“LUKOYL”un prezidenti Vahid Ələkbərov bildirib ki, onun şirkəti neftin indiki qiymətlərindən də ucuz qiymətlərlə işləməyə hazırdır.
V.Ələkbərov “Vedomosti” qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, vergilər sistemi şirkətə neftin qiymətinin kəskin ucuzlaşması zamanı özünü əmin hiss etməyə imkan verir: “Bizim üçün kəsmə nöqtəsi bir barel üçün 24 dollardır. Bu bizə analitiklərin bir barel üçün 30 və daha aşağı dəyərləndirmələri zamanı öz sərmayələrimiz üçün proqnoz vermək imkanı yaradır”.
“Biz daima stress-testləri aparırıq. İndi 2016-2018-ci illər üçün orta müddətli proqramı və proqramın on illik üçün bəzi parametrlərini müzakirə edirik. Biz ondan imtina etmirik”, - V. Ələkbərov vurğulayıb.
V.Ələkbərov onu da bildirib ki, şirkət Rusiyada neft hasilatını artırmağı planlaşdırmır.
Sorğu
Yeni dizaynımız necədir?