GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dollar krediti olanlarla bağlı Konstitusiya Məhkəməsi hərəkətə keçdi

Dollar krediti olanlarla bağlı Konstitusiya Məhkəməsi hərəkətə keçdi

Tarix: 28-08-2018, 09:23 Bölmə :İqtisadiyyat Baxış: 475
Dollar krediti olanlarla bağlı Konstitusiya Məhkəməsi hərəkətə keçdi


Azərbaycanda devalvasiyadan öncə banklardan xarici valyutada götürülmüş kreditlərlə bağlı yeni qərar verilə bilər. Bakı Apellyasiya Məhkəməsi məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsi bundan öncə bir dəfə bu məsələyə baxıb, bankların xeyrinə qərar çıxarmışdı.

Bu dəfə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsindən xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh olunmasını xahiş edib. Bu maddədə "Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi"ndən bəhs olunur.

Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyulub:

1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda, milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?


“Bankın maraqlarını gözardı etmək olmaz”
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsi sözügedən müraciətlə əlaqədar hərəkətə keçib. Müraciət Azərbaycan Banklar Assosiasiyasına göndərilib ki, bankların da məsələyə münasibəti öyrənilsin. Assosiasiya da öz növbəsində banklara məktublar göndərib.

“Bizi də həmin müraciətlə bağlı məlumatlandırıblar. Açığı, biz əleyhinəyik. Nəzərə almaq lazımdır ki, bankın da əmanətçiləri var. Eyni məntiqlə, `biz də xarici valyutada əmanət yatırmış müştərilərə deməliyik ki, biz də əmanət gəlirlərini sizə o dövrün məzənnəsi ilə veririk`. Bu nə dərəcədə doğrudur? Əmanətçiyə bunu demək olmaz. Deməli, bankdan götürülən kredit də buna uyğun şəkildə qaytarılmalıdır. Biz kreditlərin qaytarmaqla bağlı çətinliklərini nəzərə alıb, müəyyən addımlar atmışıq. Məsələn, bir çox müştərilərin ödəniş cədvəli, aylıq məbləğlər dəyişdirilib. Bankın da maraqlarını, öhdəliklərini gözardı etmək olmaz”, – banklardan birinin İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvü AzadlıqRadiosuna bunları deyib.


“Hər iki gündən bir zəng eləyirlər”
Bakının Yasamal rayon sakini 57 yaşlı Rəna Məmmədova bir neçə il öncə bankdan dollarla kredit götürüb. Deyir ki, bankın kassasından ona 1230 manat pul verilib, ancaq müqavilədə kreditin dollarla ayrıldığı göstərilib. 2015-ci ilin fevral və dekabr aylarında ardıcıl iki devalvasiyadan sonra krediti ödəməkdə ciddi problemləri yaranıb: “İndiyə qədər ödəyirəm, ancaq deyilənə görə, hələ də 200 dollardan çox borcum qalıb. Onların dediyi qaydada hamısını ödəməyə gücüm çatmır. Ödədiklərim də faizə gedir, əsas borcdan az çıxılır. Başqa çarəm də yoxdur. Hər iki gündən bir zəng eləyirlər. Bütün qohum-əqrəbanı da zəng eləyib bezdirirlər. Ona görə əlimə düşən kimi aparıb az da olsa, ödəyirəm”.

Rəna Məmmədova deyir ki, əvvəlcə yüz minlərlə insanın çətin duruma düşdüyünü nəzərə alıb, vətəndaşların xeyrinə bir çıxış yolu tapacağını düşünürdü. Ancaq Konstitusiya Məhkəməsinin əhalinin yox, bankların xeyrinə qərarından sonra məyus olub: “Oğul-uşaq mənə çox dedi ki, öz ziyanlarına qərar verməyəcəklər ki... Nə bilim, ümid eləyirdim də...”.

Bakı sakini Əhəd Rzayevin devalvasiyadan əvvəl götürdüyü 5 min dollarlıq kredit isə indi onun üstündə 11 min manatlıq borc kimi qalıb. Artıq haqqında məhkəmə qərarı da var: “Nə qədər yalvardım, yaxardım ki, bəs mənim ödədiyim pullar hara getdi? Xeyri olmadı. Məhkəməyə verdilər, öz xeyirlərinə qərar çıxartdırdılar. İndi hissə-hissə ödəyirəm”.

“Bu dəfə əhalinin xeyrinə qərar verilə bilər”
Vaxtilə Mərkəzi Bankda Ümumi qanunvericilik şöbəsinin rəisi, ardından ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə işləmiş vəkil Əkrəm Həsənov hesab edir ki, Konstitusiya Məhkəməsinin məlum qərarından sonra Bakı Apellyasiya Məhkəməsinin yenə bu quruma müraciət etməsi təsadüfi deyil. AzadlıqRadiosuna bu haqda danışan vəkil ehtimal edir ki, bu dəfə qərar fərqli olacaq: “Əlbəttə, bunu qəti söyləmək olmaz. Amma durumu təhlil edəndə belə nəticəyə gəlirəm ki, bu dəfə əhalinin xeyrinə qərar verilə bilər. Yəni hüquqi şəxslərin yox, fiziki şəxslərin”.

Fikrini əsaslandıran vəkil bildirir ki, problemli kredit ödəyiciləri arasında fiziki şəxslərin sayı az olsa da, onların payına düşən ümumi məbləğ daha azdır. Ancaq hüquqi şəxs olan problemli ödəyicilərin sayı az, götürdükləri məbləğ isə xeyli çoxdur:

2015-ci ilin mayında Konstitusiya Məhkəməsi qərara alıb ki, 2015-ci il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı an üçün mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da məhkəmə kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib. Həmin ilin dekabrında manat ikinci dəfə devalvasiyaya uğrayıb.

1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ancaq, əsasən, son bir ildə manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dollar krediti olanlar üçün VACİB XƏBƏR

    Dollar krediti olanlar üçün VACİB XƏBƏR ...

    27-08-2018, 13:50

  • 
  • Konstitusiya Məhkəməsi bankların müflis elan olunması ilə bağlı mübahisəli məsələlərə dair qərarını açıqlayıb

    Konstitusiya Məhkəməsi bankların müflis elan ...

    14-07-2017, 19:12

  • 
  • Konstitusiya Məhkəməsi bu gün seçkinin nəticələrini təsdiqləyəcək

    Konstitusiya Məhkəməsi bu gün seçkinin ...

    17-04-2018, 11:38

  • 
  • Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdi - Yenilənib

    Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini ...

    24-11-2015, 12:48

  • 
  • Bu gün Konstitusiya Məhkəməsində seçki iclasıdı

    Bu gün Konstitusiya Məhkəməsində seçki iclasıdı ...

    19-10-2013, 09:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu