GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Əmlaka yatırım, bank əmanəti, yoxsa istiqraz – HANSI SƏRFƏLİDİR?

Əmlaka yatırım, bank əmanəti, yoxsa istiqraz – HANSI SƏRFƏLİDİR?

Tarix: 15-01-2017, 20:19 Bölmə :İqtisadiyyat Baxış: 1 406
Əmlaka yatırım, bank əmanəti, yoxsa istiqraz – HANSI SƏRFƏLİDİR?

Son dövrlər mürəkkəb iqtisadi vəziyyət Azərbaycanda başqa məsələlərlə yanaşı, əlində pul olan insanların, investorların yatırımları üçün də problemlər yaradıb.

Əvvəllər yüksək gəlir axtaran investorlar indi gəlirlə yanaşı, daha təhlükəsiz yatırım üsulları axtarırlar.

Azərbaycanda imkanlı şəxslər ənənəvi olaraq pullarını əmlaka və banka yatırırlar. Bir neçə ay əvvəl bu sıraya istiqrazlar da qoşulub. Bəs, bunlardan hansı sərfəli və etibarlıdır? Gəlir əldə etmək bir yana, pulu itirməmək üçün hansı sahəyə yatırmaq lazımdır? “Marja.az” mövzunun aktuallığını nəzərə alaraq bu məsələni araşdırıb.

Sizə nə lazımdır – gəlir, yoxsa rahatlıq?

Hansı sahəyə yatırımın daha uğurlu olmasını araşdırmaq üçün əvvəlcə dəqiqləşdirək ki, investor nə istəyir. Əksəriyyət hesab edir ki, yaxşı yatırım – yüksək gəlirli yatırımdır. Amma bu fikir yanlışdır. Doğrudur, yüksək gəlir, əlbəttə, yaxşıdır, amma indi vəziyyət dəyişib. Yatırımın etibarlılığı və yüksək likvidliyi (yəni dərhal pula çevrilməsi imkanı) ondan qat-qat vacib məsələyə çevrilib. Çünki investorlar həmişəlik bir sahəyə bağlanmırlar. Vəziyyət dəyişərsə, daha yaxşı variantlar yaranarsa və ya sadəcə pul tələb olunarsa, onlar yatırımı dərhal pula çevirmək istəyəcəklər. Ona görə də investorları gəlirdən əvvəl, yatırımları lazım olan anda pula çevirmək maraqlandırır. Gəlin, bütün yatırım sahələri üzrə əsas göstəriciləri və imkanları araşdıraq.

Hansı sahə daha gəlirlidir?

Gəlin ayrı-ayrı yatırım növlərinin nə qədər gəlirli olduğuna nəzər salaq. Gəlirlərdən danışanda söhbət Dollarla ifadə olunmuş məbləğlərdən gedir. Manatın məzənnəsinin sabit olmaması səbəbindən, hesablamanı dollarla aparmaq daha realdır və daha dəqiq mənzərəni ortaya çıxaracaqdır.

Əmlak bazarı: illik gəlir 2-3%

Əmlak bazarında pul qazanmağın iki yolu var: ucuz alıb baha satmaq və ya əmlakı icarəyə vermək. Birinci üsulu bəri başdan kənara qoymaq olar. Ötən il daşınmaz əmlak kəskin ucuzlaşıb və bu proses 2017-ci ildə də davam edəcək. Çünki, əvvəla, bazarda alıcı qıtlığı yenə də qalır, üstəlik, sosial evlərin tikintisi başlandığına görə, evə ehtiyacı olan bəzi ailələr ev almaq planlarını təxirə salaraq, sosial evlərin daha güzəştli satışını gözləyirlər. Nəhayət, ötən il baş verən proseslər investorları əmlak bazarına daha ehtiyatla yanaşmağa vadar edir. Bütün bunları nəzərə alanda, əmlakın – ev və obyektlərin 2017-ci ildə də ucuzlaşacağı gözlənilir.

Əmlakın qiyməti ilə yanaşı, faiz gəliri də aşağı düşüb. Belə ki, Bakı şəhərində bir mənzilin orta qiyməti (söhbət təkrar bazardakı qiymətdən gedir) 106 min dollar təşkil edir. Belə mənzili kirayəyə verməklə ayda orta hesabla 323 dollar qazanmaq olar. Bu da ildə 3 876 dollar və ya 3,64%-dir.

Başqa sözlə, mənzilin ilboyu daimi müştərisi olarsa, mənzil sahibi 106 min dollarlıq mənzildən ildə cəmi 3,9 min dollar qazanacaq. Amma mənzilləri əvvəlki kimi asanlıqla kirayəyə vermək mümkün deyil. Bakıda bəzi iş yerləri bağlandığına görə, kirayə bazarının əsas müştəriləri sayılan rayon sakinləri yenidən bölgələrə qayıtmağa başlayırlar. O ki qaldı obyektlərə, alıcılıq qabiliyyəti aşağı düşdüyündən obyektlər əvvəlki gəlirliliklə işləyə bilmir. Nəticədə iş adamlarının bu sahəyə marağı azalıb və burada icarə haqları aşağı düşüıb. Yəni, hazırda əmlakın kirayə və icarəsindən bir neçə il əvvəlki gəlirləri götürmək mümkün deyil. Son qiymətləndirmələrə görə, obyektlərin illik gəlirliyi 1,8-2,5% arasındadır. Özü də 2,5%-lik gəlir yalnız şəhərin mərkəzi hissələrindəki (Fəvvarələr meydanı, Sahil metrostansiyasının ətrafı) həddən artıq gəlirli obyektlərə aiddir. Bunların da sayı məhdud olduğuna görə, onlardan hamı yararlana bilmir. Mənzillərin və yaşayış sahələrinin gəlirliliyi isə 2,5-3,7% arasında dəyişir. Amma bütün misallarda ən ideal vəziyyət, yəni obyektin ilboyu icarədə və ya kirayədə olması əsas götürülüb. Konkret misalda, 1 milyon dolları obyektə yatıranlan ildə 25 min dollar gəlir götürəcəklər.

Bank əmanəti – illik gəlir dollarda 1-3% / manatda 10-15%

Bank əmanətlərinin gəlirliliyi manat əmanəti üzrə 10-15% arasınddır. Manat üzrə hesabladığımız zaman bu yüksək gəlirdir, lakin dolların manat qarşısında bahalaşması, bu gəliri “yeyir”. Təkcə onu qeyd etmək kifayətdir ki, son 3 ayda Manat Dollar qarşısında 11-12% ucuzlaşıb. Dollar əmanətlərində isə banklardan ildə yalnız 1-3% gəlir götürmək olar. Doğrudur, Dollarla daha yüksək faiz təklif edən banklar da var. Amma əvvəla Dollar əmanətləri 3%-dən yüksək olanda sığortalanmır, ikincisi isə, belə faiz təklif edənlər Dollara təcili ehtiyacı olanlardır ki, onlara da vəsait yatırmaq bir qədər risklidir.
Başqa sözlə, bank əmanətlərindən ildə cəmi 1-3% gəlir götürmək olar. Konkret misalda 1 milyon Dolları banka qoyanlar ildə 10-30 min Dollar gəlir götürə bilərlər.

Dövlət istiqrazına yatırım – illik gəlir dollarda 5% / manatda 17-20%

Əmlak bazarında və bank əmanətlərində müştərinin gəliri onun seçimindən asılıdır və dəyişə bilir. Onlardan fərqli olaraq, istiqrazlarda gəlir dərəcəsi standartdır.

İstiqraz bazarında ən çox iki növ istiqraz yayılıb. Bunlardan biri Maliyyə Nazirliyinin buraxdığı Manat istiqrazları, digəri isə Azərbaycan Dövlət Neft Şirkətinin ötən ilin sentyabr ayında buraxdığı Dollar istiqrazlarıdır.

Maliyyə Nazirliyinin istiqrazları böyük faiz gəlirləri ilə (illik 17-20% arasında) buraxılır, likvidliyinə isə şübhə yoxdur. Amma onlar Manatla buraxılıb, müddəti isə çox deyil – uzağı 1 il. Bu müddət ciddi investorlar üçün kifayət deyil. SOCAR İstiqrazları isə Dollarla və 5 illik müddətə buraxılıb.

Hazırda istiqraz bazarında ən çox alınıb-satılan SOCAR İstiqrazları olduğuna görə, təhlili də elə bu istiqraz üzrə aparaq. SOCAR İstiqrazları üzrə illik gəlir 5%-dir. İstiqrazın birinin qiyməti isə 1 000 ABŞ dollarıdır. Yəni, bir istiqraz ildə 50 dollar, 10 istiqraz 500 dollar, 100 istiqraz isə 5 min dollar gəlir gətirəcək. Nəticədə 1 milyon dolları SOCAR İstiqrazlarına yatıranlar ildə 50 min dollar gəlir götürə biləcəklər. Faizlər ildə 4 dəfə, hər 3 aydan bir ödənilir. Məhz buna görə, SOCAR İstiqrazları buraxılanda ona tələbat 2 dəfədən çox olmuşdu, elə indi də təkrar bazarda ən böyük tələbat SOCAR İstiqrazlarının payına düşür.
SOCAR İstiqrazının investorlar üçün yeganə mənfi tərəfi onun 5 illik olmasıdır. Çünki uzunmüddətli düşünən investorlar 5 ildən sonra özlərinə bunun kimi sərfəli olan yeni yatırım sahəsi tapmalıdırlar.

«Pulumu indi götürmək istəyirəm»

Amma faiz gəliri məsələnin bir tərəfidir. Əsas məsələ bu yatırımları lazım olan anda və itkisiz pula çevirməkdir. Odur ki, investorlar bu məqama xüsusi diqqət göstərməkdədirlər.

Bank əmanəti: müqavilə pozulanda faiz ödənmir

Dövlət tərəfindən nəzarətin gücləndirilməsi və aparılan yaxşılaşdırma işləri nəticəsində hazırda vəziyyət bir qədər dəyişsə də, hələ də bankdan dollar əmanətinin çıxarılması məsələsi müəyyən qədər vaxt aparır.

Yuxarıda bank əmanətinin nə qədər gəlir gətirdiyini göstərdik. Amma bu yalnız o hala aiddir ki, pul müqavilədə göstərilən müddətdə bankda qalsın. Əmanəti vaxtından əvvəl çıxaranda isə, əmanət müqaviləsi qüvvədən düşür və faizlər ya ödənilmir, ya da çox cüzi bir məbləğ ödənir.

Daşınmaz əmlak: müştərini bir neçə ay gözləməlisən

Likvidliklə bağlı ən böyük problem daşınmaz əmlakdadır. Əmlaka yatırılan sərmayə gəlir gətirə bilər, etibarlı ola bilər, amma onun likvidliyi – yəni istənilən anda pula çevirilməsi – ilə bağlı çətinliklər var. Rəsmi araşdırmalara görə, hazırda əmlak bazarında satış üçün tələb olunan vaxt (ekspeozisiya müddəti) təqribən 6-12 ay arasındadır. Bahalı və böyük obyektlərin satışı üçün daha çox vaxt tələb olunur. Məsələn, 5 milyon dollarlıq obyektin satışı üçün orta hesabla 400 gün gözləmək lazımdır. Üstəlik, obyekt o vaxt satılacaq ki, satış qiymətində ciddi endirim edilsin, bəzən bu endirim 20%-ə çata bilər. Əmlakı daha tez satmaq olar, amma bunun üçün daha böyük endirim etmək lazımdır. Yəni əmlakı tez satmaq istəyən investor böyük endirim edərək itkiyə getməlidir. Özü də bu misal gəlir gətirən kommersiya obyektlərinə aiddir. Gəlir gətirməyən əmlaklarda, məsələn villalarda isə endirim daha böyük olmalıdır.

Bu vəziyyət bəzən əmlak sahiblərinin böyük itki ilə üzləşməsi ilə nəticələnir. Məsələ bundadır ki, bəzən əmlak sahibinə obyektin qiyməti qədər deyil, daha az pul lazım olur, amma onu əldə etmək üçün obyekt bütünlüklə satılmalıdır. Məsələn 2 milyonluq obyekti olan şəxsə təcili olaraq 200 min dollarlıq vəsait lazım olarsa, o öz obyektini bütünlüklə satmalı, və bunun təcili baş verməsi üçün 20-25% endirim etməlidir. Çünki obyekti hissə hissə satmaq mümkün deyil.

Nəticədə həmin obyekt endirimlə 1,5-1,6 milyon dollara satılır, 200 mini çıxanda isə müştərinin əlində cəmi 1,3-1,4 milyn dollar qalır. Başqa sözlə, cəmi 200 min dollarlıq nağd pul tapılması üçün əmlak sahibi 700 min dollar zərərə düşür. Ömürlərində bir dəfə bu vəziyyətə düşən investorlar bunun nə demək olduğunu yaxşı bilirlər.

Dövlət istiqrazları: nə qədər istəsən «xırdalaya» bilərsən

Dövlətin istiqrazlarında isə vəziyyət tamamilə fərqlidir. Həm Maliyyə Nazirliyinin Manatla buraxdığı Qısamüuddətli İstiqrazlar, həm də SOCAR-ın Dollarla buraxdığı SOCAR istiqrazları olduqca likviddir. Yəni pullarını bu istiqrazlara yatıran investorlar istədikləri vaxt onları ya tam şəkildə, ya da hissə hissə satıb pullarını götürə bilərlər. Qiymətli kağızlar bazarının ən böyük üstünlüyü də elə burada özünü göstərir və investorların da ən çox önəm verdikləri məqam da məhz budur.

Amma Maliyyə Nazirliyinin istiqrazları ilə SOCAR istiqrazları arasında da müəyyən fərq var. Belə ki, nazirliyin istiqrazlarının sahibləri onları təkrar bazarda sata bilərlər. Amma əgər onlar təkrar bazarda alıcı tapmasalar, istiqrazın müddətinin başa çatmasını gözləməlidirlər. Məsələ bundadır ki, Maliyyə Nazirliyi öz istiqrazlarını yalnız istiqrazın müddəti başa çatanda alır.

SOCAR istiqrazları isə əməliyatlar isə daha rahatdır. İstiqraz sahibləri bunları təkrar bazarda digər alıcılara və ya SOCAR-ın özünə sata bilərlər. Hətta təkrar bazarda alıcı olmasa da, SOCAR-ın özü istənilən vaxt öz istiqrazlarını almağa zəmanət verir. Bazarda fəaliyyət göstərən marketmeyker vasitəsilə istiqrazları ən azı buraxıldığı qiymətə, yəni 1000 dollara almaq öhdəliyi götürüb. Yəni istiqrazın sahibi öz pullarını götürmək üçün istiqrazın müddətinin başa çatmasını gözləməli olmur.

Nəticədə məbləğindən asılı olmayaraq istənilən qədər istiqrazı satıb həm gəlir əldə etmək, həm də lazım olduğu vaxt nağd pula çevirmək olar. Məsələn, 2 milyon dollarlıq istiqrazı olan şəxs 200 min dollar nağd pul əldə etmək istəyirsə, sadəcə 200 min dollarlıq istiqrazı dollara dəyişir. Bu zaman itki də baş vermir. Qalan 1,8 milyon dollarlıq istiqraz isə öz yerində qalır və sahibinə gəlir gətirməkdə davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOCAR: Azərbaycanda benzinin qiymətində hər hansı dəyişiklik olmayacaq

    SOCAR: Azərbaycanda benzinin qiymətində hər hansı ...

    26-12-2014, 23:47

  • 
  • Xatirə İslam: “...içib, arvadını döyür”

    Xatirə İslam: “...içib, arvadını döyür” ...

    12-12-2014, 11:16

  • 
  • Bankların ölkəyə xeyri artıb, yoxsa ziyanı?

    Bankların ölkəyə xeyri artıb, yoxsa ziyanı? ...

    19-05-2014, 10:51

  • 
  • Azərbaycan banklarındakı 2 milyard manatlıq əmanət qorunmur

    Azərbaycan banklarındakı 2 milyard manatlıq ...

    9-01-2014, 13:01

  • 
  • İstiqrazları elektron olaraq almaq olar - VİDEO

    İstiqrazları elektron olaraq almaq olar - VİDEO ...

    26-06-2016, 23:02


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu