“Bank of Baku”dakı həbs xüsusi xidmət orqanlarını fəallaşdırıb; hakimiyyət Rza Zərrab izi axtarır
Azərbaycan banklarında İranla bağlı nəzarət sistemi gücləndirilib. İrana köçürülən maliyyə əməliyyatları, vətəndaşların bir-birinə pul yollaması, ən kiçik əməliyyat belə diqqətlə izlənilir. Azərbaycanın hüquq-mühafizə orqanları, habelə xüsusi-xidmət orqanlarının baxışı olmadan İrandan Bakıya, Bakıdan İrana bir qəpik də gedə bilməz. Bu barədə məlumat verən özəl mənbə bildirir ki, Milli Təhlükəsizlik Nazirliyi banklara İrandan gələn və gedən əməliyyatlara baxmamış buraxılmır. Bütün sənədlər və materiallar nazirlikdədir. Bu həm də məmurların İran bankları ilə əlaqələrinin olmasını araşdırmaq üçün zəruri sayılır. Mənbə qeyd edir ki, “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayevin həbsi bu məsələni aktuallaşdırıb, nəzarəti gücləndirib. Çünki son günlər Türkiyə və Azərbaycanda çirkli pulların yuyulması ittihamı ilə həbslərin həyata keçirilməsində yeni izlər aşkarlanıb. Belə ki, Bakıda sözügedən bankın Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətin də daxil olduğu “NAB Holding”ə məxsus olduğu söylənir. İranlı qardaşlara məxsus “NAB Holding”in sahiblərindən biri - Bəhram Oromi adlı iş adamı Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın bacısının həyat yoldaşıdır. Mənbə iddia edir ki, “NAB” şirkətlər qrupunun rəhbərliyində təmsil olunan Oromi qardaşlarından biri - Şəhram İran pullarının Azərbaycanda yuyulmasında iştirak edib. Qaynağımız R.Zərrabın Türkiyədə həbs edilməsinin ardınca Bakıda ona yaxın olduğu deyilən şirkətə daxil bankda E.İsayevin həbsini təsadüfi saymır. Odur ki, məsələ ciddiləşib. Hələ ötən il İranda kibercinayətkarlar ölkəmizdən 25 milyon pul oğurlayıb. “WHITE HAT HACKERS” qrupu 54 minə yaxın müştərinin hesablarına daxil olub və bu hesablardakı pullar başqa banklara yönəldilib. Qeyd edək ki, qalmaqallı şəkildə bağlanılan “Royal Bank”da minlərlə iranlı müştərinin pulları batıb. Məlum olmuşdu ki, bank rəhbərliyi İran vətəndaşlarının pullarını saxta adlar altında açılan hesablarda saxlayıblar. “Royal Bank”ın adı İran pullarının “yuyulması” ilə bağlı dəfələrlə hallanıb. Bu bank üzərindən İranın beynəlxalq maliyyə sanksiyalarından yan keçərək müxtəlif məqsədlər üçün pul transferləri həyata keçirdikləri də bildirilirdi. Rafiq Qara
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?