Banklardan götürülən kredit borclarına görə yaranan problemlər bu gün qalır.
Rəsmi məlumatlarda problemli kreditlərin həcmi təxminən 1,5 milyard manat göstərilir. Bu gün kredit borcunu ödəyə bilməyən şəxslərə qarşı banklar tərəfindən hansı tədbirlər görülür? Ümumiyyətlə, kredit müqavilələri bağlanan zaman daha çox hansı qanun pozuntularına yol verilir? “Banklar kredit borcunu qaytarmayan insanlara çox sərt münasibət göstərirlər”.
Bu sözləri açıqlamasında hüquqşünas Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bank kreditlərinin verilməsində problemlər var:
“İlk növbədə faizlər çox yüksəkdir. İnsanlar yüksək faizlə aldıqları istehlak kreditlərini ödəyə bilmirlər. Əslində, kredit almısansa, mütləq ödəməlisən. Ödəmirsənsə, əmlaka qarşı tədbirlər görülücək. Bu, dünya təcrübəsində belədir. Problem bizdə kreditlərin qaytarılmasından çox verilməsində yaranır. Kreditə yüksək faiz qoyduqları üçün insanlar onu qaytara bilmirlər. 2015-ci ildə olan devalvasiya problemli kredit məsələsini dərinləşdirdi. Həmçinin, kredit alan zaman müqavilə şərtləri çox kiçik ölçüdə yazılır. Müqavilələrə dair standartlar müəyyən olunmalıdır. Kredit götürən şəxslərə bütün şərtlər öncədən izah olunmalıdır. Hesab edirəm ki, kreditlərin qaytarılmaması bankların inkişafına mane olan məsələdir. Banklar şərtlərə düzgün əməl etsələr, qeyd olunan problemlə də qarşılaşmazlar.
Kredit ödənilmədiyi təqdirdə bank zamindən bunu tələb edir. Yaxud, kredit predmeti olan əmlakın məhkəmə yolu satılmasın. Bank pulunu geri almaq üçün müəyyən tədbirlər görə bilər. Amma borca görə insanların tutulması, qul kimi işlədilməsi bizdə qadağandır. Çünki Azərbaycan beynəlxalq qanunlara qoşulub. Bəzən krediti qaytarmayan şəxsi məhkəmə qaydalarını icra etmədiyinə görə tuturlar. Bu, səhvdir. Onlar qəsdən qaytarmırlarsa, bu zaman qərar başadüşüləndir. Amma vətəndaşın imkanı yoxdursa, borca görə insanları tutmaq olmaz. Həmçinin, məhkəmə icraçıları krediti ödəyə bilməyən şəxsə qarşı hansısa kobud hərəkət edə bilməzlər. Buna qanun yol vermir. Bızi bankların problem şöbələri fəaliyyət göstərir. Burada “qoçu dəstəsi" saxlayırlar. Onlar vətəndaşlara kobudluqlar edirlər. Onlara qarşı mütləq tədbir görülməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?