Səlahəddin Hacıyev: “Bizim rəhbərlikdən mənə tapşırdılar, mən də işimi itirməyim deyə, rəhbərliyin vermiş olduğu tapşırığı yerinə yetirməyə məcbur oldum” Son illər ölkəmizin bank sektorunda müştərilərin sayı gündən-günə artsa da, yaşanan problemlərin də sayı durmadan artmaqda davam edir. Buna səbəb, təkcə bankların verdikləri kredit faizləri göstəricilərinin yüksək həddə olması deyil, həm də bank əməkdaşlarının bu və ya digər yollarla qol qoyduqları maxinasiyalar da, çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olan amillərdəndir. Bu gün “Bank Respublika” ilə “Bakı Sığorta Şirkəti” arasında yaşanan işbirliyi, müştərini minbir “oyuna” salıb ki, qol qoyulan fırıldaq əməllərinin biri barədə də, geniş ictimaiyyəti məlumatlandırmağa çalışacağıq. Belə ki, bir neçə gün bundan əvvəl Şəki şəhəri 20 Yanvar küçəsi ev-56, mən-29 ünvanında yaşayan Həmidov Rəfail Nəriman oğlu tərəfindən “Gündəm Xəbər”ə ünvanlanan şikayət ərizəsində qeyd olunur ki, “mən 2014-cü ilin yanvar ayında Bakı şəhərində fəaliyyət göstərən avtosalonların birindən, 2011-ci il buraxlışlı “Hyunday Sonata” markalı avtomobil aldım. Avtomobilin alqı-satqısı zamanı salondakılar mənə bildirdilər ki, “bu maşın bankda girovluqdadır. İlk əvvəl 12500 manat pul ödəməlisən, sonra da hər ay 450 manat ödəmək şərtilə, sən bu maşını ala bilərsən” dedilər. Mən onların dedikləri şərtlə razı oldum və öncədən 12500 manat pulu ödədim. Həmin vaxt mənə həm nəqliyyat vasitəsini idarə etməyə, həm də mülkü etibarnamə də verdilər. Eyni zamanda digər ödənişləri ödəmək üçün, “Bank Respublika”nın ödəniş cədvəlini də mənə təqdim etdilər. 2016-cı ilin mart ayında isə bəlli oldu ki, adıma verilmiş etibarnamə hər hansı əsas olmadan və mənə xəbərdarlıq olunmadan ləğv edilib. Elə ki, yaşanan problemlə bağlı “Bank Respublika”nın Bakı şəhərinin Azneft meydanında yerləşən filialının müdiri Anar Mustafayevlə görüşdüm, o zaman o, bildirdi ki, “etibarnamənin ləğvinin heç bir halda bizə aidiyyəti yoxdur. Yəni, sənin adına verilmiş etibarnaməni “Hyunday Sonata”ın mülkiyyətçisinin oğlu Səlahəddin Hacıyev ləğv etdirib. Get onunla danış da razılığa gəl” dedi. Elə ki, mən Səlahəddin Hacıyevlə görüşdüm və yaşanan problem barədə onunla bir qədər söz-söhbət etdik , o da öz növbəsində bildirdi ki, “mən Bakı Sığorta Şirkətində işləyirəm və işlədiyim şirkət də, “Bank Respublika” tərəfindən idarə olunur. Bizim rəhbərlikdən mənə tapşırdılar, mən də işimi itirməyim deyə, rəhbərliyin vermiş olduğu tapşırığı yerinə yetirməyə məcbur oldum”. Artıq xeyli müddətdir ki, ilk əvvəl 12500 manat və iki il ərzində də, hər ay 450 manat pul ödəməklə, ümumilikdə 23000 min manat pul ödəyib aldığım avtomobilimə sahiblik edə bilmirəm. Təəssüf doğuran hal odur ki, əgər aldığım nəqliyyat vasitəsilə hər hansı problem var idisə, həmin problemi bank mənimlə də həll edə bilərdi. Bu gün bankın Azneft meydanındakı filialının müdiri Anar Mustafayevlə bərabər, onun əməkdaşları da bilirlər ki, “Hyunday Sonata”ın sahibi mənəm. Çünki, yuxarıda qeyd etdiyim kimi, ilk əvvəl ödədiyim 12500 manat puldan əlavə, düz iki il də banka hər ay 450 manat pul ödəmişəm. Bu belə olduğu halda, səbəb nədir ki, “Hyunday Sonata”ın ilk mülkiyyətçisi olan Həmayə Hacıyevanın oğlu Səlahəddin Hacıyev, bu gün məndən tələb edir ki, “sən almış olduğun nəqliyyat vasitəsini bizə təhvil verməlisən”. Mən isə ona cavab olaraq bildirirəm ki, axı, siz maşını vaxtilə satmısız və pulunu da artıqlaması ilə almısınız dedikdə, o, ünvanladığım suala döğru-dürüst cavab verə bilmir. Baş verənlərlə bağlı diqqəti cəlb edən digər məqamlar da var. Yəni, bu gün“Hyunday Sonata”ın ilk mülkiyyətçisi Həmayə Hacıyeva olsa da, mən 23000 min manat pul ödəmişəm və halallıqla həmin nəqliyyat vasitəsini də almışam. O halda sual oluna bilər ki, Həmayə Hacıyevanın oğlu Səlahəddin Hacıyevin məndən həmin nəqliyyat vasitəsini geri tələb etməsinə nə qədər həm hüquqi, həm də mənəvi haqqı çatır? Yaxud da çatırmı? Bundan əlavə, mənim adıma veriliş etibarnamənin ləğvi zamanı Səlahəddin Hacıyev gənc olsa da, çalışdığı sığorta şirkətində işini itirməsin deyə, rəhbərliyin vermiş olduğu tapşırığı yerinə yetirdiyi halda, bəs görəsən Həmayə Hacıyeva nədən çəkinib, nədən ehtiyat edib? Axı, əldə etdiyim məlumatlara görə o, ağbirçək qadın olmaqla bərabər, həm də halallığı sevən, Allah-Təalanın böyüklüyünə, onun qüdrətinə inanan bir xanımdır. Amma, halal zəhmətimlə qazandığım və üstüstə 23000 min manat pul ödəyib aldığım nəqliyyat vasitəsinə, ilk mülkiyyətçi Həmayə Hacıyevanın mənə vermiş olduğu etibarnaməni xəbərdarlıq etdirmədən ləğv etdirməsi, söylənilənlərin o qədər də həqiqət olmadığını ortaya qoyur. Çünki”, … Yaşanan problemlə bağlı araşdırmamız davam edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?