GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Cavad Cavadov: Məhkəmə işlərinin 78,9 faizini problemli kreditlər təşkil edir

Cavad Cavadov: Məhkəmə işlərinin 78,9 faizini problemli kreditlər təşkil edir

Tarix: 22-12-2017, 12:07 Bölmə :İqtisadiyyat Baxış: 445
Cavad Cavadov: Məhkəmə işlərinin 78,9 faizini problemli kreditlər təşkil edir


Vəkil Cavad Cavadov problemli kreditlərin Azərbaycan məhkəmələrində və məhkəmə qərarlarının icrası qurumlarında son illərdə yaratdığı durumla bağlı Amerikanın Səsinə araşdırma yazısı təqdim edib. O həmçinin problemin həlli yollarını da göstərib.

Cavad Cavadovun məqaləsini diqqətinizə çatdırırıq:

Neft bumu və kredit

1994-cu ilin sentabrın 20-də imzalanan “Əsrin müqaviləsi” işə düşəndən sonra Azərbaycana böyük neft pulları gəlməyə başladı. Təkcə Azəri-Çıraq-Cünəşli yataqlar bloku üzrə Dövlət Neft Fonduna 2017-ci ilin noyabrın 1-kredit problemi dək 127.304 milyard dollar pul daxil olub.

Neft pullarının bir qismi banklar vasitəsi ilə kreditlər şəklində vətəndaşlara verilməyə başlandı. Neftin qiymətlərinin yüksək olması, ölkəyə daxil olan neft pulları tikinti bumu yaratdı. Beləliklə, Bakı şəhərində daşınmaz əmlakın qiymətləri durmadan artdı, hətta qiymətlər Moskva kimi şəhərlə müqayisə olunmağa başladı.

Həmin dövrdə banklar üçün kreditlərin qaytarılması ilə bağlı problemlər ciddi hiss olunmurdu. Daşınmaz əmlak qiymətlərinin, nəqliyyat vasitələrinin qiymətlərinin yüksək olması, eyni zamanda tələbatın durmadan artması banklara kreditlərin problemli olduğu halda məhkəmə vasitəsi ilə rahatlıqla əmlakların satılaraq borcun bağlanmasına geniş imkanlar yaradırdı.

“Azerilight” markalı neftin bir bareli 2008-ci ilin iyulunda hətta 149 dollardan da baha satılıb. Sonradan qiymətlər stabil olaraq 100 dollardan yüksək qalırdı.

Neftin qiymətinin düşməsi və məhkəmələrdə bank-kredit işləri

Kreditlərlə bağlı problemlər 2014-cü ildən görünməyə başladı. Dünyada neftin qiymətlərində tədricən, sonra sürətlə enmə başladı, vaxtı ilə bir bareli 120 dollardan baha satılan neft qiymətləri hətta 29 dollaradək düşdü.

Məhkəmələrdə kreditlətlə bağlı baxılan mülki işlərin korrelyasiyası (qarşılıqlı dəyişməsi-red) ölkəyə gələn neft pullarının “azalma” tepminə uyğun olaraq surətlə artmağa başlayır.

Beləliklə, 2013-cü ildə birinci instansiya məhkəmələrində ümumilikdə 78 335 işə baxılıbsa onun 41 027-ni (52,3%), 2014-cü ildə 153 306 işə baxılıbsa onun 95 848-ni (62%), 2015-ci ildə 228 428 işə baxılıbsa onun 171 664-nü (75,5%), 2016-cı ildə 352 147 işə baxılıbsa onun 295 140-nı (83,8), 2017-ci ilin birinci yarısında 149 920 işə baxılıbsa onun 118 428-ni (78,9%) borc-kredit (bank) işləri təşkil edib.

Göründüyü kimi, 2013-cü ildən sonra məhkəmələrdə baxılan kredit işlərinin sayı iki dəfəyə yaxın artıb. 2013-cü ildə bu işlərin sayı 41 027 (ümumi işlərin 52,3 %) olubsa, 2016-cı ildə artıq 295 140 (ümumi işlərin sayının 83, 8%) olub.

2017-ci ilin birinci yarısında əvvəlki illə müqayisədə azalma müşahidə olunsa da (78,9 %) yenə də vəziyyət ürəkaçan deyil.

Ötən ildə həmin kateqoriya işlərinin sayının azalmasının bir sıra səbəbləri vardır.

Bunlar əsasən,

- Çoxsaylı bankların sürətlə müflis olması;

- Digər bankların kredit vermə həcminin əhəmiyyətli dərəcədə azalması;

- Kredit verilmə şərtlərinin ciddi sərtləşdirilməsi (yaradılmış Mərkəzləzləşdirilmiş Kredit Reyestrinin qara siyahısına düşən şəxslərə ümumiyyətlə kredit verilmir);

- Həmçinin ümumən iqtisadi aktivliyin səngiməsi, ölkəyə neft pullarının gəlməsinin azalması səbəb olub.

Məhkəmə baxışında yaranmış problemlər

Bu kateqoriyadan olan işlərin çoxluğu məhkəmələr tərəfindən digər işlərin keyfiyyətli və vaxtında baxılmasına ciddi maneə yaradır. Təsəvvür edin ki, məhkəmələr vaxtlarının 80%-ni bu işlərə sərf edir və yerdə qalan mürəkkəb mübahisələri, hətta arzu etdikləri halda belə, araşdırmaq və həll etmək imkanları məhdudlaşır.

Bu cür durum ölkəmizdə onsuz da nüfuzu zəif olan ədalət mühakiməsinə ciddi mənfi təsirini göstərir. Məhkəmələrin önündə işlərin baxılma siyahısına (cədvəlinə) baxdıqda bu mənzərəni görmək olur. İşlərin əksər hissəsi banklarla vətəndaşlar arasında olan işlərdir.

Bir sıra kredit məsələləri notariat orqanlarında həllini tapmalıdır

Bununla yanaşı, hakimlərin və məhkəmə aparatı ştatının artırılması problemin həlli deyil. Problemin həlli qanunvericilikdə dəyişiklik edilərək bu işlərin əhəmiyyətli hissəsinin notariat orqanlarında baxılmasına icazə verilməsidir. Qonşu Rusiya Federasiyasında 29 iyun 2016-cı ildə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib və notariat orqanlarına banklarla vətəndaşlar arasında bağlanmış kredit müqavilələri üzrə “icra qeydi” (tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönlətməklə) vermək səlahiyyəti verilib. Həmin icra qeydi məhkəmə qərarlarını icra edən (Rusiyada onlar məhkəmə pristavları adlanır) quruma təqdim olunur və məhkəmə qərarı kimi icra olunur. Beləliklə məhkəmələr ağır yükdən azad olunurlar.

Bu praktikanın tətbiqi ölkəmizdə mütləq nəzərdən keçirilməlidir. Azərbaycan qanunvericiliyində buna bənzər müddəalar var və tətbiq olunur. Belə ki, notariat qaydada bağlanan borc müqaviləsi üzrə borc qaytarılmadığı halda, məhkəmə qərarına bərabər icrası məcburi olan, icra qeydi vermək səlahiyyəti var. Yəni bu imkanları sadəcə qanunvericiklə daha da genişləndirmək artıq ciddi zərurətdir.

İcra qurumları 700 146 qərarı necə icraya yönəltsin?

Yuxarıda əks olunan göstəricilərə əlavə olaraq maraqlı statistik rəqəmlər diqqətimi çəkib. 2013-cü ildə icra qurumlarına 206 160 icra sənədi daxil olubsa, 2016-cı ildə bu say 700 146 olub. Məhkəmələrdə baxılan borc-kredit işlərinin artması təbii olaraq icra qurumlarında olan işlərin sayını artırıb. Birmənalı olaraq icra qurumlarında bu kateqoriya işlər böyük çoxluq təşkil edir. Lakin bu sayda icra sənədinin keyfiyyətli və vaxtında icra edilməsi fiziki olaraq qeyri mümkündür.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78.1. maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Təsəvvür edin, məhkəmə qərarı ilə tutulan borcunu ödəyə bilməyən vətəndaş üstəlik icra qurumuna 7 faiz məbləğində əlavə icra ödənişi də etməlidir. Hazırki durumda faktiki olaraq bu, mümkünsüz vəziyyətə çevirilib və sadəcə vətəndaşa əlavə yük yaradır. Yəni şəxs bankla anlaşmışsa sonradan icra qurumunun 7 faizinin girovuna çevrilir.

Şəxsi müşahidələrimə görə icra qurumları artıq kollaps (bayılma-red) vəziyyətindədir. Bundan çıxış yolu kimi isə bankların vətəndaşlara güzəştə getməsi (borcların restrukturizasiyası), qanunvericilikdə dəyişikiklər edilməsi və ya borcların dövlət hesabına silinməsi kimi addımlar atmaq lazımdır və bunlar müsbət nəticə verər./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Problemli kreditlərin həcmi ARTIR

    Problemli kreditlərin həcmi ARTIR ...

    9-09-2017, 09:30

  • 
  • 50 milyard dollar neft gəliri “itib”

    50 milyard dollar neft gəliri “itib” ...

    12-12-2013, 22:15

  • 
  • Neft Pulları Ölkəyə Gətirilərsə ...

    Neft Pulları Ölkəyə Gətirilərsə ... ...

    21-12-2013, 13:38

  • 
  • Kasıblıq dövrünün əlamətləri görünür

    Kasıblıq dövrünün əlamətləri görünür ...

    20-08-2015, 21:27

  • 
  • Neft - 30,8 dollar

    Neft - 30,8 dollar ...

    12-01-2016, 13:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu