GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bankların ölkəyə xeyri artıb, yoxsa ziyanı?

Bankların ölkəyə xeyri artıb, yoxsa ziyanı?

Tarix: 19-05-2014, 10:51 Bölmə :İqtisadiyyat Baxış: 0
Bankların ölkəyə xeyri artıb, yoxsa ziyanı?
Ekspertlərin fikirincə hələ ki, mühim problemlər var

Kommersiya bankları tərəfindən istehlak kreditləri məhdudlaşdırıldıqdan sonra avtomobil və bir sıra məişət avadanlıqlarının satışı xeyli zəifləyib. Söhbət hələ 4-5 ayın nəticəsindən gedir. Adlarını çəkdiyimiz məhsulların satışında getdikcə daha ciddi azalma müşahidə ediləcək. Düzdür, ötən müddətdə bilavasitə avtomobil satışının azalmasında başqa amillərin də rolu var, amma sözümüz bunda deyil.
Diqqəti cəlb etməli olan məsələ müvafiq addımdan sonra ölkədə bank sisteminin iqtisadiyyatın real sektorunu maliyyələşdirməsi vəziyyətidir. Məlumdur ki, bankların gəlirlərinin əsasını istehlak kreditləri təşkil edirdi. Bundan sonra isə kreditləşdirmə zamanı istehsal və ticarətdən kənar xidmət sahələrindən gəlir götürülməlidir ki, bu da iqtisadiyyatın maliyyələşdirilməsinin artacağı deməkdir.
Bəs, vəziyyət necədir? Ötən 4-5 ayda qeyri-neft sektorun kreditləşdirilməsində canlanma və yaxud irəliləyiş varmı?
Azərbaycan Mərkəzi Bankın (AMB) rəhbərlərindən Xəqani Abdullayev istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılmasının bankların aktivlərinin keyfiyyətinə müsbət təsir etdiyini söyləmişdi.“Bu günə vaxtı keçmiş kreditlərin həcmi ölkənin bank sektorunun ümumi kredit portfelinin 5-6 %-ni təşkil edir. Bu baxımdan, sözügedən qərarın nəticəsi bütövlükdə qənaətbəxş hesab edilir”- deyə, AMB-in İdarə heyətinin sədrinin müavini X. Abdullayev bildirmişdi. Onun sözlərinə görə, AMB bir az əvvəl həyata keçirilməyə başlanılan məhdudiyyətin nəticələrini artıq hiss etməkdədir. Belə ki, risklərin azalması ilə yanaşı, iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi səviyyəsinin də artdığı görünür.
“Bankların vəsaitlərini milli iqtisadiyyatın real sektoruna aktiv yönəltmələri üçün tendensiya yaranıb” - deyə, X. Abdullayev əlavə edib. Həqiqətən də martın 1-nə olan vəziyyətə görə bank sektorunun aktivləri keçən ilin eyni dövründə qeydə alınan 1,67 milyard manata qarşı 2,08 milyard (2 4,65 % çox) təşkil edib. Bundan əlavə, cari ilin fevralında kapitallaşma səviyyəsi də keçən ilin anoloji dövrü ilə müqayisədə 28,7 % artaraq martın əvvəlinə 3,36 milyard manata çatıb.
Lakin iqtisadiyyatın kreditləşdirilməsi vəziyyəti diqqəti xüsusən cəlb edir. AMB-nin bir az əvvəl açıqladığı statistikaya əsasən, cari ilin yanvar-fevral aylarında keçən ilin eyni ayları ilə müqayisədə bankların iqtisadiyyatı kreditləşdirməsi 28,34 % artaraq 15667,9 milyon manata çatıb. Ümumiyyətlə, aprelin 1-nə ölkədə cəmi kredit qoyuluşunun həcmi 15,427 milyard manat təşkil edib.
Qısa desək, yuxarıda da qeyd etdiyimiz kimi, real sektorun kreditləşdirilməsi həqiqətən artıb. Bu, özünü hüquqi şəxslərin tərəfindən daha yaxşı göstərir. Belə ki, son 1 ilin ərzində istehsal və sənaye sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kredit həcmi 58% artıb ki, rəqəmlərə əsasən, keçən ilin mart ayında ümumi kredit qoyuluşunun həcmi hesabat dövrü ərzində 1,139 milyard manat təşkil etmişdisə, bu ilin fevral ayında 1,801 milyard olub.
Qeyd etmək lazımdır ki, bu əsasən, özəl sektorun sayəsində əldə edilib. Belə ki, dövlət mülkiyyətində olan sənaye və istehsal müəssisələrinə kredit qoyuluşu cəmi 84,9 milyon manat təşkil edib. Bu isə hesabat dövrünə görə 35% az deməkdir. Özəl müəssisələr üzrə isə bu rəqəm 65,65% çox olub.
Ancaq bütün bunlar çox şey ifadə etmir. Əvvəla, real sektorun maliyyələşdirilməsində ciddi canlanma əldə etmək üçün istehlak kreditlərini məhdudlaşdırmaq kifayət deyil. Başqa sözlə desək, bankların əsas gəlir mənbəyini “kəsməklə” vəsaitlərini məhz sözügedən sahəni kreditləşdirməyə yönəldəcəklərini düşünmək absurd olardı. Hər bir bank üçün ən ümdə problem yatırım məsələsidir. Heç bir bank, hətta pulu nə qədər çox olsa belə, riskli yerə yatırmır.
İkincisi, ölkəmizdə iqtisadiyyatın real sektorunda kreditə tələbat da qənaətbəxş səviyyədə deyil. Biznesə şərait və maraq yüksək səviyyədə olan yerdə əslində, pula ehtiyac böyük olmalıdır. Bizdə kreditlərin faiz dərəcələri yüksək olduğundan bunu iddia etmək səhv görünə bilər. Bu barədə az sonra...
Üçüncüsü və ən nəhayəti isə, istehsal və ticarətdən kənar xidmət sahələrinə uzunmüddətli kreditlərin qoyuluşu məqsədilə iqtisadiyyatın bütövlükdə qeyri-neft sektorunda mövcud risk səviyyəsi azaldılmaqla yanaşı, kompleks yumşaldıcı tədbirlər həyata keçirilməlidir.
Yeri gəlmişkən, bu ilin fevralında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı da qeyd etdi ki, son illərdə ölkəmizin bank sektoru sürətlə inkişaf etsə də bankların iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları yatırmalarının vaxtı gəlib çatıb.
“Bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görülüb. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırıb. Ona görə, banklar da öz sosial məsuliyyətini dərk etməli və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar” - deyə, Prezident vurğulayıb.
Məsələ bundadır ki, ölkənin bank sektorunda likvidlik problemi aşkar görünməsə də, maliyyə resurslarına çıxış imkanları məhduddur. Və kreditlərin faiz dərəcələrinin yüksək olması da bundan irəli gəlməkdədir. İqtisadiyyata qoyulan kreditlərin 30 %-ə yaxın hissəsini bankların xaricdən cəlb etdikləri maliyyə təşkil edir. Ona görə də, cari ilin fevralına banklarımızın 4,2 milyard manat xarici borcu yaranmışdı.
Digər məqam isə real sektorun kreditləşdirilməsinin artmasına aiddir. Yuxarıda qeyd etdiyimiz statistikaya əsasən, son 1 ilin ərzində istehsal və sənaye sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilmiş borc vəsaitlərinin 58% yüksəlməsinin özəl sektorun hesabına əldə edilməsi müsbət haldır. Bu, sektorda risk səviyyəsinin azaldığını göstərir. Ancaq dövlətə aid sənaye və istehsal müəssisələrinə isə kredit qoyuluşunun 35% azalmasını başa düşmək olduqca çətindir. Əslində, burada risk səviyyəsi daha aşağı təşkil etməlidir.
Odur ki, bankları qeyri-neft sektorunu kreditləşdirməyə cəlb etmək üçün çox iş görmək lazımdır. Bunun üçün xüsusən də dövlət tərəfindən həm maliyyə, həm də riskləri azaltmaq baxımından banklara açıq dəstək nümayiş etdirilməlidir.
N.KƏRİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15

  • 
  • Problemli kreditlərin artmasının qarşısı alınmalıdır - TƏHLİL

    Problemli kreditlərin artmasının qarşısı ...

    14-09-2018, 14:40

  • 
  • Banklarda fövqəladə vəziyyət

    Banklarda fövqəladə vəziyyət ...

    6-02-2014, 11:57

  • 
  • Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası...

    Avtomobillərə kreditlərin verilməməsinin ...

    25-01-2014, 12:15

  • 
  • Yenə kredit, yenə problem... - NƏ ETMƏLİ?

    Yenə kredit, yenə problem... - NƏ ETMƏLİ? ...

    23-04-2024, 11:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu