Bu ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 446,8 mln. manat (təxminən 570 mln. dollar) təşkil edib. Bu vəziyyətin yaranmasının əsas səbəbi nədir və bunun qarşısını almaq mümkün idimi? Dünyada qiymətli kağızlar bazarı dəyişkən və çoxsaylı konyukturalardan çox asılıdır. Ona görə bəzən qiymətli kağızları alanda bəzi monetar tendensiyaları nəzərə almaq mümkün olmur. Bu zaman gərək daha konservativ siyasət yürüdəsən ki, ya az riskli olsun, yaxud preventiv risk tədbirləri görəsən. Yəni daha az riskli və az gəlirli siyasət yürüdəsən. Bazarın elə mərhələsi olur ki, həmin zaman kəsiyində qazanmaqdan daha vacibi, mövcud resursların qorunması olur. Çünki qazanmaq ehtirası bəzən böyük itkilərlə müşahidə olunur. Qlobal tendensiyaları nəzərə alan Neft Fondu son illərdə investisiya siyasətində bəzi dəyişikliklər etdi. Aktivlərin bir qisminə bəzi ölkələrdə (Fransa, Rusiya, Turkiyə) daşınmaz əmlaklar aldı. Yenə də risklər qalır və illik gəlirlilik səviyyəsinin aşağı düşməkdə davam edir. Ümumiyyətlə, əvvəlki illərdə Neft Fondu məcmu aktivlərinin idarə edilməsindən daha çox gəlir əldə edirdi, nəinki indi: “Statistikaya diqqət etsək, məlum olacaq ki, NF-nin ildən-ilə gəlirlilik səviyyəsi azalıb. Belə ki, 2006-cı ildə 4,2%, 2007-ci ildə 4,5%, 2008-ci ildə 3,8%, 2009-cu ildə 3,3% həddində olmuşdur. Son 2 ildə isə, yəni 2010-cu ildə 1% və 2011-ci ildə isə 0,83% təşkil edib. Bu gəlirlilik səviyyəsinin aşağı düşməsində çoxsaylı risk növlər mövcud olmuşdur. Bazar, kredit, əməliyyat riskləri və s. Valyuta məzənnəsindən yaranmış fərq əsasən 2 amillə əlaqədardır. Birincisi, valyuta səbətində valyuta növlərinin bazardakı konyukturaya qeyri-adekvat seçilməsi. Ikincisi, NF-nin aktivlərinin məbləğinin artmasından doğan risklərdir. Yəni əvvəllər NF-nin aktivləri 100 milyonlarla ölçülürdüsə, o zaman valyuta səbətindəki dəyişkən risklər böyük məbləği ifadə etmirdi. Çünki fondun aktivləri böyük deyildi. Yəni əvvəllər bəzi xətalar böyük məbləğlərlə ölçülmürdü və daha böyük risklərlə müşahidə olunmurdu. Indi NF-nin aktivləri kifayət qədər artıb. Hazırda fondun aktivləri 30 milyard dolları ötüb. Ona görə aktivlərin idarə olunma riskləri də artıb. Bunun üçün fondda dünyadakı qiymətli kağızlar bazarı ilə peşəkar kadrlara daha böyük ehtiyac var, buna adekvat departamentlər və ekspert qrupları çalışmalıdır. Azərbaycanın illər uzunu bu qədər maliyyə resursunu idarə etmək təcrübəsi olmayıb. Hər bir halda NF-nin aktivlərinin artması gəlirlilik səviyyəsinin azalması üçün səbəb ola bilməz. Ona görə NF aktivlərin gəlirlilik səviyyəsinin artması üçün çox çevik investisiya siyasəti və yüksək gəlirlilik normasına nail olunması üçün ciddi addımlar atmalıdır: “Nəzərə alaq ki, bir neçə ildən sonra Azərbaycanın neftdən əldə etdiyi məcmu gəlir 160-210 milyard dollar arasında dəyişəcək. Indi ondan 5-7 dəfə az vəsaitin idarə edilməsində hansı risklər varsa, o zaman risklik dərəcəsi də indikinylə eyni səviyyədə olmayacaq. Ona görə sabaha proyeksiyalanmış elə tədbirlər və maliyyə üsulları tətbiq etməliyik ki, bu, növbəti illər üçün təminat rolunu oynasın.
Sorğu
Yeni dizaynımız necədir?