çoxdan həll olunmalı idi. Hətta FHN söz vermişdi ki. Kür daşqınları ilə bağlı məhkəmə iddiaları 2012- ci ilin sonlarına kim tam həllini tapacaq. Amma təəssüf ki, həmişə olduğu kimi bu dəfə də FHN verdiyi vədinə əməl etmədi.

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadən yenə məhkəmədən “qaçdı”

    Əhməd Əhmədzadən yenə məhkəmədən “qaçdı” ...

    21-12-2012, 14:36

  • 
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 12:03

  • 
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 13:17

  • 
  • Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq

    Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq ...

    10-01-2013, 10:10

  • 
  • Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi

    Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi ...

    6-12-2012, 13:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu