GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycan banklarında 21 dekabr xaosu

Azərbaycan banklarında 21 dekabr xaosu

Tarix: 12-12-2012, 12:44 Bölmə :İqtisadiyyat Baxış: 842
Azərbaycan banklarında 21 dekabr  xaosu
Biriləri insanların sadəlöhvlüyündən istifadə edib “qaz vuraraq qazan doldurmaq” niyyətinə düşüblər

gundemxeber.az Azərbaycanın bəzi bankları arzuolunmaz situasiya ilə üzləşiblər. Bunun səbəbi isə 21 dekabrda qiyamətin qopacağına dair dövriyyəyə buraxılan informasiyalardır. Məlumatı bank sektoruna yaxın qaynaqlardan əldə etmişik.
Qeyd edək ki, normal məntiqə malik adamlar həmin xəbərləri “dedi-qodu” və yalan kimi qəbul etsələr də, bir çox ölkələrdə 21 dekabrla bağlı ciddi ajiotaj hökm sürür. Nəticədə ayrı-ayrı ölkələrin hökumətləri belə bu məsələ ilə bağlı hərəkətə keçmək məcburiyyətində qalıblar. Məsələn, Fransada insanlar Buqaraş dağının ətəklərinə və yamaclarına axışır. Polisdən və hərbçilərdən ibarət nəzarət-buraxılış kordonları isə vətəndaşların bura axınının qarşısını almağa çalışır. Axının yaşanmasının səbəbi isə on minlərlə fransızın, habelə digər millətlərdən olan insanların Buqaraş dağını son sığınacaq kimi görməsidir. Hakimiyyət isə dekabrın 23-ə qədər həmin dağa yaxınlaşmağı yasaqlayıb.
ABŞ hökuməti isə Mayya təqviminə görə, dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar iddialardan təşvişə düşən xalqını sakitləşdirmək üçün hərəkətə keçib. Hökumət özünə aid rəsmi internet saytında (www.usa.gov) yazıb: “Dünyanın 2012-ci ildə yox olacağı ilə əlaqədar qorxunc iddialar yalnız quru və boş iddiadır”.
Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov da 21 dekabrda qiyamətin qopacağı ilə bağlı iddiaları təkzib edib, Onun sözlərinə görə, təbiətdə insanlıq üçün bir çox təhdidlər olsa da bunlar qlobal bir problem yaratmır: “Rusiya dünya üzərindəki təbii hadisələri izləyə bilmək üçün bütün materiallara sahibdir. Əldəki məlumatlar universal fəlakətlərin 10-15 milyon ildə bir olduğunu göstərir. Dünya üzərində ən son belə təbii fəlakətlər bir neçə əsr əvvəl reallaşdı. Yaxın zamanlarda təbiət nizamında dəyişikliklər gözlənilə bilər, amma bunlar qlobal bir problem yaratmır”.
Amma nə etməli ki, çeşidli ölkələrdə qiyamət günü söhbəti bir çox iqtisadi fəsadlara da gətirib çıxarmaqdadır, Azərbaycanda isə bunun bankların işinə mənfi təsir etdiyi vurğulanır. Bildirildiyinə görə, son 20 gündə ölkənin bir çox banklarının müştəriləri özlərinin iri həcmli əmanətlərini geri çəkməyə başlayıblar. Bununla onların nəyə nail olmaq istədikləri bəlli deyil; böyük ehtimalla qiyamət söhbətini ciddiyə alan imkanlı müştərilər pullarını da özləri ilə bərabər “xilas” etmək fikrinə düşüblər. Haqqında danışılan proses isə sonucda bankları çətin vəziyyətdə qoyub. Bəzi banklarda əmanətlərin geri çəkilməsi kreditlərin verilməsini çətinləşdirib. Bir çox banklar isə hətta vətəndaşlara gələn ilin əvvəllərinədək kreditlərin verilməsini dayandırmaq haqqında qərar qəbul ediblər.
Əməkdaşımız bu istiqamətdə yayılan iddiaların doğruluq dərəcəsini müəyyənləşdirmək üçün bəzi banklarla əlaqə yaratmağa çalışıb, amma iş gününün sonu olduğundan belə dəqiqləşdirmələr aparmaq mümkün olmayıb.
Reallıq isə ondan ibarətdir ki, 21 dekabrla bağlı ajiotaj tamamilə məntiq və ağıldan kənardır, reallıqla əsla örtüşmür və insanlar arasında hər hansı panikaya da ehtiyac yoxdur.
Xatırladaq ki, Mayya tarixi 2012-ci il, dekabrın 21-də sona çatır. Bir çox insanlar bu tarixdə dünyanın sonunun gələcəyinə inanır. Bu söhbətlərdən faydalanmaq istəyən bəzi kəmfürsətlər isə qiyamət günündə “qorunmaq istəyən” axmaqların cibini “boşaltmaq” üçün ağıla gələn və gəlməyən hər bicliyə əl atır. Belə sarsaq adamlar üçün yeraltı sığınacaqlar təşkil edən kim, qiyamət günü lazım olacaq əşyaların (ərzaq, paltar, şam) alverinə qurşanan kim...
Bir sözlə, biriləri insanların sadəlöhvlüyündən istifadə edib “qaz vuraraq qazan doldurmaq” niyyətinə düşüblər. Amma görünən odur ki, içi Azərbaycan qarışıq, belə işbazların toruna düşənlər də o qədər az deyil. Bundan isə yalnız və yalnız təəssüflənmək lazımdır.

Azər Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın bank sektoruna yönəlmiş cinayətin qarşısını alındı - FOTO

    Azərbaycanın bank sektoruna yönəlmiş cinayətin ...

    3-03-2014, 15:53

  • 
  • Rusiya banklarının Azərbaycan bankları ilə əməkdaşlığı kimə nə verəcək?

    Rusiya banklarının Azərbaycan bankları ilə ...

    25-09-2014, 16:10

  • 
  • Məmurlarımızın İran bankları ilə müdhiş əlaqələri

    Məmurlarımızın İran bankları ilə müdhiş əlaqələri ...

    7-03-2014, 18:19

  • 
  • Fransada 9 min potensial terrorçu olduğu ehtimal edilir

    Fransada 9 min potensial terrorçu olduğu ehtimal ...

    26-03-2016, 17:51

  • 
  • Avtomobil bazarında durğunluq hökm sürür

    Avtomobil bazarında durğunluq hökm sürür ...

    28-12-2015, 14:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu