Keçən həftə də informasiya verərək bildirmişdik ki, kənd təsərrüfatı naziri İsmət Abbasovun vəziyyəti olduqca gərgindir və hətta durumun ağırlığını üzərindən atmağa çalışan KTN şefi mətbuatda barəsində işıqlandırılan faktların durdurulmasına və eyni zamanda öz maraqlarının güdülməsinə əməlli-başlı enerji sərf etməkdədir. Bu istiqamətdən qəzetimizə yeni xəbərlər ötürülüb. Mötəbər mənbələrin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, bu günlərdə İsmət Abbasovu Prezident Administrasiyasına çağırıblar və ondan seçkiqabağı dönəm üçün heç də ürəkaçan olmayan situasiyanın durdurulması tələb olunub:«Çünki İsmət Abbasov da hakim komandanın nümayəndəsidir və seçkilər ərəfəsində ona qarşı konkret dəlillərin istifadə olunması ümumiqtidar maraqlarının özünü belə təhdid etməkdədir. Amma bu zaman İsmət Abbasov da ona qarşı hakimiyyət daxilində mübarizə aparanların olduğunu bildirib və hətta komitə sədrlərindən birini net şəkildə söyləyərək, həmin məmurun KTN şefi ilə bağlı mətbuata faktlar ötürdüyünü söyləməklə yanaşı, əlindəki dəlilləri də ortaya qoyub». Mənbəmiz bildirir ki, hazırda hər iki tərəf araşdırılır: «Çox güman bu araşdırmaların sonunda ya həmin komitə sədri, ya da İsmət Abbasov vəzifəsindən alınacaq. Çünki bu kimi oynaq situasiya iqtidar üçün uğurlu hesab olunmur. Və zamanında prezident İlham Əliyev də hakimiyyətdaxili konfliktlərə aqressiv mövqedə dayandığını nümayiş etdirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?