Cəlilabadda kredit alan şəxs bir müddət sonra dünyasını dəyişib. Ancaq kredit sığortalansa da, sığorta şirkəti pulu ödəmir. Bank rəhmətə gedən kişinin oğluna nəzərdə tutulmuş kredit məbləğinin 50 faizini güzəştə gedərək, digər 50 faizinin ödənilməsi barəsində anlaşma təklif edib. İndi həmin şəxs çaş-baş qalıb. Əgər pulu sığorta ödəməlidirsə, ondan niyə əlavə pul istənir. Yox sığorta ödəmirsə, məbləğin yarısını ödəməklə borc necə bağlanır?
gundemxeber.az xezerxeber.az-a istinadən bildirir ki, kredit götürən kişi dünyasını dəyişdi. Sığorta şirkəti ödənişi həyata keçirmir.
Üstəlik, bank həmin kişinin oğluna, atasının borcunun 50 %-ni ödəyəcəyi təqdirdə kreditin bağlanacağını təklif edib.
Cəlilabad rayon sakini Ramil Sadıqlının atası Qasım Sadıqov bir müddət əvvəl banklardan birindən 550 manat kredit götürüb. Mövcud kreditin bir aylıq ödənişini etdikdən sonra Qasım Sadıqov dünyasını dəyişib. Daha sonra bankdan mərhumun oğluna atasının kredit borcunun olması ilə bağlı məlumat verilib. Ramil Sadıqlı müqaviləni oxuyarkən məlum olub ki, mərhum atasının götürdüyü kredit sığortalanıb. Həttan bundan ötrü atası sığtorta təşkilatına müəyyən məbləğ də ödəyib.
Bank isə mərhumun oğluna kredit məbləğinin 50 faizini güzəştə gedərək digər 50 faizinin ödəməsi barəsində anlaşma təklif edib. Hətta Ramil Sadıqlıdan bu barədə ərizə də alınıb.
İndi Ramil Sadıqlı məsələyə aydınlıq gətirmək üçün məhkəməyə müraciət edəcək.
Sorğu
Yeni dizaynımız necədir?