GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əhməd Əhmədzadən yenə məhkəmədən “qaçdı”

Əhməd Əhmədzadən yenə məhkəmədən “qaçdı”

Tarix: 21-12-2012, 14:36 Bölmə :Ölkə Baxış: 929
Əhməd Əhmədzadən yenə məhkəmədən “qaçdı”

Kür- Araz daşqınları ilə bağlı iddiaçıların dövlər qurumları ilə məhkəmə çəkişməsi davam edir, FHN və Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndəsi məhkəməyə gəlmədi

gundemxeber.az 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları zamanı evlərinə və təsərrüfatlarına ciddi ziyan dəymiş, problemləri bu günə qədər həll olunmayan bir qrup Saatlı, Sabirabad, İmişli, Kürdəmir və Salyan rayon sakinlərinin Fövqəladə Hallar Nazirliyinə (FHN), Meliorasiya və Su Təsərrüfatı ASC- yə, eləcə də yerli rayon İcra Hakimiyyətlərinə qarşı Şirvan şəhər İnzibati İqtisad Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Hakim Elxan Əmirəliyevin, Fikrət Mehtiyev və İxtiyar Abuşovun sədrliyi ilə 6 qrup olmaqla 42 nəfərin iddiasına baxılıb. Məhkəmədə iddiaçılarla yanaşı onların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev və İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı iştirak edib. Cavabdeh tərəflər FHN- nin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri məhkəmədə iştirak etməyiblər. Dövlət qurumlarının məhkəmədə iştirak etməmələri iddiaçılarda haqlı narazılığa səbəb olub.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahnın tələbləri
Məhkəmənin gedişində hər bir iddiaçının işi ilə bağlı ayrıca dinləmələr və müzakirələr aparılıb. İddiaçılar çıxış ediblər. Bəzi iddiaçılar öz çıxışlarında onlara dəyən ziyan və daşqınlardan ötən müddət ərzində aidiyyatı qurumlar tərəfindən problemlərinin həlli istiqamətində gərəkli addımlar atılmadığını bildiriblər. Bəzi iddiaçılar isə öz çıxışlarında dəyən ziyanla bağlı son günlər FHN tərəfindən evlərin bərpa gücləndirilməsi və təmiri ilə bağlı komepnsasiyaların verildiyini bildirərək bu məbləğlə onlar evlərinin təmir etdirilməsi, əvvəlki vəziyyətə gətirilməsinin mümkün olmadığını bildirdilər. Bir neçə iddiaçı isə FHN tərəfindən evinin tikildiyini və kompensasiya aldığını bildirərək iddiasından imtina edib.
Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin heç bir səbəb göstərilmədən iştirak etməməsi iddiaçılar tərəfindən bəzi suallar yaratdı. Məhkəmədə iddiaçıların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev hüquqlarını müdafiə etdiyi şəxslərin iddia ərizələri ilə bağlı çıxış edərək onların hazırkı yaşayış durumu, üzləşdiyi problemlərə diqqət çəkib. O qeyd edib ki, hazırda iddiasına məhkəmədə baxılan bir sıra insanlara son günlər FHN tərəfindən evlərinin təmir və bərpa- gücləndirilməsi ilə bağlı kompensasiyaların verilməsinə başlanılsa da ümumilkdə problemlərin həlli istiqamətində işlər zəif gedir. O. Gülalıyev bildirib ki, hazırda qışdır, havalar soyuqdur, iddiaçılar arasında elə insanlar var ki, onların qışı öz evlərində keçirməsi çox çətindir. O, FHN- ni iddiaçıların problemlərinin həlli istiqamətində atılacaq müvafiq addımları sürətləndirməsinin vacibliyini bildirib.
Əhməd Əhmədzadə məhkəməyə yenə hörmətsizlik etdi
İddiaçıların bir qismi daşqınlardan sonra dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC- nin Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndatma işlərini həyata keçirərəkən ucuz iş metodundan istifadə edərək onlara məxsus təsərrüfatları, bağ- baxçaları, hətta yardımçı tikililərini, tövlələrini, həyatyanı torpaqlarını belə böyük traktorlar vasitəsi ilə yerlə- yeksan edib bəndlərə sərf olunduğunu bildirdilər. Nəticədə onlara xeyli həcmdə ziyan dəyib, torpaqları zəbt olunub və ya yararsız hala düşüb. Məhz buna görə də zərərçəkən iddiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC- ni və onun sədri Əhməd Əhmədzadəni məhkəməyə verdiklərini bildirərək, gəlib məhkəmədə cavab verməsini və vurduğu ziyanı ödəməsini tələb etdilər. Lakin artıq 3- ci dəfədir ki, Əhməd Əhmədzadə məhkəməyə gəlməkdən boyun qaçırır. Əhməd Əhmədzadənin və ya Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndəsinin məhkəmədə iştirak etməməsi iddiaçıların haqlı narazılığına səbəb oldu və bunu özlərinə, eləcə də məhkəməyə hörmətsizlik kimi qiymətləndirdiklərini bildirdilər.
Məhkəmə FHN- ə sorğu göndərməyə qərar verdi
Məhkəmənin sonunda hakim son günlər vətəndaşlara verilən kompensasiyaların təyinatı, eləcə də digər vətəndaşların problemləri barədə FHN- nin mövqeyini dəqiqləşdirmək üçün sözü gedən nazirliyə rəsmi sorğu göndərməyi qərara aldı və öz qərarını elan etdi. Növbəti məhkəmə prosesi 2013- cü ilin yanvar ayında keçiriləcək.
Xatırladaq ki, 2010- cu ilin yazında baş verən Kür Araz daşqınları zamanı ölkənin 30- a yaxın rayonunda evlərə və təsərrüfatlara ciddi ziyan dəyib. Ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 460 milyon manatdan artıq vəsait ayrılıb. Hələ də yüzlərlə insan evlə və ədalətli kompensasiya ilə təmin olunmayıb. 130 ailə bununla bağlı FHN, Meliorasiya və Su Təsərrüfatı ASC- ni, eləcə də yerli İcra Hakimiyyətlərini məhkəməyə veriblər.
Bütün iddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 13:17

  • 
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 12:03

  • 
  • Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq

    Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq ...

    10-01-2013, 10:10

  • 
  • İki məmurun qalmaqallı məhkəmə tarixçəsi

    İki məmurun qalmaqallı məhkəmə tarixçəsi ...

    17-04-2013, 10:55

  • 
  • "Kür" məhbusunun problemləri var

    "Kür" məhbusunun problemləri var ...

    15-05-2013, 13:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu