GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin işbirliyi, müştərini “oyuna salıb”

“Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin işbirliyi, müştərini “oyuna salıb”

Tarix: 16-05-2016, 14:37 Bölmə :İqtisadiyyat Baxış: 0
“Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin işbirliyi, müştərini “oyuna salıb”

Səlahəddin Hacıyev: “Bizim rəhbərlikdən mənə tapşırdılar, mən də işimi itirməyim deyə, rəhbərliyin vermiş olduğu tapşırığı yerinə yetirməyə məcbur oldum”
Son illər ölkəmizin bank sektorunda müştərilərin sayı gündən-günə artsa da, yaşanan problemlərin də sayı durmadan artmaqda davam edir. Buna səbəb, təkcə bankların verdikləri kredit faizləri göstəricilərinin yüksək həddə olması deyil, həm də bank əməkdaşlarının bu və ya digər yollarla qol qoyduqları maxinasiyalar da, çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olan amillərdəndir. Bu gün “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti” arasında yaşanan işbirliyi, müştərini minbir “oyuna” salıb ki, qol qoyulan fırıldaq əməllərinin biri barədə də, geniş ictimaiyyəti məlumatlandırmağa çalışacağıq.
Belə ki, bir neçə gün bundan əvvəl Şəki şəhəri 20 Yanvar küçəsi ev-56, mən-29 ünvanında yaşayan Həmidov Rəfail Nəriman oğlu tərəfindən “Gündəm Xəbər”ə ünvanlanan şikayət ərizəsində qeyd olunur ki, “mən 2014-cü ilin yanvar ayında Bakı şəhərində fəaliyyət göstərən avtosalonların birindən, 2011-ci il buraxlışlı “Hyunday Sonata” markalı avtomobil aldım. Avtomobilin alqı-satqısı zamanı salondakılar mənə bildirdilər ki, “bu maşın bankda girovluqdadır. İlk əvvəl 12500 manat pul ödəməlisən, sonra da hər ay 450 manat ödəmək şərtilə, sən bu maşını ala bilərsən” dedilər. Mən onların dedikləri şərtlə razı oldum və öncədən 12500 manat pulu ödədim. Həmin vaxt mənə həm nəqliyyat vasitəsini idarə etməyə, həm də mülkü etibarnamə də verdilər. Eyni zamanda digər ödənişləri ödəmək üçün, “Bank Respublika”nın ödəniş cədvəlini də mənə təqdim etdilər.
2016-cı ilin mart ayında isə bəlli oldu ki, adıma verilmiş etibarnamə hər hansı əsas olmadan və mənə xəbərdarlıq olunmadan ləğv edilib. Elə ki, yaşanan problemlə bağlı “Bank Respublika”nın Bakı şəhərinin Azneft meydanında yerləşən filialının müdiri Anar Mustafayevlə görüşdüm, o zaman o, bildirdi ki, “etibarnamənin ləğvinin heç bir halda bizə aidiyyəti yoxdur. Yəni, sənin adına verilmiş etibarnaməni “Hyunday Sonata”ın mülkiyyətçisinin oğlu Səlahəddin Hacıyev ləğv etdirib. Get onunla danış da razılığa gəl” dedi. Elə ki, mən Səlahəddin Hacıyevlə görüşdüm və yaşanan problem barədə onunla bir qədər söz-söhbət etdik , o da öz növbəsində bildirdi ki, “mən Bakı Sığorta Şirkətində işləyirəm və işlədiyim şirkət də, “Bank Respublika” tərəfindən idarə olunur. Bizim rəhbərlikdən mənə tapşırdılar, mən də işimi itirməyim deyə, rəhbərliyin vermiş olduğu tapşırığı yerinə yetirməyə məcbur oldum”. Artıq xeyli müddətdir ki, ilk əvvəl 12500 manat və iki il ərzində də, hər ay 450 manat pul ödəməklə, ümumilikdə 23000 min manat pul ödəyib aldığım avtomobilimə sahiblik edə bilmirəm.
Təəssüf doğuran hal odur ki, əgər aldığım nəqliyyat vasitəsilə hər hansı problem var idisə, həmin problemi bank mənimlə də həll edə bilərdi. Bu gün bankın Azneft meydanındakı filialının müdiri Anar Mustafayevlə bərabər, onun əməkdaşları da bilirlər ki, “Hyunday Sonata”ın sahibi mənəm. Çünki, yuxarıda qeyd etdiyim kimi, ilk əvvəl ödədiyim 12500 manat puldan əlavə, düz iki il də banka hər ay 450 manat pul ödəmişəm. Bu belə olduğu halda, səbəb nədir ki, “Hyunday Sonata”ın ilk mülkiyyətçisi olan Həmayə Hacıyevanın oğlu Səlahəddin Hacıyev, bu gün məndən tələb edir ki, “sən almış olduğun nəqliyyat vasitəsini bizə təhvil verməlisən”. Mən isə ona cavab olaraq bildirirəm ki, axı, siz maşını vaxtilə satmısız və pulunu da artıqlaması ilə almısınız dedikdə, o, ünvanladığım suala döğru-dürüst cavab verə bilmir.
Baş verənlərlə bağlı diqqəti cəlb edən digər məqamlar da var. Yəni, bu gün“Hyunday Sonata”ın ilk mülkiyyətçisi Həmayə Hacıyeva olsa da, mən 23000 min manat pul ödəmişəm və halallıqla həmin nəqliyyat vasitəsini də almışam. O halda sual oluna bilər ki, Həmayə Hacıyevanın oğlu Səlahəddin Hacıyevin məndən həmin nəqliyyat vasitəsini geri tələb etməsinə nə qədər həm hüquqi, həm də mənəvi haqqı çatır? Yaxud da çatırmı? Bundan əlavə, mənim adıma veriliş etibarnamənin ləğvi zamanı Səlahəddin Hacıyev gənc olsa da, çalışdığı sığorta şirkətində işini itirməsin deyə, rəhbərliyin vermiş olduğu tapşırığı yerinə yetirdiyi halda, bəs görəsən Həmayə Hacıyeva nədən çəkinib, nədən ehtiyat edib? Axı, əldə etdiyim məlumatlara görə o, ağbirçək qadın olmaqla bərabər, həm də halallığı sevən, Allah-Təalanın böyüklüyünə, onun qüdrətinə inanan bir xanımdır. Amma, halal zəhmətimlə qazandığım və üstüstə 23000 min manat pul ödəyib aldığım nəqliyyat vasitəsinə, ilk mülkiyyətçi Həmayə Hacıyevanın mənə vermiş olduğu etibarnaməni xəbərdarlıq etdirmədən ləğv etdirməsi, söylənilənlərin o qədər də həqiqət olmadığını ortaya qoyur. Çünki”, …
Yaşanan problemlə bağlı araşdırmamız davam edəcək.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin işbirliyi, müştərini “oyuna salıb”

    “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti”nin ...

    16-05-2015, 14:54

  • 
  • “NBCBank”ASC müştərisini “oyuna salıb”

    “NBCBank”ASC müştərisini “oyuna salıb” ...

    18-08-2016, 23:56

  • 
  • “Rabitə Bank”da müdhiş maxinasiyaya qol qoyulub

    “Rabitə Bank”da müdhiş maxinasiyaya qol qoyulub ...

    30-11-2015, 16:08

  • 
  • “Chevrolet” şirkəti müştərisini “oyuna salıb”

    “Chevrolet” şirkəti müştərisini “oyuna salıb” ...

    19-04-2017, 17:26

  • 
  • Vəfat etmiş şəxs kredit borcuna görə məhkəməyə verildi

    Vəfat etmiş şəxs kredit borcuna görə məhkəməyə ...

    22-08-2017, 16:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu